
Talıbovun statusu “arıqlayır”
Seymur Talıbov daha bir vəzifəsini itirdi
Seymur Talıbov daha bir vəzifəsini itirdi
... Yaxud separatçının nazıyla oynamırlar
DTX ölkə xaricindəki əməliyyatları intensivləşir
Terror təşkilatı ilə əlaqədə təqsirləndirilən altı nəfər həbs olunub
Vətəndaş cəmiyyəti təmsilçisi DTX-da işə qəbul edilib
DTX və DSX birgə əməliyyat keçirib
... Texniki sübut, yoxsa siyasi şübhə?
“Məqsədim özümü həmin şirkətlərə sübut etmək, nüfuz qazanmaq olub”
Azərbaycanın Xüsusi Xidmət Orqanlarının fəaliyyətinə analitik baxış
... Azərbaycan və Türkiyənin ortaq taleyinin simvolu
Qədim qaynaqlar və əfsanələr haqqında ...
Tarixçi Bettani Hyuzun serialı Azərbaycanı da əhatə edir
... yaxud "Lent.az"dakı işimi necə itirdim?
Bir nazirin oğurladığı pula iki aeroport tikmək olar
Naxçıvan Ali Məclisinin qapalı iclası keçirilib
“Naxçıvan rəssamlarının ensiklopediyası”
Son günlər Naxçıvan Muxtar Respublikasında ciddi hadisələr baş verir. Muxtar respublikada bir sıra struktur islahatları aparılır, Naxçıvandakı qurumlar Azərbaycanın mərkəzi icra hakimiyyəti orqanlarına tabe etdirilir.
Növbəti belə struktur islahatı muxtar respublikanın Dövlət Gömrük Komitəsində aparılır. İddialara görə, dünən səhər saatlarında işə gələn Dövlət Gömrük Komitəsinin sədri Səhət Həbibbəyli və sədr müavini Səbuhi Novruzov komitənin inzibati binasına buraxılmayıblar. Gün ərzində Naxçıvan gömrüyündə aparılan islahatlarla bağlı ictimaiyyətə məlumat verilməsi gözlənilir.
Xatırladaq ki, Səhət Həbibbəyli AMEA-nın prezidenti İsa Həbibbəylinin oğlu, Səbuhi Novruzov isə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun bacısının həyat yoldaşıdır.
Onu da yada salaq ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının 30 illiyi münasibətilə ölkə Prezidentinin də iştirak etdiyi tədbirə dəvət olunmayıb.
Vasif Talıbov partiyanın idarə heyətinin üzvüdür. Bəzi iddialara görə, Vasif Talıbov tədbir keçirilən gün Bakıda olub. Hətta qeyd olunur ki, Talıbov tədbirin keçirildiyi Mərkəzə gəlib, lakin qapıdan içəri buraxılmayıb. (tns.az)