Maduro üçün geri sayım başladı
Dövlət Departamentindən Venesuela diktatoruna zərbə
12:07 | 3 sentyabr 2025 | Çərşənbə
Məqaləyə 2069 dəfə baxılıb
Şriftin ölçüsü
Dövlət Departamentindən Venesuela diktatoruna zərbə
... Əslində Ukraynanın suverenliyinə və Avropanın isə təhlükəsizliyinə strateji təhdiddir
Birliyə üzv üç ölkənin Cənubi Amerika sahillərində adaları var
Harvard məzunu Dmitriyevin adı seçkilərə müdaxilə hesabatında da keçir
Qarabağın mərkəzi şəhəri Pekinin adaşıdır?!
“Moody’s” reytinqi endirdi
Tramp: “Rusiya sahilləri yaxınlığında bizim dünyada ən güclü atom sualtı qayıq var”
Əks halda ABŞ Rusiyanı “terrorun təşkilatçısı olan dövlət” elan edəcək
Medvedev: “Tramp ağlını itirmiş Avropa ilə tam həmrəydir”
Avropadan Trampa sitəm: “Putinin nazıyla çox oynayırsan ha, ...”
“Risk qeyri-adi dərəcədə yüksəkdir”
Tramp Putinə əzazil sifətini göstərməyə başladı
... Ukrayna 2000 km aralıdakı zavodu vurdu
ABŞ Rusiyanın neft şirkətlərinə yeni sanksiyalar tətbiq etdi
Zelenski: “Lazımi sayda “Patriot” raketlərini təmin etmək üçün ABŞ ilə birgə çalışırıq”
Budapeşt görüşü sual altında
Pekində keçirilən hərbi paradda Çin ordusu yeni birliklərini və əvvəllər nümayiş etdirilməyən müasir silahlarını ilk dəfə dünyaya göstərdi.
Çin, II Dünya Müharibəsinin başa çatmasının 80-ci ildönümünü qeyd etmək üçün indiyədək keçirilmiş ən böyük hərbi paraddan birini təşkil etdi.
Hərbi paradda Çin ordusu ilk dəfə müasir qırıcı təyyarələrini, raketlərini və qabaqcıl elektron müharibə sistemlərini nümayiş etdirdi. Bu tədbir ölkənin hərbi gücünü göstərən böyük bir nümayişə çevrildi.
Parada Rusiya Prezidenti Vladimir Putin, Şimal Koreya lideri Kim Çen In, İran, Malayziya, Myanma, Monqolustan, İndoneziya, Zimbabve və Mərkəzi Asiya ölkələrinin liderləri də iştirak etdi.
Çin Prezidenti Si Cinpin və həyat yoldaşı Penq Liyuan xarici qonaqları şəxsi qaydada qarşıladılar.
Çinin ilk dəfə nümayiş etdirdiyi qabaqcıl silahlar, Çin ordusunun ABŞ ordusuna çatmağa başladığını göstərir. Lakin ekspertlər qeyd edir ki, bu silahlar hələ döyüş şəraitində sınaqdan keçirilməyib.
Avstraliya ordusundan təqaüddə olan general Mik Rayan CNN-ə verdiyi açıqlamada bildirdi: “ABŞ hələ də dünyanın ən güclü ordusudur, amma fərq illər öncəyə görə çox azalıb.”
Rayan, Çinin ən böyük üstünlüyünün bütün silahlarını tamamilə öz istehsalı olması olduğunu vurğuladı: “Bu da Pekini, müharibə zamanı xarici silah tədarükçülərinin təsiri altında qoya bilməz.”
Paradda donanma və quruda xidmət edən birliklərin yanında yeni yaradılmış kiber birlik də yer aldı. Xinhua agentliyinin məlumatına görə, bu birim kiber təhlükəsizlik tədbirlərinə cavabdehdir və yaxın zamanda real atış təlimlərində iştirak edib.
2024-cü ildə yaradılan Məlumat Dəstək Qüvvəsi də ilk dəfə ictimaiyyət qarşısına çıxıb. Bu birim müharibə hazırlığını dəstəkləmək üçün şəbəkə əsaslı məlumat sistemləri hazırlayır.
Paradda hipersonik gəmi əleyhinə raketlər, “AJX002” adlı sualtı pilotsuz uçuş aparatı (PUA) və nüvə başlığı daşıya bilən yeni qitələrarası ballistik raket DF-61 nümayiş etdirildi.
Həmçinin, quru, dəniz və hava bazalı strateji silahlar, dəqiq zərbə sistemləri, döyüş təyyarələri, helikopterlər və pilotsuz uçuş aparatları da paradda yer aldı.
2019-cu ildən bəri keçirilən ilk böyük hərbi paradda Qərb liderləri iştirak etmədi. Lakin Rusiya Prezidenti Vladimir Putin Şimal Koreya lideri Kim Çen In və İran Prezidenti Məsud Pezeşkiyan da daxil olmaqla təxminən 20 xarici lider Pekində idi.
Sərt təhlükəsizlik tədbirləri altında keçirilən parad ictimaiyyət üçün açıq deyildi. Gediş-gəliş yolları boşaldıldı, küçələrdə baryerlər quraşdırıldı və metro səfərləri dayandırıldı. Çinlilər paradı yalnız televiziya və canlı yayımlardan izləyə bildi.
Ekspertlərə görə, bu nümayiş Çinin vətəndaşlarına “ölkənin hər hansı hücuma qarşı kifayət qədər güclü olduğunu” göstərir və eyni zamanda Asiyadakı qonşularını və ABŞ-ı artan hərbi güc barədə narahat edir.