
Yeni beynəlxalq nizam
Alyaska seçimi ABŞ-ın Rusiyaya açıq mesajıdır
Alyaska seçimi ABŞ-ın Rusiyaya açıq mesajıdır
Tramp: “Zirvədən sülh çıxmasa, Rusiyaya sanksiya tətbiq edəcəyəm”
Kreml: “Tramp, ən ağır problemlərin həllində fərqli yanaşma sərgiləyir”
Tramp: “Zirvəyə Avropa liderlərini də dəvət edə bilərəm”
Ukrayna bütün görüşlərdə masada olmalıdır
Alyaska – ortodoks kilsələri, raket bazaları və siyasi mühacirlərin sığınacağı
Alyaska görüşü Hindistanı Ukraynadan daha çox maraqlandırır
ABŞ-ın Rusiyadan pulla aldığı torpaqlarda hər iki ölkənin prezidentləri üz-üzə gəlir
Saxta şirkət quran ukraynalılar xüsusi partlayıcı hazırlayıblar
Alyaska görüşündə həmən ciddi irəliləyiş gözlənilmir
Tramp və Putin arasında barış görüşməsi
Dünya sabahkı görüşdə Trampın Putinə təkliflərini müzakirə edir
Kreml Tramp-Putin görüşləri ərəfəsində köhnə palan içi tökür
Leyen: “Avropa, ABŞ və NATO, Ukrayna üçün ortaq mövqeni gücləndirdi”
Litvada uşaqlara PUA təhsili veriləcək
NATO Baş katibi: “Ədalətli və davamlı sülhün təmin olunması üçün birləşmişik”
Kimlikləri rəsmən dəqiqləşdirilməmiş Rusiya diplomatları məxfi yazılmış söyüş dolu zarafatları zamanı deyiblər ki, Moskva Krımın ardınca Kataloniya, Venesiya, Şotlandiya və Alyaskanı da ilhaq edəcək. Britaniya mətbuatı yazır ki, iki rus diplomat arasında getmiş bu söhbətin yazısı internetə - «YouTube» saytına yerləşdirlib.
«Alyaska da bizimdir»
Söyüş və həqarət dolu 5 dəqiqlik
söhbətin Rusiyanın Eritreyadakı və Zimbabvedəki səfirləri İqor Çubarova və
Sergey Baxarevə məxsus olduğu güman edilir. Mətbuat yazır ki, bu telefon
danışığında Chubarov Krımın yalnız başlanğıc olduğunu deyib və bildirib ki,
onun ardınca Kataloniya və Venesiya, həmçinin Şotlandiya və Alyaska da ilhaq olunacaq.
Bu söhbət zamanı diplomat Şotlandiyanı
«mal-qara ölkəsi» adlandırır.
«Bizimdir, Estoniya da bizimdir»
Chubarov bundan sonra bildirir ki,
Rusiya bütün sərhədyanı ölkələri zəbt edəcək. Səfir yarızarafat deyir ki,
Estoniya, Rumıniya və Bolqarıstan kimi başqa «zirzibili» sonra da Avropadan
qoparmaq olar.
Söhbətin sonunda səfirlər Bolqarıstan,
Rumıniya və «Baltikyanı zirzibili» hələlik dinc buraxmaq barədə razılığa
gəlirlər.
Bizimdir - Mayaminin 95 faizi Rusiya
vətəndaşıdır
Baxarev deyir ki, əvəzində Kaliforniya
və Mayamini götürmək lazımdır.
«Həqiqətən də, - təsdiq edir Çubarov, -
Mayamilendin əhalisinin 95 faizi Rusiya vətəndaşıdır».
Çubarov Baxarevi Zimbabvenin Krımın
ilhaqını dəstəkləyən 11 ölkədən biri olması münasibətilə təbrik edir və
Malavini belə bir addım atmadığına görə söyüşlərə qərq edir.
Ryabkov Vaşinqtona məsləhət verir:
«Dəymə mənə, dəyməyim sənə»
Mətbuat yazır ki, belə bir materialın
internetə sızması Ukraynada yüksək ranqlı Qərb diplomatlarının gizli
dinlənilməsinin qisası kimi qiymətləndirilə bilər.
O vaxt ehtimal edildiyinə görə, ABŞ
dövlət katibinin müavini Viktoriya Nuland-la ABŞ-ın Ukraynadakı səfirinin məxfi
telefon danışığı Rusiyanın xüsusi xidmətləri tərəfindən yazılaraq internetə
sızdırılmışdı.
Bunun ardınca internetə Avropa
İttifaqının xarici işlər komissarı Ketrin Eşton və Estoniyanın xarici işlər
naziri Urmas Paet-in məxfi telefon söhbəti sızmışdı.
Moskvanın öz səfirləri ilə bağlı xəbərə
reaksiyası qəzəbli olub.
Rusiya: Söyüşdə xanım Nulandı üstələyən
olmaz
Rusiya xarici işlər naziri mətbuat
katibinin müavini Maria Zaxarova deyib ki, «söyüş söyməkdə çətin, kimsə xanım
Nulandı üstələyə bilsin».
Xanım Zakharova bildirib ki, bu telefon
danışığının internetə sızdırılması ABŞ-ın çirkin əməlidir.
Bundan bir qədər əvvəl Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov Vaşinqtonun Krımla bağlı bəyanatlarını «uşaq çığır-bağırı» adlandırmışdı. »Biz amerikalı həmkarlarımıza nə məsləhət görə bilərik? – demişdi Ryabkov, - onlar yəqin ki, bir az təmiz hava almalı, yoqa ilə məşğul olmalı, sağlam qidalanmalı və ya televiziya komediyalarına tamaşa etməlidirlər».