
Süni intellekt ilk dəfə naziri oldu
“Diella” Albaniyada tenderləri nəzarətdə saxlayacaq
“Diella” Albaniyada tenderləri nəzarətdə saxlayacaq
“Oracle”ın bulud infrastrukturu “OpenAI” əməliyyatlarını dəstəkləyəcək
“K2 Think”in yaradıcıları modelin ən yaxşılardan olduğuna iddia edir
Süni intellekt əsas şərtləri sadaladı
Avropanın süni intellekt nəhənginə 1,3 milyard avroluq investisiya
Süni intellekt söhbət robotları ilə bağlı araşdırma
Heyrətamiz internet vərdişi
Ekspertlərdən super intellekt xəbərdarlığı
Ultra zənginlərin yeni hobbisi
“NVIDIA” haqqında az məlum faktlar və dərin təhlil
Əvvəlki nəsildən 7,5 dəfə sürətli çipin qiyməti 3500 dollardır
Süni intellektin ələ keçirə biləcəyi ixtisaslar müəyyənləşdirildi
Çin süni intellekt sahəsində rəqabətə qarşı xəbərdarlıq etdi
“ChatGPT” ilə bağlı ilk sənədlənmiş cinayət
Avropa ən çox təsirlənən bölgələrdən biridir
Almaniya polisi təhlükəsizlik kameralarında süni intellekt tətbiqinə başladı
Bir müddət olardı qonşu ölkələrin mobil bazardakı inkişafına nəzər salmamışdım. O qədər sürətlə irəliləyirlər ki, tez-tez baxanda da faydalı iş əmsalımız aşağı düşür.
Ötən günlər “5G” ilə bağlı ölkəmizdə yeni xəbərlər olacağı məlumatını alanda regional mobil bazara bir də göz gəzdirdim.
Və çox təəccübləndim, qısa zamanda xeyli irəliləyiblər.
Bizim mobil operatorların isə innovasiyalara və texnologiyalara deyil, “1 manat- 1 gün” prinsipi ilə müştərilərlə davaya başları qarışıb.
Baxıram ki, qonşu ölkələrdə əsas biznes və sənaye mərkəzlərində “5G” şəbəkələri artıq tamamlanmaq üzrədir, 6G və süni intellekt inteqrasiyasını müzakirə edirlər.
Ölkəmizdə mobil operatorlara tezlik ayırmalı olan, tezliklərin müsabiqəsini keçirməli olan İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin (İKTA) da başı qarışıb bəsit yazı müsabiqələrinin təşkilinə. Requlyator yazı müsabiqəsi keçirir, qonşu ölkələrin də “5G”si gəlib çatıb bizim sərhədə.
Bu sahədə çox ləngidik.
Bəzən bu sahənin inkişafına cavabdehlər bildirir ki, mobil operatorlar bu sahəyə investisiya yatırmaq istəmir, bizdə buna tələbat yoxdur, gərək güclü inkişaf olsun ki, tələbat artsın və bizim müftəxor mobil operatorlar da şəbəkəni qursun.
Belə olan halda sual yaranır ki, bəs qonşularda tələbat necə yaranıb, nə məcbur edib ki hamısı bu sahəyə investisiya yatırıblar?
Həm də görəsən bizim operatorlara lisenziya verəndə öhdəlik qoyulmayıbmı ki, yeni texnologiyalara, innovasiyalara investisiya yatırılmalıdır.
Anlaşılmaz bir vəziyyət yaranıb.
Hər gün tarifləri qaldırıb xımır-xımır həzm edən mobil operatorlar yeni texnologiyalara və innovasiyalara investisiya yatırmağı istəmirlər, tənzimləyici də buna təsir edə bilmir.
İndi biz neyləyək?
Düşünürəm ki, RİNN bu sahədə səylərini çox gücləndirməlidir.
Ümid edirəm regionda “5G” sahəsində formalaşan vəziyyətə baxdıqdan sonra hökumətimiz də bu sahədə hansı vəziyyətdə olmağımızın fərqində olacaq.