
Universitetlərə çağırış
Rəqəmsal tələbə kartlarından istifadə layihəsinə start verilir
Rəqəmsal tələbə kartlarından istifadə layihəsinə start verilir
“Podval əməliyyatı”ndan sonra abırla getmək lazım idi
Ən yaxın zamanda 10 milyon büdcəsi olan fond yaradılaq
Əli Həsənov: “Könüllülük fəaliyyəti Azərbaycan gəncləri üçün əlverişli imkanlar yaradır”
Bu gün “ASAN xidmət”in “Publik data portalı” təqdim olundu. Agentliyin bu addımı vətəndaş iştirakçılığının təşviqi, hesabatlılıq, biznes və akademik mühit üçün faydalılıq baxımından çox təqdirəlayiq bir addımdır.
Görünən odur ki, ASAN öz sahəsi üzrə süni intellekt və data məsələlərinə, mövcud məlumat bazasından daha səmərəli istifadə edilməsinə, konkret sahələr üzrə fayda verən süni intellekt həllərinin hazırlanmasına xeyli diqqət yetirib. Ortada konkret, işlək nümunələr var.
Ümid edirəm buradakı açıq məlumat bazası hələlik çox “kasıb” olan “Açıq hökumət” portalına da inteqrasiya olunacaq.
Tədbirin daha maraqlı hissəsi həm də “Dövlət idarəetməsində data əsaslı qərar qəbuletmə” mövzusunda panel müzakirələr oldu.
Bu sahədə bizdə müəyyən irəliləyişlər olsa da ciddi problemlər qalır.
Düzdür, panelçilər maraqlı məlumatlar təqdim etdilər, süni intellekt həllərinin tətbiqi ilə bağlı təcrübələri bölüşdülər, amma sektordakı əsas çağırışlar elə də qabardılmadı.
Hazırda ölkədə dövlətə məxsus nəhəng məlumat bazası formalaşıb. Amma ondan effektiv istifadə sahəsində ciddi problemlər var.
Konkret desək, bəzən açıq-aşkar görünür ki hansısa bir sahə üzrə absurd qərarlar var, amma dövlətin əlində olan data tam başqa bir qərar diktə edir.
Konkret bu sahədə pərakəndəlik daha çox gözə çarpır .
Sektor üzrə səlahiyyətli qurum olan İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyindən (İRİA) bu sahədə gözləntilər daha çoxdur.
Hələ də dövlətə məxsus məlumat bazasının üzərində “oturub” heç kimə vermərəm deyənlər, bu datanın üzərində “özəl biznes” qurub başqalarına giriş verməyənlər, inteqrasiya etmək istəməyənlər, süni surətdə prosesi ləngidənlər yetərincədir.
Bəzi dövlət qurumlarında olan “çirkli data” isə bir başqa problemdir. Dövlət qurumları bu tip datanın dürüstləşdirilməsi və emaill üçün, inteqrasiya üçün istifadə olunacaq səviyyəyə gətirilməsi istiqamətində ciddi işlər görməlidir.
Son illərdə İRİA tərəfindən bu istiqamətdə bir xeyli işlər görülsə də məhz bu amil bu sahənin inkişafına ciddi əngəl yaradır.