vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 3 aprel 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Seyid Cəfər Pişəvəri (1892 - 1947)

«Haqqı almaq asan bir işdir, onu saxlamaq şərtdir»

Seyid Cəfər Pişəvəri (1892 - 1947)
CƏMİYYƏT  
Daha obyektiv qərarlara dəstək 16:09 | 1 aprel 2025 | Çərşənbə axşamı Məqaləyə 20 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Daha obyektiv qərarlara dəstək

Azərbaycan məhkəmə sistemində süni intellekt dövrü başlayır

Osman GÜNDÜZ

MÖVZU İLƏ ƏLAQƏLİ

Ali Məhkəmə və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin birgə əməkdaşlığı ilə məhkəmə sistemində tətbiqi nəzərdə tutulan süni intellekt həllinin yaradılması başa çatmaq üzrədir.

Bu sistem vətəndaşlara məhkəməyə müraciət etməzdən əvvəl oxşar işlər üzrə formalaşmış məhkəmə təcrübəsini təhlil etməyə, mübahisəyə dair məhkəmələrin hüquqi mövqeyini öyrənməyə və mümkün nəticələri əvvəlcədən görməyə imkan verəcək.

Eyni zamanda bu texnologiya hakimlərin, məhkəmə aparatının və vəkillərin iş yükünün azaldılmasına və qərarların daha obyektiv verilməsinə dəstək olacaq.

Yəni görünən odur ki, süni intellekt qərar verməyəcək, daha doğru qərarlar qəbul etməyə kömək olacaq, düzgün qərara gedən yolda dəqiq təhlil və əlavə dəstək rolu oynayacaq.

Düşünürəm ki, dünyanın bir çox ölkələrində tətbiq edilən belə bir rəqəmsal alətin ölkəmizdə istifadəsi də əhəmiyyətlidir.

Bu cür süni intellekt həlli şübhəsiz ki,  vətəndaşların işlərini, məhkəmələrə çıxış imkanlarını daha da rahatlaşdıracaq, oxşar və təkrar işlərin məhkəmə baxışının daha effektiv və şəffaf  formada reallaşmasına kömək olacaq.

Bu cür sistemlərin Azərbaycanda da istifadəyə verilməsi düşünürəm ki, məhkəmə-hüquq sistemimizin modernləşməsi və rəqəmsal transformasiyası baxımından ciddi irəliləyişdir.