
Şinavatra ailəsi zəifləyir
Üçüncü baş nazir də vəzifəsini itirdi
Üçüncü baş nazir də vəzifəsini itirdi
Kim Çen In Putinə qoşularaq Çinə gedir
FED rəsmisi: ““Stablecoin”lər ABŞ dollarının qlobal rolunu genişləndirə bilər”
Çindən yerli şirkətlərə “Nvidia H20” çipi xəbərdarlığı
Yeni silah yarışının qalibi kim olacaq?
ABŞ-dan Rusiya nefti alan ölkələrə 100 faizlik əlavə tarif xəbərdarlığı
Çipin üstündəki gözlər
Azərbaycan türkcəsi – üç prezidentin ortaq nöqtəsi
Azərbaycan Balkanlardan Türkistana qədər olan dövlətlərinin mərkəzə qaçma təcilidir
Pezeşkianın Qarabağ ziyarəti fars-molla rejiminə əzab verib
... Qarabağ nəqliyyat və sülh qovşağına çevrilir
... və formalaşan reallıqlar
Azərbaycanda Türkiyə və ya Pakistan hərbi bazaları lazımdırmı?
Rusiyanın açıqlamaları şovinizm siyasətinin açıq təzahürüdür
Döyüşmədən düşməni məğlub etmək müharibə sənətinin zirvəsidir
Rusiyanın tutarsızlığı özünün gələcəyinə ciddi təhdiddir
Prezident İlham Əliyevin Çin Xalq Respublikasına rəsmi səfəri çərçivəsində olduqca mühüm hadisə baş verdi. Azərbaycan və Çinin arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması barədə Birgə Bəyanat qəbul edildi.
Tərəflərin bir-birinə dəstək göstərməsi, iki dövlətin təməl maraqlarının, suverenliyinin, təhlükəsizliyinin və ərazi bütövlüyünün qorunması ilə bağlı qətiyyətli dəstək, dayanıqlı olaraq iqtisadi və siyasi təmasları inkişaf etdirmək, “Bir kəmər, bir yol” təşəbbüsünün Azərbaycanın “İpək Yolunun dirçəldilməsi” inkişaf strategiyası ilə uyğunlaşdırılması, qarşılıqlı ticarət mübadiləsi, bərpaolunan enerji mənbələri ilə bağlı əməkdaşlıq, terrorizmə qarşı birgə mübarizə, iqlim, təhsil, turizm, aqrar və digər sahələrdə əməkdaşlıq Birgə Bəyanatda öz əksini tapıb.
Bununla Azərbaycan və Çin münasibətlərində yeni mərhələ başlayır. Dünya nəhənginə çevrilən, eləcə də dünya liderliyinə doğru inamla addımlayan Çin və Azərbaycan liderləri arasında imzalanan sənəd ölkəmiz üçün mühüm əhəmiyyət kəsb edir. Dünya miqyasında aparıcı diplomatik oyunçulardan olan Azərbaycanın qarşısında geniş imkanlar açır.
Bu bir daha təsdiq edir ki, Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən ardıcıl, praqmatik, çoxvektorlu və milli maraqlara söykənmiş müstəqil diplomatik siyasət kursu ölkəmizi bölgəmizin lider, dünyanın isə önəmli bir dövlətinə çevirib. Bu yolda Çin kimi dünya nəhəngi də strateji tərəfdaş olaraq Azərbaycanla münasibətlərini rəsmiləşdirdi.