
Bütün banklar mənfəət qazanıb
ABŞ-da birinci rübdə ilkin hesabatlar müsbət perspektiv göstərib
ABŞ-da birinci rübdə ilkin hesabatlar müsbət perspektiv göstərib
Kredit bazarı üçün qorxulu siqnal deyil
Kreditə üz tutanların sayı artıb
Dərəcələrin artmasını şərtləndirən xərc, risk və digər mənfi amillər ...
Bu məzənnə fərqinin 92 faizdən çoxu deməkdir
MBNP-da iclas başladı
Mərkəzi Bankdan kredit açıqlama
Ekspertlər: “Problemli kreditlərin faiz və cərimələri silinəcək, məhkəmələrdəki işlər geri çağırılacaq”
Güzəştdən fiziki şəxslər faydalanacaqlar
Prezident əhalinin dollar kreditləri ilə bağlı problemini həll etdi
“Müəllimlərə və həkimlərə güzəştli kredit verilsin”
Konstitusiya Məhkəməsi məsələyə yenidən baxır
4 faizlik endirim də bu yandan
Kredit faizlərinin siyahısı
Borcları ödəməmək məhrumiyyətlər yaradacaq
Ekspert: «1990-cı illərdə vəziyyət bundan da pis olub, ancaq düzəldə bilmişik»
Prezident İlham Əliyev “Kredit büroları haqqında” qanuna edilən dəyişiklikləri təsdiq edib. Azərbaycanda nisyə mal alqı-satqısı ilə məşğul olan hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti göstərən fiziki şəxslər, əgər təqvim ili ərzində nisyə satış dövriyyələri 100 min manatı keçərsə belə, artıq kredit bürolarına məlumat təqdim etmək öhdəliyindən azad ediliblər. Əvvəllər bu kateqoriyaya aid sahibkarlar müştərilərinə dair kredit tarixçələrini fəaliyyət göstərən ən azı bir kredit bürosuna təqdim etməyə borclu idilər.
Adətən kredit tarixçəsinə aid olan məlumatların təqdim olunması inzibati proseduralar, zaman və eləcə də xərc tələb edirdi. Digər tərəfdən bu öhdəliklərə əməl edilməsinə nəzarət də heç də asan deyildi və məsuliyyətə cəlb etmək də mürəkkəb mexanizm idi.
Yeni dəyişiklik bir tərəfdən şirkətlər və vətəndaşlar üçün qaydaların asanlaşmasına və onların kredit tarixçələrinin bu tip əməliyyatlar səbəbindən pisləşməsinin qarşısını alacaq. Digər tərəfdən, yeni qaydalar vətəndaşlarımız üçün bu sahədə inzibati proseduraları keçməsi zərurəti aradan qaldırıldığından vəsaitə qənaət etməsinə və onların kreditlər üzrə “qara siyahıya” bu səbəbdən düşməsinin qarşısının almasına gətirib çıxaracaq. Gözlənilir ki, bu həmçinin bu sahədə aktivliyin artmasına və alqı-satqı dövriyyəsinin genişlənməsinə imkan yaradacaq.