vaxtlı-vaxtında oxuyun! Şənbə, 3 may 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Vətənpərvərlik insanın daxilindəki duyğulardır. Əgər bunlar yoxdrusa, o insan mənəviyyatsızdır»

Heydər Əliyev (1923 - 2003)
MEDİA-QHT  
Azərbaycanda ölkə yayımında yeni telekanal 14:41 | 2 may 2025 | Cümə Məqaləyə 16 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Azərbaycanda ölkə yayımında yeni telekanal

Test yayımına başlanıldı

MÖVZU İLƏ ƏLAQƏLİ

“Naxçıvan TV” ölkə ərazisində peyk və kabel televiziyalarında rəqəmsal yayıma başlamaq üçün hazırlıq görür.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, artıq televiziyanın test yayımına da başlanılıb.

Qeyd edək ki, ötən ilin avqustunda “Naxçıvan TV”yə peyk yayımı həyata keçirən platforma yayımçısı lisenziyası verilib.

Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 17 sentyabr tarixli 1844 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Audiovizual yerüstü yayım həyata keçirən dövlət orqanlarının (qurumlarının) Siyahısı”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 15 avqust 2024-cü il tarixli Fərmanı ilə əlaqədar “Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin Audiovizual Şuraya müraciəti müzakirə olunub. Şuranın qəbul etdiyi müvafiq qərarlara əsasən “Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri” QSC-yə regional yerüstü televiziya yayımçısı (kanalın adı: “Naxçıvan TV”) lisenziyası və regional yerüstü radio yayımçısı (kanalın adı: “Naxçıvan Radiosu”) lisenziyası verilib. Həmçinin, regional yerüstü televiziya yayımını həyata keçirmək şərti ilə “Naxçıvan TV”yə peyk yayımı həyata keçirən platforma yayımçısı lisenziyasının da verilməsi haqqında qərar qəbul olunub.