
Vəhşi sistemin qurbanı təkcə miqrantlar deyil
Rusiyanın bütün vətəndaşları bu milli zülmün dişləri arasında əzilir
Rusiyanın bütün vətəndaşları bu milli zülmün dişləri arasında əzilir
Problem sistemlidir və zaman-zaman təkrarlanır
Yekaterinburqda azərbaycanlılara qarşı elan edilmiş müharibənin arxasında kimlər dayanır?
Rusiyada azlıqlara qarşı şantaj və diskriminasiya
Ərəbin şəriəti ilahi, rusun şəriəti siyasi mənşəlidir
Rusiyanın yay planı kəşfiyyat hesabatlarında
İkinci Dünya müharibəsindən bəri ən böyük uşaq oğurluğu
Moskvadan Astanaya nüvə enerjisinə dəstəyi
Rusiya “SU-35” qırıcılarının növbəti partiyasını istehsal etdi
Ukraynanın yeni öldürmə maşını cəbhə xəttində
“Təhdid yarada biləcək qədər güclü deyil”
20 ilə 2 faizi ödəyə bilməyənlər, 10 ilə 5 faizə ayıra biləcəkmi?
NATO sammitində hamının dediyi oldu, 32 lider 2035-ci ilə qədər müddət qoydu
Böyük Britaniya Rusiya aktivlərinin gəliri müqabilində raketlər göndəriləcək
Rusiya eyni səhvi Ermənistanda etmək istəmir ...
“Qitələrarası raketlər istehsal edən zavod genişlənir”
Yekaterinburqda iki azərbaycanlı qətlə yetirilib, onlarla azərbaycanlı saxlanılıb. Əməliyyatı Rusiya Federasiyasının Milli Qvardiyasınln tabeliyində olan OMON həyata keçirib. OMON əvvəllər Rusiya Daxili İşlər Nazirliyinin tabeliyində idi. Sonralar Qvardiyanın tərkibinə verildi.
Əməliyyatın məqsədi nə olub?
Əgər 2001-ci ildə kafedə qətlə yetirilən şəxslə bağlıdırsa, bağlı qalan cinayət işlərinin yenidən istehsalata buraxılması təbiidir. Lakin bunu adətən Baş Prokurorluq və Daxili İşlər Nazirliyi həyata keçirir. İstisna hallarda bu işə FTX (Federal Təhlükəsizlik Xidməti) qarışır. Özü də hücum şəklində yox.
İbtidai istintaq zamanı hadisə yerinə ilkin və əlavə baxışlar keçirilir, zərərçəkmiş şəxs və çoxsaylı şahidlər dindirilir, məhkəmə-tibbi, məhkəmə-genetik, kompleks məhkəmə-daktiloskopik və məhkəmə-genetik ekspertizalar təyin olunur, sorğular verilir.
Hansı əsasla bu işə OMON girişib. Yoxsa Rusiyada at izi it izinə qarışıb və Rusiya-Ukrayna müharibəsi fonunda güc nazirliklərində hərc-mərclik və özbaşınalıq hökm sürür?
Hansı halda Rusiya prezidentinə tabe olan Milli Qvardiyanın və onun tabeliyindəki OMON əməliyyata başlaya bilər:
Bağlı qalmış cinayət işlərinin yenidən istehsala buraxılması da Rosqvardiyanın fəaliyyətinə daxil ola bilər. Amma istər Rosqvardiya, istərsə də OMON-un vəzifələri var. Siyahı uzundur, amma bəzilərini qeyd edək.
