
Məğlubiyyət etirafı
İctimai şüur naftalin qoxulu kabinetlərdə yox, yazılarda, araşdırmalarda, şərhlərdə, xalqın səsində formalaşır
İctimai şüur naftalin qoxulu kabinetlərdə yox, yazılarda, araşdırmalarda, şərhlərdə, xalqın səsində formalaşır
Əsli ilə heç bir fərqi olmayan yüzlərlə sayt bağlanıb
Biz hələ ...
İnternet kəsilməsi, səbəb tapılmadı
Hər ay 70 milyon gəlir əldə edən bir şirkət regionlar üçün daha sərfəli internet qiyməti müəyyən edə bilməzdimi?
Mütəxəssislər həddindən artıq ekran vaxtının zehnimizə təsirini qiymətləndirirlər
Avropa ölkəsində uşaqlarını videolarda çəkən sosial media fenomenləri cəzalandırılacaq
“İllərdir şirkətlər istifadəçi məlumatlarını ədalətsiz şəkildə toplayır”
Hər üç almandan biri internetdən alış-veriş edərkən aldadılır
İnternet trafikinin yarıdan çoxu botlar tərəfindən ələ keçirilir
.. Avropada isə milyonlarla insan internetdən istifadə etmir
Çap mediası oxucuya saytda tapmadığı kontenti təqdim etməyin üsulunu tapmalıdır
Amma dəyər yarada bilmirik
Təşəbbüs bizdən olsa da, Astana daha çox faydalanmaq istəyir
İnformasiya təhlükəsizliyimiz sınaq qarşısında
100 Mbit internet kənd sakinlərinin nəyinə lazımdır?
Cari ilin martında internetdə 919 533 715 sayt var ki, bu da bir ay əvvəlkindən 500 min sayt azdır. AzVision.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə «Netcraft» internet monitorinqi şirkətinin məlumatında deyilir.
«Apache» veb-serveri martda təxminən yarımillik mənfi dinamikadan sonra istifadəçi bazasının sayını bərpa edib. Bunun fonunda «Microsoft IIS» veb-serveri stabil artım nümayiş etdirib və yarım il ərzində «Apache» və «Microsoft IIS» arasında bazar fərqi cəmi 5,4 faiz olub.
Hazırda isə «Apache» yenidən «Microsoft
IIS»-dan uzaqlaşmağa başlayıb. Son ayın yekunları üzrə «Microsoft IIS» 15,6
milyon sayt itirdiyi halda «Apache» bazasını 3,2 milyon sayt artırıb.
«Apache»nin ümumi bazar payı 38,6 faizədək artıb ki, bu da «Microsoft»un
göstəricisindən 7,5 faiz çoxdur.
«Microsoft»un itkilərinin xeyli hissəsi
«Nobis Tecvhnology Group» internet provayderinin linklərin hostinqini təxminən
30 milyon hostinq azaltması ilə izah edilir. Məlumat üçün bildirək ki, «Nobis»
«DarkStar» kommunikasiya şəbəkəsi və ABŞ-da 7 məlumat emalı mərkəzinə malik
«Ubiquity Hosting» şirkətinə sahib özəl şirkətdir.
«Nginx» veb-serveri xidmət göstərdiyi saytların bazasını 5 milyon artıraraq payını 15,6 faizə çatdırıb. «Netcraft» şirkətinin nümayəndələri bildiriblər ki, son «Nginx 1.5.10» stabil versiyası bir məlumat axını daxilində müxtəlif sessiyalara xidmət göstərmək imkanına malik «SPDY 3.1» internet protokolunu dəstəkləyir ki, bu da praktikada istifadəçi qoşulmalarına xidmət zamanı sürəti xeyli artırmağa imkan verir. Hesabat ayında nəhəng «CDN» operatoru texniki qurğularını «SDPY 3.1» protokolunun dəstəklənməsinə keçirib və «Nginx»in dəstəklənməsini tətbiq edib. Bundan başqa, «LibreOffice» ofis proqram təminatı layihəsinin tərtibatçıları da bütün veb-serverlərini «Apache» serverindən «Nginx» serverinə keçirib.