
AKTA tramplin olub
Vətəndaş cəmiyyəti təmsilçisi DTX-da işə qəbul edilib
Vətəndaş cəmiyyəti təmsilçisi DTX-da işə qəbul edilib
... Texniki sübut, yoxsa siyasi şübhə?
“Məqsədim özümü həmin şirkətlərə sübut etmək, nüfuz qazanmaq olub”
Camaatdan oğurladığını bazarda satdıran zehniyyət
... Yaxud “Muxtarlıq”ın xanədanı
132 milyon dövlət vəsaiti mənimsənilib
İran Azərbaycana qarşı iş aparır
... Yaxud mərkəzdənqaçma və izafi büdcə xərci
Yoxlamalar, yasaq, nəzarət ...
Əhmədovun Babək Səmidlinin səsini hansı məqsədlə yazdığı açıq qalır
DTX istintaq aparır, həbslər var
İran Azərbaycanın hərbi sirrini ermənilərə bu yolla ötürüb
DTX İran şəbəkəsinin üzvləri ilə məlumatları “Meta” və “Telegram”dan tələb edə bilər
DTX rəsmi açıqlama yaydı
Müharibə dövründə Azərbaycanın ələ keçirilən Ermənistana aid internet resurslarının siyahısı açıqlandı
DTX Cəbrayılda Azərbaycanın 7 min hərbçisini mühasirədən necə çıxartdı?
Kritik quruma xidmət edən Azərbaycan vətəndaşı olmalıdır, amma qurumun özündə çalışan xarici ola bilər. Kritik qurumların siyahısı açıqlana bilməz, amma bəzi sənədlərdən kimin kritik olduğunu sezmək mümkündür.
Ötən gün Azərbaycan Prezidenti İlham Əliyev “Elektron Hökumət İnformasiya Sisteminin Əsasnaməsi”ni təsdiq edib.
Cari ilin əvvəli də Prezident tərəfindən “Milli Məkan Məlumatları” informasiya sisteminin Əsasnaməsi təsdiq edilib.
Hər iki sənəddə bu resursların təhlükəsizliyinin təmin edilməsi doğru olaraq da Dövlət Təhlükəsizliyi Xidməti (DTX) və Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinə (XRİTDX) həvalə olunub.
Amma burada bir incə məqam var.
Digər bir qanunvericilik tələb edir ki, kritik infrastruktura daxil olan obyektlərin (informasiya resurslarının) siyahısı dərc edilə, açıqlana bilməz.
Bu qanunvericilikdə həm də qeyd olunub ki, kritik hesab olunan dövlət qurumlarına nəzarəti DTX və XRİTDX birgə həyata keçirir.
Əgər təhlükəsizliyin təmin edilməsi DTX və XRİTDX-yə tapşırılıbsa, onda adi məntiqlə buradan belə qənaətə gəlmək olar ki, yuxarıda adları çəkilənlər elə kritikdir. Hansı ki bunu açıqlamaq qadağandır.
Bu necə ola bilər?
İndi bunu açıqlamaq görəsən məndə hansısa məsuliyyət yaradırmı?
Kritik qurumlarla bağlı daha bir anlaşılmaz məqam var.
Kritik qanunvericilik tələb edir ki, kritik subyektə xidmət göstərən kibertəhlükəsizlik xidməti provayderinin təsisçisi və onun səlahiyyətli nümayəndələri Azərbaycan vətəndaşı olmalıdırlar.
Amma maraqlıdır ki, kritikin özündə xarici vətəndaşın işləməsinə heç bir məhdudiyyət yoxdur.
Dəfələrlə biz bu haqda bildirmişik, bizdə elə kritik qurumlar var ki, onlarda dataya giriş imkanı olan bölmələrdə xarici vətəndaşlar da çalışır və bəzilərində hətta rəhbərlik edirlər.
Yəni hazırda real hüquqi vəziyyət belədir: kənardan kritik xidmət göstərən, nəzarət və audit edən Azərbaycan vətəndaşı olmalıdır, amma qurumun özündə işləyən xarici ola bilər.
Ağlasığmaz olsa da hazırda bu, belədir.
Düşünürəm ki, kritik obyektlərin əsasnamələri hazırlanarkən diqqətli olmaq, onların təhlükəsizliyinin qanunvericilikdə nəzərdə tutulduğu qaydada təmin edildiyini qeyd etmək daha doğru olardı.
Ümumiyyətlə isə, burada bəzi məqamlara yenidən nəzər salmaq da doğru olardı.
Kritik resursların siyahıları açıqlanmasa da, ona xidmət göstərən özəl şirkətlər və əməkdaşlar artıq öncədən bu məlumatlara sahib olurlar.
Eyni zamanda kritik qanunvericilik qəbul olunanda biz təklif etmişdik ki, kritik obyektlərin (informasiya resurslarının) siyahısı açıqlanmasa da, subyektlərin (informasiya resurslarının sahiblərinin) siyahısının açıqlanması ictimai maraqlar baxımından da doğru olardı.