Rusiya Federasiyası Milli Qvardiya qoşunlarınln vəzifələri:
“Rusiya Federasiyası Milli Qvardiyasının Qoşunları” haqqında 03.07.2016-cı il tarixli 226-ФЗ Federal Qanununun 2-ci maddəsinə uyğun olaraq əsas vəzifələri:
ictimai asayişin qorunmasında, ictimai təhlükəsizliyin təmin edilməsində iştirak;
Rusiya Federasiyası Hökuməti tərəfindən təsdiq edilmiş siyahılara uyğun olaraq mühüm dövlət obyektlərinin, xüsusi yüklərin, rabitə qurğularının mühafizəsi;
terrorizm və ekstremizmlə mübarizədə iştirak;
fövqəladə vəziyyətin, hərbi vəziyyətin, antiterror əməliyyatının hüquqi rejiminin təmin edilməsində iştirak;
Rusiya Federasiyasının ərazi müdafiəsində iştirak;
Rusiya Federasiyasının Dövlət Sərhədinin qorunmasında Federal Təhlükəsizlik Xidmətinin sərhəd orqanlarına kömək;
Rusiya Federasiyasının silah dövriyyəsi və özəl təhlükəsizlik və xüsusi əməliyyat fəaliyyəti sahəsində qanunvericiliyinə riayət edilməsi;
Habelə yanacaq-energetika kompleksi obyektlərinin təhlükəsizliyinin təmin edilməsinə, xüsusi nizamnamə vəzifələri olan hüquqi şəxslərin mühafizə bölmələrinin və idarə mühafizə bölmələrinin fəaliyyətinə federal dövlət nəzarəti (nəzarəti);
Rusiya Federasiyası Hökuməti tərəfindən təsdiq edilmiş siyahıya uyğun olaraq, xüsusilə vacib və həssas obyektlərin, Milli Qvardiyanın qoşunları tərəfindən məcburi mühafizə olunan obyektlərin mühafizəsi, müqavilələr üzrə fiziki və hüquqi şəxslərin əmlakının mühafizəsi;
Rusiya Federasiyası Prezidentinin qərarı ilə Rusiya Federasiyasının təsis qurumlarının yüksək vəzifəli şəxslərinin (Rusiya Federasiyasının təsis qurumlarının dövlət hakimiyyətinin ali icra hakimiyyəti orqanlarının rəhbərlərinin) və digər şəxslərin təhlükəsizliyini təmin etmək.
İndi isə OMON-un vəzifəsinin nədən ibarət olmasına nəzər salaq:
OMON (xüsusi təyinatlı mobil bölmə, əvvəllər xüsusi təyinatlı polis bölməsi) Rusiya Milli Qvardiyasının xüsusi təyinatlı bölməsidir, ictimai asayişin və ictimai təhlükəsizliyin təmin edilməsi, o cümlədən kütləvi tədbirlər və tədbirlərdə, habelə Rusiya ərazisində "qaynar nöqtələrdə" və kütləvi iğtişaşların qarşısını almaq üçün istifadə olunur.
Əslində orda nə baş verib ki, sanki Rusiyaya xəyanət edən, casusluq fəaliyyəti ilə məşğul olan, yaxud terror törətməyə hazırlaşan, dövlət çevrilişinə cəhddə şübhəli bilinən şəxslərə qəfil hücum təşkil edilib.
Deyəsən güc nazirliklərinizin tərkibinə xarici kəşfiyyat orqanlarının sızması var ki, öz ölkələrini digər ölkələrlə düşmən edib, dünyadan təcrid etmək niyyəti güdülür. Yoxsa Putini devirməyin planı elə güc nazirliklərindən başlayıb. Yaxud Rusiya prezidentinin burnunun ucunda Andropov-Şelyokov qarşıdurması yenidən təkrarlanır.
Yox, əgər bu Neft Akademiyasındakı terror tipli qorxutma üsuludursa, bu, bizə keçməz və münasibətlərin daha da pisləşməsi olar, onlara xeyir gətirməz.
Hər halda Rusiya Federasiyası Milli Qvardiyasının rəsmi məlumatını gözləyək ki, əməliyyat niyə keçirilib və qəfil hücuma səbəb nədir.
Sonda Seyfəddin Hüseynliyə baş sağlığı verir, səbir diləyirik. Ağır dərddir.