
Fars-molla rejimi özünə gələ bilmir
Pezeşkianın Azərbaycana səfəri şovinistləri odlandırıb
Pezeşkianın Azərbaycana səfəri şovinistləri odlandırıb
Pezeşkianın Əliyevə sayğısı panfarsistlərə dərs oldu
Öz millətini işğalçıların siyasətinə satan türklər
Taymaz Urmulu: “Türk mədəniyyəti fars milliyyətçiliyinə maneədir”
İran prezidentinin rəsmi qarşılanma mərasimi olub
Səfər öncəsi verilən açıqlama Bakıda cavab manevrini genişləndirməyə hesablanıb
Zərifin istefası Pezeşkianı şoka salıb
Zərif ərizə yazmağa məcbur edilib; bu hadisələr İranı silkələyəcək
Bütöv Azərbaycan naminə çox böyük uğurlara imza atma zamanı
İran prezidenti Məsud Pezeşkian: “Ölkədə məşğulluq və investisiya imkanları yaradılmalıdır”
“Kabinetin işinə müdaxiləyə imkan verməyin”
Təbrizli keçmiş millət vəkili: “İnsanlara bütün qəlbimlə xidmət edəcəm”
Yaxud Pezeşkian istəklər və məhdudiyyətlər arasında
Prezident Məsud Pezeşkian: “Sərt qərarlar qəbul edilməlidir”
Rejim Pezeşkiyanın susmayan xalq çoxluğunun dəstəklədiyi sülhməramlıya çevriləcəyindən qorxur
Cəlili prezident və nazirlər kabinetinə nəzarət etmək üçün “kölgə hökumət” yaradıb
Dünən İran prezidenti Məsud Pezeşkian Azərbaycanın hava məkanından İsrailin İrana qarşı hərbi məqsədlərlə istifadə etməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib. İran Prezidenti bu iddiaların İranın rəsmi orqanları tərəfindən təsdiq olunmadığını vurğulayıb: “Bəzi şayiələrin əksinə olaraq, qonşularla “sionist rejim” arasında hərbi əməkdaşlıq əlaməti ölkənin təhlükəsizlik orqanları tərəfindən təsdiqini tapmayıb”.
Pezeşkian əlavə edib ki, əksinə, bəzi ölkələr İrana yardım etməyə hazır olduqlarını bildiriblər.
Xatırladaq ki, bundan öncə İranın media qurumları və ekspertləri İsrailin İrana zərbələr endirmək üçün region ölkələrinin, o cümlədən Azərbaycanın hava məkanından istifadə etdiyini iddia ediblər. (Donya-e-eqtesad)
Amma Azərbaycanda iranpərəst sosial şəbəkə istifadəçiləri deyirlər Azərbaycan hava məkanından İrana qarşı istifadə edilib .
***
İran prezidenti Azərbaycan ərazisindən İrana qarşı istifadə edilməyib fikrini bəyan etsə də, fars-molla rejiminin daxilində olan şovnist qüvvələr Azərbaycanı hədələməyə davam edirlər.
Bakını bu dəfə “İslam Respublikası” qəzeti hədəfə alıb: “Ya sübut etsinlər, ya da cəzaya hazır olsunlar”.
İran İslam Respublikası dövrünün ilk və ən tanınmış mətbuat orqanlarından biri olan, müstəqil və tənqidi mövqeyi ilə seçilən “İslam Respublikası” qəzeti prezident Məsud Pezeşkianın Azərbaycana səfəri kontekstində Bakıya qarşı sərt mövqe sərgiləyib.
Qəzet öz məqaləsində Azərbaycanın ərazisindən İrana qarşı istifadə edilməsi ilə bağlı iddialara toxunaraq, “Artıq Azərbaycan Prezidenti və digər rəsmilərinin bu ölkənin ərazisindən İrana qarşı istifadə olunmasına aydınlıq gətirməsinin vaxtı çatıb. Azərbaycan rəsmiləri bilməlidirlər ki, İranda heç kəs bu millətə “xəyanət” edəni bağışlamayacaq”, – yazıb.
Məqalədə qeyd olunur ki, Azərbaycan hakimiyyəti ya İsraillə əməkdaşlıq etmədiyini sübut etməli, ya da “cəzalandırılacaqları günü” gözləməlidir.