Nüvə arsenalına 119 milyard xərclənib
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
11:10 | 20 avqust 2025 | Çərşənbə
Məqaləyə 386 dəfə baxılıb
Şriftin ölçüsü
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Pentaqon üç nəhəng Çin şirkətini qadağa olunanlara əlavə etdi
Ekipaj xilas edildi
Məhkəmə Trampın 100 min dollarlıq rüsum qərarını ləğv etdi
Trampdan Netanyahuya xəbərdarlıq
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
Vaşinqton mümkün hərbi ssenariləri müzakirə edir
Pekin Vaşinqtonun mümkün nüvə zərbəsinə qarşı səhrada böyük bunkerlər tikir
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
ABD-dəki “Axial Seamount” vulkanında bir gündə 2 mindən çox zəlzələ qeydə alınıb. ABD-nin Oregon ştatının sahillərində yerləşən bir sualtı vulkan partlayışa hazırlaşır.
Oregon sahillərindən təxminən 300 mil məsafədə və səthdən 1.493 metr dərinlikdə yerləşən “Axial Seamount” sualtı vulkanı, Oregon Əyalət Universitesindəki tədqiqatçılara görə, partlayışın yaxınlaşdığını göstərən davranışlar sərgiləyir.
Üniversitesin tədqiqatçısı Uiliyam Çaduik, yanvar ayında “ABC News”ə verdiyi açıqlamada, ilin əvvəlindən bəri vulkanın içində ərimiş qayaların yığılması səbəbindən “şar kimi” şişdiyini demişdi.
İndi vulkanın yaxınlığındakı seysmik aktivlik də artır. Universitetə görə, iyun ayında bir gündə 2 mindən çox zəlzələ qeydə alınıb. Tədqiqatçılar zəlzələ aktivliyinin “dalğavari bir trayektoriya izlədiyini” qeyd ediblər. Vulkan ilin sonuna qədər partlayış meylini davam etdirəcək.
Çaduik bildirir ki, Xuan de Fuka Layları (Juan de Fuca Ridge) boyunca uzanan “Axial Seamount”, şimal-şərqi Sakit Okeanda ən aktiv sualtı vulkanlardan biridir və çox təkrarlanan bir aktivlik göstərir. Vulkan, izləmə işlərinin başladığı son 30 ildə, 1998, 2011 və 2015-ci illərdə üç dəfə partlayıb.
Tədqiqatçılar vulkanı sahildən uzanan alətlər və kabellər vasitəsilə izləyirlər. Çaduikə görə, bunlar arasında vulkanın yaxınlığında baş verən zəlzələlərlə bağlı real vaxt məlumat verən seysmotometrlər də mövcuddur.
Minnesotadakı “Carleton College”in biologiya şöbəsi müdiri və dosent olan Rika Anderson, “ABC News”ə verdiyi açıqlamada, “Kilometrlərlə uzunluğunda fiber optik kabellər dəniz dibindəki alətlərə enerji və internet təmin edir. Bunun sayəsində Axial Seamount-dakı seysmik aktivliyi izləyə bilirik. Bu, dərin dəniz vulkanlarının necə işlədiyini daha yaxşı anlamağımıza və proqnozlaşdırmağımıza kömək edir. Həmçinin, dəniz dibindəki həyatın partlayışlara və ümumilikdə perturbasiyalara necə reaksiya verdiyini də müşahidə edə bilirik”, – deyib.
Tədqiqatçılar bildirirlər ki, sualtı vulkanda baş verən partlayışları düzgün təxmin etmək, vulkanoloqlara quru üzərində baş verə biləcək və insanlara təhlükə yarada biləcək gələcək vulkan partlayışlarını proqnozlaşdırmağa kömək edə bilər.
Smitsonian İnstitutunün Qlobal Vulkanizm Proqramına görə, yüzlərlə və ya min illər boyunca dəqiq partlayış tarixçəsi təmin edə biləcək qədər yaxşı araşdırılmış çox az vulkanik partlayış mövcuddur, buna görə də vulkanik partlayışları proqnozlaşdırmaq çətindir.
Tədqiqatçılar həmçinin vulkanın kalderasındakı hidrotermal bacaların səthinin altında, dəniz dibinin dərinliklərində yaşayan mikrobları da izləyirlər. Anderson, bu mikrobların dəyişikliklərə necə reaksiya verdiklərini görmək üçün bu işləri apardıqlarını qeyd edib: “Bu mikrobların bəziləri qaynar su altında yaşayır, bəziləri də dəmir və kükürd nəfəs alır, mövcud infeksiyalarla bizim kimi mübarizə aparırlar, dünyanın həyatının təkamülündə ilk addımlar haqqında əlamətləri saxlayırlar və qlobal biojeokimyəvi dövrləri yönləndirməkdə mühüm rol oynayırlar”.