
Kim Qərbi yamsılayır
Şimali Koreyada saxta “Starbucks” və İKEA meydana gəlib
Şimali Koreyada saxta “Starbucks” və İKEA meydana gəlib
ABŞ və Şimali Koreya razılığa gəlib
Şimali Koreya sərhədində insident: “Əsgərlərimizə atəş açıldı”
Şimali Koreyanın sirr kimi saxladığı hərbi baza
Kim Çen In Rusiyada döyüşən əsgərlərlə görüşdü
FED rəsmisi: ““Stablecoin”lər ABŞ dollarının qlobal rolunu genişləndirə bilər”
Şimali Koreyalı keçmiş əsgərin son arzusu
Şimali Koreyalı hakerlərin məlumatları sızdırıldı
Rusiya Prezidenti Tramp ilə keçirəcəyi zirvə barədə məlumat verdi
Şimali Koreyalı işçilərdən Rusiya etirafı
Çindən yerli şirkətlərə “Nvidia H20” çipi xəbərdarlığı
Şimali Koreyadan illər sonra ilk sülh addımı
Daha bir Şimali Koreyalı cənuba keçdi
Yeni silah yarışının qalibi kim olacaq?
Rus turist təəssüratlarını bölüşdü: “Kurortda yeganə qrup biz idik”
ABŞ-dan Rusiya nefti alan ölkələrə 100 faizlik əlavə tarif xəbərdarlığı
Şimali Koreya lideri Kim Çen In (Kim Jong Un) gələn həftə Çinin paytaxtı Pekində keçiriləcək hərbi paradda Rusiya prezidenti Vladimir Putinlə birlikdə iştirak edəcək.
Çinin açıqlamasına görə, bu səfər Kim Çen Inin qatıldığı ilk çoxtərəfli beynəlxalq zirvə olacaq.
ABŞ prezidenti Donald Tramp paradda iştirak etməyəcək. Lakin Tramp bu həftə verdiyi açıqlamada Kim Çen In ilə görüşmək istədiyini bildirib.
Şimali Koreyanın böyüyən nüvə arsenalı və Rusiyaya verdiyi dəstək Qərbdə ciddi narahatlıq doğurur.
Parada İkinci Dünya müharibəsində Yaponiyanın təslim olmasının 80-ci ildönümündə ev sahibliyi ediləcək. Bu il 26 ölkə liderinin qatılması gözlənilir. 1959-cu ildən bəri ilk dəfə Şimali Koreya lideri Çinin hərbi paradında iştirak edəcək.
Çin ordusunun yeni strukturunun geniş şəkildə nümayiş olunacağı tədbirdə yüzlərlə təyyarə, tank və pilotsuz uçuş aparatlarına qarşı hazırlanmış sistemlər təqdim ediləcək. Paradda on minlərlə əsgər Pekinin tarixi Tyananmen meydanından keçəcək.
Avropa Birliyindən qatılım bu il olduqca məhdud olacaq. Yalnız Slovakiyanın baş naziri Robert Fiko tədbirə gedəcək. Macarıstan və Bolqarıstan isə aşağı səviyyəli nümayəndələr göndərəcək.
2015-ci ildə keçirilən paradda isə Çexiya prezidenti Miloş Zemanla yanaşı Fransa, İtaliya, Niderland və Böyük Britaniyadan da yüksək səviyyəli nümayəndələr iştirak etmişdi.