
Şəhərə giriş üçün 10 avro
Venesiya turist vergisini ikiqat artırıb
Venesiya turist vergisini ikiqat artırıb
Bakı üçün kritik həftə - Brüssellə münasibətlərdə əlamətdar tarix; ABŞ-ın «Kreml siyahısı» Bakıya əlavə fürsətlər açır
Boru kəməri keçən torpaq sahələrinin yarısı bərpa olunub
Ekspertlər bu qərarın layihənin icrasına təsirinin olmayacağını deyirlər
Lombardiya və Veneto regionlarında daha geniş muxtariyyət üçün səsvermə
Rusiya diplomatlarının zarafatı
Rusiya diplomatlarının zarafatı
Rusiya diplomatlarının zarafatı
Dünyaca məşhur “Venesiyanın aslanı” heykəlinin Çində istehsal edildiyi və sonradan İpək Yolu vasitəsilə Avropaya gətirildiyi üzə çıxıb.
Venesiyanın məşhur San Marko meydanına 700 ildən artıqdır ki, baxan bürünc aslan fiqurunun mənşəyi yeni araşdırma ilə müəyyən olunub. Simvolun Avropada deyil, təxminən 9 min 650 kilometr uzaqlıqdakı Çində hazırlandığı bəlli olub.
Təqribən 3 min kiloqramlıq heykəlin Çin aşağı Yançzi çayı hövzəsindən çıxarılan misdən töküldüyü müəyyən edilib.
Çin izi və İpək yolu
Araşdırmaya görə, heykəl Mesopotamiya və fars qrifonlarından deyil, Tan sülaləsinə aid “zhènmùshòu” (məzar qoruyucuları) fiqurlarından ilhamlanaraq hazırlanıb.
Padua Universitetindən Massimo Vidale bildirib: “Venesya sirrlərlə dolu şəhərdir, amma onlardan biri artıq həll olundu. Müqəddəs Markın Aslanı əslində Çinlidir və İpək Yolundan gəlib.”
Heykəlin Venesiyaya necə çatdığına dair yazılı mənbə yoxdur. Lakin tədqiqatçılar ehtimal edir ki, Marko Polonun atası Nikolo Polo XIII əsrdə Pekindəki monqol sarayında bu əsəri görmüş və İpək Yolu vasitəsilə şəhərə gətirmiş ola bilər.
1293-cü ilə aid sənədlərdə Venesiyanın böyük sütunları üzərindəki aslan heykəlinin o dövrdə belə zədələndiyi və bərpaya ehtiyac duyduğu qeyd olunub.
Elmi sübutlar
Tədqiqatçılar heykəlin mənşəyini müəyyənləşdirmək üçün “qurğuşun izotop analizi” aparıb. Analiz nəticəsində əsərin hazırlanmasında istifadə olunan misin Çinin Yançzi hövzəsindən çıxdığı təsdiqlənib.
Heykəl tədqiqatlar isə əsərin əvvəlcə buynuzlara malik olduğunu, sonradan Avropada qanadlı aslan formasına salınmaq üçün yenidən işlənildiyini ortaya qoyub.