
Yenə bir hücrədə üz-üzə gəldik ...
... Yaxud separatçının nazıyla oynamırlar
... Yaxud separatçının nazıyla oynamırlar
DTX ölkə xaricindəki əməliyyatları intensivləşir
Terror təşkilatı ilə əlaqədə təqsirləndirilən altı nəfər həbs olunub
Vətəndaş cəmiyyəti təmsilçisi DTX-da işə qəbul edilib
DTX və DSX birgə əməliyyat keçirib
... Texniki sübut, yoxsa siyasi şübhə?
“Məqsədim özümü həmin şirkətlərə sübut etmək, nüfuz qazanmaq olub”
Azərbaycanın Xüsusi Xidmət Orqanlarının fəaliyyətinə analitik baxış
Camaatdan oğurladığını bazarda satdıran zehniyyət
... Yaxud “Muxtarlıq”ın xanədanı
132 milyon dövlət vəsaiti mənimsənilib
İran Azərbaycana qarşı iş aparır
... Yaxud mərkəzdənqaçma və izafi büdcə xərci
Yoxlamalar, yasaq, nəzarət ...
Əhmədovun Babək Səmidlinin səsini hansı məqsədlə yazdığı açıq qalır
DTX istintaq aparır, həbslər var
Bakı şəhəri Səbail rayon məhkəməsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) istintaqı aparılan cinayət işi üzrə 1991-ci il təvəllüdlü Ramil Ramiz oğlu Əliyev və 1974-cü il təvəllüdlü İsmayıl Buludxan oğlu Həsənovun barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı məhkəmə prosesi keçirilib.
İş materiallarından məlum olur ki, DTX-nin həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilərək ələ keçirilmiş və istintaqa təqdim olunmuş həmin şəxslər tərəfindən xaricdə və Azərbaycan Respublikasında müxtəlif cinayət əməlləri törədilib.
Belə ki, onlar xarici ölkə ərazisində qəsdən adam öldürmə, şəxsiyyət əleyhinə digər ağır və xüsusilə ağır cinayətlər törətdiklərinə görə məhkum olunaraq həmin ölkənin cəzaçəkmə müəssisələrində olduqları zaman "Vaqner" silahlı birləşməsinin rəhbəri olmuş Y.Priqojin tərəfindən şəxsən seçilərək cəzaların icrasından yayındırılmış və razılaşdırılmış vəsait müqabilində müxtəlif hərbi əməliyyatlara cəlb ediliblər.
Onlar müxtəlif ölkələrin ərazilərində odlu silahlardan və partlayıcı vasitələrdən istifadə etməklə təlim və döyüş əməliyyatlarında iştirak edib, digər Azərbaycan Respublikası vətəndaşlarının da ölkə hüdudlarından kənarda belə əməllərə təhrik edilməsi istiqamətində fəaliyyət göstəriblər.
Hazırda cinayət işi üzrə Ramil Əliyev və İsmayıl Həsənovun Azərbaycan Respublikası və xarici ölkə vətəndaşlarına qarşı digər cinayət əməlləri ilə bağlı araşdırmalar aparılır.
Məhkəmə baxışının nəticələrinə əsasən Ramil Əliyev və İsmayıl Həsənov barəsində dörd ay müddətinə həbs qətimkan tədbiri seçilib.