
Daha obyektiv qərarlara dəstək
Azərbaycan məhkəmə sistemində süni intellekt dövrü başlayır
Azərbaycan məhkəmə sistemində süni intellekt dövrü başlayır
“Onlayn Azərbaycan” layihəsinin yekunu haqqında
“Podval əməliyyatı”ndan sonra abırla getmək lazım idi
Son iki ildə inhisarçılıq aradan qaldırılıb
“Onlayn Azərbaycan” layihəsindən nə xəbər var?
RİNN-in saytındakı məlumatlar yoxa çıxıb
“ASAN imza”nın inhisarçılığının qarşısı alınır
Ötürücü stansiya üçün icazə alınmalı və şərait yaradılmalıdır
Biznes və cəmiyyət üçün proqnozlar qurula biləcək məqamlar yetərli görünmür
Konseptual sənədlərin layihələrini kim gecikdirir?
10 maddədən ibarət ola biləcək qanun layihəsi hazırlanır
10 maddədən ibarət ola biləcək qanun layihəsi hazırlanır
Bu gün Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev və Mələk İnvestorlar Klubu arasında görüş keçirilib. Tədbirdə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, yerli startap icması, innovasiya ekosisteminin tanınmış üzvləri, “Technovate – Sabah Mələk İnvestorlar Klubu”nun təsisçiləri və investorları, media nümayəndələri iştirak ediblər.
Görüşdə innovasiya və startap ekosisteminin cari durumu ilə bağlı geniş fikir mübadiləsi aparılıb.
Nazir Rəşad Nəbiyev “Technovate – Sabah Mələk İnvestorlar Klubu”nun yaradılması təşəbbüsünü alqışlayaraq klubun fəaliyyətinin innovasiya ekosistemi üçün böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb.
Klubun təsisçisi Fərid İsmayılzadə təqdimatla çıxış edərək vençur studiya və klubların yaradılması və dəstəklənməsinin əhəmiyyətini önə çəkib.
Görüş çox maraqlı və faydalı oldu.
Düşünürəm ki, ekosistemdə yeni bir oyunçunun, xüsusilə də investisiya yönümlü qurumun yaradılması olduqca əhəmiyyətlidir.
Əlbəttə, Azərbaycanda bir neçə dəfə belə cəhdlər olub, amma bildiyimiz kimi nəticəsi uğursuz olub.
Bu günkü görüşdən sonra bir qədər nikbinliyim artdı ki, yeni yaradılan klub startap ekosistemə ciddi töhfələr verə biləcək.
Əlbəttə, burada biznes maraqlarıdan əlavə, həm də sektorun inkişafını, ölkənin inkişafını da nəzərə almaq, risklərdən çəkinməmək, bir qədər əziyyətə qatlaşmaq və daha çox çalışmaq lazım gəlir.
Ümid edirəm Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi də kluba dəstəyi əsirgəməyəcək.
Yeri gəlmişkən, nazir artıq dövlət və özəl tərəfdaşlıq çərçivəsində, 10 milyon büdcəsi olan Vençur Fondun ən yaxın zamanda yaradılacağı ilə bağlı açıqlama da verdi.
Ekosistemin inkişafını ləngidən bəzi məqamlara münasibət bildirərkən yaxın zamanlarda bu istiqamətdə konkret addımlar atılacağını bildirdi. Düşünürəm ki, bu addımlar da ekosistemə ciddi dəstək olacaq.
Müşahidələrimiz isə göstərir ki, sektorun inkişafı istiqamətində son zamanlar müəyyən addımlar atılsa da ləngimələr var.
Araşdırmalar göstərir ki, qonşu ölkələrdə və regionda innovativ ekosistemin və rəqəmsal mühitin inkişafına böyük yatırımlar edilir, xarici resursları cəlb etməyə çalışırlar.
Bu baxımdan, potensial imkanlarımızın daha yüksək olduğu bir şəraitdə uzun müddətli ləngimələrin müasir çağırışlara adekvat olmadığı qənaətindəyəm.
Düşünürəm ki, ölkəmizdə ekosistemin inkişafı üçün münbit şəraitin yaradılması, qanunvericiliyin təkmilləşdirilməsi, regional və qlobal bazarlara çıxışın, universitetlərdə innovativ mühitin formalaşdırılması istiqamətində işlər canlandırılmalıdır.