At əti ...
... Yaxud işgəncəli çeynəmə “əməliyyatı”
18:44 | 2 may 2025 | Cümə
Məqaləyə 343 dəfə baxılıb
Şriftin ölçüsü
... Yaxud işgəncəli çeynəmə “əməliyyatı”
İtaliya–Azərbaycan: enerji və nəqliyyat xətləri üzərində strateji tərəfdaşlıq güclənir
Meloni: “İtaliya–Azərbaycan tərəfdaşlığı enerji və təhlükəsizlik sahəsində gücləndiriləcək”
İtaliyalı senator Simona Petrucci: “İtaliya qlobal risklərə qarşı daha dayanıqlı olmalıdır”
Solovyovun Melonini təhqir etməsindən sonra Rusiya səfiri XİN-ə çağırıldı
Prezident-Papa gərginliyinə baş nazir də qoşuldu
İran müharibəsindən sonra Milan Dubayın təhlükəsiz liman imicini ələ keçirir
İtalyan makaron şirkətləri ABŞ vergisinin təzyiqi altında
100-dən çox insan həlak oldu –iki ciddi səbəb var
Marko Polonun ailəsi gətirmiş ola bilər
Meloninin fotosunu montaj edib intim saytda yayımladılar
İtaliyada qadın siyasətçilərin fotoşəkilləri intim saytına yerləşdirilib
Salvini ilə Makron arasında Ukrayna gərginliyi
İtalyanlar makaron yeyib necə arıq qalırlar?
Ölənlərin sayı 4-ə çatdı
İtaliya nəhəng layihəyə start verdi
“Time Out” və CNN-in birgə hazırladığı “Dünyanın ən yaxşı qastronomiya şəhərləri”nin siyahısı açıqlanıb.
Bu elit reytinqin zirvəsində İtaliyanın cənubundakı Neapol şəhəridir. İkinci yerdə Cənubi Afrikanın canlı kulinariya səhnəsi olan Yohannesburq və dah sonra Perunun paytaxtı Lima gəlir. Hər üç şəhərdə küçə yeməklərindən tutmuş “Michelin” ulduzlu restoranlara, yerli bazar təlaşından orijinal dad təcrübələrinə qədər zəngin qastronomik mozaika təklif olunur.
Neapol

Siyahıda birinci yerdə dünya şöhrətli nazik qabıqlı pizza, ragù sousu, sfogliatella deserti və təzə dəniz məhsullarının beşiyi olan Neapol gəlir. Burada yemək təkcə mədənizi doldurmaq deyil. Futbol həvəsinin, ailə süfrələrinin və məhəllə kafelərinin bir araya gətirdiyi ictimai ritualdır. Qədim məzarlardan və günümüzə qədər uzanan bazarlar, ustalarından öyrəndiyiniz reseptlər təcrübə yolu ilə kəşf edilir.
Yohannesburq

İkinci yerdə olan Yohannesburq, xüsusilə Braamfontein bölgəsində şərab və tapas barları ilə kulinariya laboratoriyasıdır. Küçə sənətinin rəngarəng üzləri ilə qarışan restoranlar dünya mətbəxindən nümunələr təqdim edir, eyni zamanda yerli inqrediyentləri vurğulayır. Axşam şərab dequstasiyasından sonra qalereyaları ziyarət etmək, müasir Cənubi Afrika mətbəxini təcrübədən keçirməyin ən yaxşı yoludur.
Lima

Üçüncü yerdə qərarlaşan Lima təzə dəniz məhsulları və unikal yerli məhsulları ilə parlayır. Şəhərin mərkəzində seviçe (ceviche) restoranları dörd fəsildə hər bir damaq dadına xitab edir, “Central” və “Maido” kimi dünyaca məşhur məkanlar isə Perunun kulinariya sərhədlərini aşan füzyon nümunələri ilə unudulmaz təcrübələr təqdim edir.
***
Bu üç paytaxtın ortaq cəhəti odur ki, onlar ənənəvi reseptləri müasir toxunuşlarla birləşdirir və küçə yeməklərinə verdiyi dəyəri “Michelin” zərifliyi ilə birləşdirir. İstər Neapolun dar küçələrində dilim pizza dadın, istər Yohannesburqun şərab barlarında yerli üzüm növlərini kəşf edin, istərsə də Lima küçələrində buz kimi soyuq seviçe qablarını təqib edin – dünyanın ən yaxşı qastronomik məkanları sizi gözləyir.