FSB və QRU-nun İrəvandakı kökləri
Kreml Ermənistan seçkilərini necə oğurlamağa çalışır?
11:22 | 28 iyun 2025 | Şənbə
Məqaləyə 363 dəfə baxılıb
Şriftin ölçüsü
Kreml Ermənistan seçkilərini necə oğurlamağa çalışır?
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Kreml “tərəfdaşlarını” da yerinə qərar verir
Rusiya Ermənistana 100 min seçici göndərməyi planlaşdırır
Əgər Moskva ciddi təzyiq etmək istəsəydi çoxdan edərdi
Brüssel Moskvaya qarşı növbəti sanksiyalar paketini hazırlayır
Rumıniya NATO-dan antidron sistemlərinin təcili verilməsini istədi
Rusiyaya buraxılmayan Ermənistan məhsullarının siyahısı
Seçki öncəsi dezinformasiya dalğası güclənir
Britaniya kəşfiyyatı ilk dəfə Ukrayna müharibəsi ilə bağlı rəqəmlər açıqladı
Rusiyada hərbi xidmətdən yayınanlarla mübarizə genişlənir
Kreml milyarderinin Fransadakı villasının arxasından Rusiya nəhəngi çıxdı
Moskva niyə Pekindən istədiyini ala bilmədi? — Aleksandr Qabuyevin təhlili
Kreml büdcədə kəsirini bağlamaq üçün əlində-ovcunda olanları satır
Rusiya elitaları hakimiyyət böhranı və müharibənin sonunu gözləyir
Yüksək rütbəli din xadiminin avtomobilində narkotik tapıldı
Rusiyada yaşayan miqrantlara qarşı hücumlar kütləvi xarakter almaqdadır. Yekaterinburq şəhərində Səfərovlar ailəsinin evlərinə basqın və ailənin beş üzvünün qətlə yetirilməsi bir daha təsdiq edir ki, Rusiyadakı miqrantlara qarşı sistemli şəkildə repressiya siyasəti həyata keçirilir. Ən dəhşətlisi odur ki, bunu həyata keçirən ölkənin hüquq-mühafizə orqanlarıdır.
Rusiya insan resursu çatışmazlığını ört-basdır etmək üçün miqrantlar və qeyri-rus xalqlardan istifadə edir, onlara qarşı ailə üzvləri ilə təhdid, şantaj kimi iyrənc üsullara əl atılır. Psixoloji və fiziki təzyiq altında cəbhəyə göndərir.
Vəd edilən sosial təminatlar ayrılmır, öz haqqını tələb edənlər isə qəddar təzyiqlərə məruz qalır. Təkcə miqrantlar deyil, həm də Rusiya pasportu daşıyan, lakin rus olmayan vətəndaşlar şantaja, ayrı-seçkilik və diskriminasiyaya məruz qalırlar.
Ölkəmizə məxsus mülki təyyarənin vurulması, Azərbaycan Parlamenti deputatının Rusiyanın ərazisinə buraxılmaması, media resurslarımıza qarşı kiberhücumlar, Rusiyanın dövlət kanalları vasitəsilə Solovyov və digər şovinist aparıcılar tərəfindən Azərbaycana qarşı hədyanlar aydın şəkildə ortaya qoyur ki, çoxvektorlu hücumlar vahid mərkəzdən idarə olunur.
Şimal qonşumuz Qərblə, öz yaxın qonşuları ilə münasibətlərdə dərin böhran yaşayır. Ukrayna ilə bağlı ssenarisi də fiaskoya uğrayan Moskva daxildəki sosial gərginliyi azaltmaq məqsədilə düşmən axtarışına çıxıb. Ermənistan daxilində revanşist qüvvələrin fəallaşması da Rusiyanın tərəfindən “sanksiyalaşdırılıb” və “ali məqsəd” Cənubi Qafqazda sabitliyi yenidən pozmaqdır.
Rusiya imperiya şakərindən qurtula bilmir və postsovet məkanını qarışdırmağa çalışır. Bu yolla Ukraynadakı itkilərini də kompensasiya etməyə səy göstərir.
Günahsız insanların qətli, milyonlarla qurban da Moskvanı öz qəddar siyasətindən çəkindirmir.