50 yaşlı kişinin 62 yaşlı qadınla nikahı ləğv edildi
Rusiyada azərbaycanlı barədə məhkəmə qərarı verildi
18:11 | 4 aprel 2025 | Cümə
Məqaləyə 232 dəfə baxılıb
Şriftin ölçüsü
Rusiyada azərbaycanlı barədə məhkəmə qərarı verildi
Mavi yanacaq satdığımız 16 ölkənin 10-u Aİ üzvüdür
Azərbaycan dizeli və Rusiya gübrəsi yüklənmişdi
Sərhəd dəyişiklikləri xəritə servislərində görünməyə başladı
5 ay əvvəl Azərbaycandan Türkiyəyə uçarkən qəzaya uğrayan təyyarə ilə bağlı yeni kritik detal
Yaxın Şərqdə risklərin artması fonunda Avropaya gedən neftin bir hissəsinin Asiyaya yönləndirilməsi planlaşdırılır
Ermənistan Baş Prokurorluğu XİN əməkdaşı barədə məhkəmə qərarından narazı qaldı
Siyasi etikadan uzaq insan 86 milyonu təmsil edə bilərmi?
Həbs edilən cinayətkarların əmlakı müsadirə olundu
Bu müharibədə silah məlumat, müdafiə isə milli şüurdur
Bir çox tarixi faciələrdə rusun adını pozub ...
Ermənistan baş naziri ilə mətbuat katibi 24 saat fərqlə bir-birini təkzib etdi
Müstəqillik dövründə ilk dəfə ...
Azərbaycan Ermənistanla ticarət tranzitinə qoyulan məhdudiyyətləri aradan qaldırdı
Qazaxıstanlı musiqiçilər Azərbaycan prezidentinin şərəfinə Müslim Maqomayevin mahnısını ifa etdilər
... Cənubi Qafqazda sabitliyə təhdid
Ermənistan vətəndaşlığı olan, eyni zamanda Qarabağdakı keçmiş separatçı rejimin hərbi-siyasi rəhbərliyində təmsil olunan canilərin məhkəməsi davam edir.
Aprelin 4-də Bakı Hərbi Məhkəməsində davam etdirilən prosesdə daha bir təqsirləndirilən şəxs – David Manukyan dövlət ittihamçısının suallarını cavablandırıb. Bu quldur da vaxtilə Qarabağdakı terrorçu-separatçı çətənin əsas simalarından biri olub.
Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçusu və Qarabağdakı keçmiş separatçı rejimin “özünümüdafiə ordusu”nun komandanının müavini olmuş general-mayor David Manukyanın bugünkü etirafları sensasiyalılıq baxımından Ruben Vardanyan, Bako Saakyan, Araik Arutyunyan, David İşxanyanın bundan öncəki etiraflarından heç də geri qalmır.
David Manukyan dövlət ittihamçısının suallarına cavab olaraq bildirib ki, Azərbaycanın bir vaxtlar işğal olunmuş ərazilərində hərbi xidmətdə olarkən Ermənistan Respublikası tərəfindən Rusiyadakı Frunze adına Hərbi Akademiyaya təhsil almaq üçün göndərilib.
O, işğal olunmuş ərazilərdə xidmət edən bir sıra zabitlərin təlim keçmək üçün başqa ölkələrə göndərildiyini də bildirib: “Hərbi heyət Rusiya, ABŞ, Almaniya və Yunanıstana təhsil almağa göndərilib. Bu prosesi Ermənistanın Müdafiə Nazirliyi həyata keçirib. Xaricdə kurslar keçərkən onların maaşları da Ermənistan Müdafiə Nazirliyi tərəfindən ödənilib”.
D.Manukyan bildirib ki, Azərbaycanın vaxtilə işğal altındakı ərazilərindəki qondarma qurumun “prezidenti”nin “müdafiə naziri” təyin etmək səlahiyyəti olmayıb: “Müdafiə naziri”ni Ermənistan Respublikası təyin edirdi. Ermənistan Respublikasında idarəetmə sistemindən asılı olaraq qondarma rejimin “müdafiə naziri”ni ya prezident, ya da digər vəzifəli şəxs təyin edirdi”.
Eyni zamanda, D.Manukyan qondarma rejimin “ordu”sunda xidmət edən zabitlərə ali hərbi rütbələrin də Ermənistan tərəfindən verildiyini və silah-sursatların Ermənistandan gətirildiyini bildirib.
Beləliklə, bir daha təsdiq olunur ki, Qarabağdakı erməni separatçılarına Ermənistan, Ermənistana isə Rusiya, ABŞ, Fransa (keçmiş həmsədr ölkələr) havadarlıq edirmiş. İran, Almaniya, Yunanıstan, Kanada və s. kimi ölkələr isə Ermənistana və separatçılara bu və ya digər formalarda dəstək veriblər.
Əlbəttə, bu həqiqətlərin heç biri bizim üçün yenilik deyil. Bütün bunlar illər öncədən eşitdiyimiz, gördüyümüz, bildiyimiz həqiqətlərdir. Lakin zamanla təsdiqlənmiş bu həqiqətlərin indi separatçıların öz dilindən etiraf edilməsi tamam ayrı anlam kəsb edir və mühüm siyasi əhəmiyyət daşıyır. Bu etiraflar Ermənistanın və onun havadarlarının üzünə çırpılan tərs şillələrdir...
(ardı var)