vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 6 avqust 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)

«Bir kərə yüksələn bayraq bir daha enməz!»

Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)
ELM-TƏHSİL, DİN  
Genetikada yeni dövr 22:23 | 5 avqust 2025 | Çərşənbə axşamı Məqaləyə 113 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Genetikada yeni dövr

Alimlər DNA-nı sıfırlayan texnologiya hazırladı

MEHİN

MÖVZU İLƏ ƏLAQƏLİ

Çinli alimlər, həm bitki, həm də heyvan hüceyrələrində DNT-nin daha dəqiq və effektiv şəkildə dəyişdirilməsini mümkün edən iki yeni genom redaktə texnologiyası hazırlayıblar.

“EurekAlert” portalının məlumatına görə, Çin Elmlər Akademiyasının Genetika və İnkişaf Biologiyası İnstitutunun alimləri, indiyədək istifadə edilən və “Cre-Lox” adı ilə tanınan gen redaktə sisteminin məhdudiyyətlərinə cavab verən texnologiya üzərində işləyiblər.

Yeni üsullar sayəsində tədqiqatçılar böyük DNT parçalarını dəqiq şəkildə yerləşdirə, zədələnmiş genləri tamamilə əvəz edə, hətta xromosomları tərsinə çevirə və ya silə biliblər.

Alimlər bu texnologiyanın tətbiq olunduğu misal olaraq herbisidə davamlılıq göstərən yeni bir düyü növü yetişdiriblər və bu nümunə ilə sistemin gen mühəndisliyi və kənd təsərrüfatında məhsuldarlığın artırılması baxımından daşıdığı potensialı vurğulayıblar.

Tədqiqatın nəticələri nüfuzlu “Cell” elmi jurnalında dərc olunub.