vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 2 aprel 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Üzeyir bəy Hacıbəyov (1885 - 1948)

«Əgər asudəlik istəyirsənsə, vaxtını hədər yerə itirmə»

Üzeyir bəy Hacıbəyov (1885 - 1948)
QALMAQAL  
«Vəziyyət nəzarətdən çıxacaq» 15:30 | 13 avqust 2014 | Çərşənbə Məqaləyə 1623 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Vəziyyət nəzarətdən çıxacaq»

Partiya keçmiş funksioneri: «Arif Hacılı Müsavatı idarə edə bilməyəcək»

Azər NİFTİYEV

MÖVZU İLƏ ƏLAQƏLİ

«Mən 2005-ci ildən Müsavat Partiyasının sıralarını tərk etmişəm. Bu partiyada qalmağı lazım bilməmişəm və səssiz-səmirsiz Müsavatdan uzaqlaşmışam. İndi Müsavatda nə baş verir, bu qətiyyən məni maraqlandırmır».

Bu sözləri Editor.az-a açıqlamasında Müsavat Partiyasının sabiq Divan üzvü, uzun müddət partiya rəhbərliyində təmsil olunmuş və vaxtilə Müsavatda söz sahibi olan Əsgər Əhməd söyləyib.

Xatırladaq ki, Müsavat başqanının müşaviri Hüseyn Məlik Müsavat Partiyası sıralarını tərk etməsi ilə bağlı bəyanat verib. O, bildirib ki, partiya ilə əlaqələrin davamı qurultayın qərarından sonra bəlli olacaq. Müsavat başqanı İsa Qəmbər isə Hüseyn Məliki partiyanın nüfuzuna xələl gətirməkdə suçlayaraq, müşavirlikdən qovduğunu bəyan edib.

Sabiq Müsavat funksioneri Əsgər Əhməd Hüseyn Məlikin istefasını qurultayöncəsi partiyadaxili gərginliklə əlaqələndirir: «İsa Qəmbərin siyasətdən başı çıxırdı. O, birləşdirici mövqedə dayanmağı bacarırdı. Gözlənilən odur ki, partiyanın yeni başqanı Arif Hacılı olacaq. Hesab edirəm ki, o, Müsavatı idarə edə bilməyəcək. Artıq buna etiraz olaraq partiyada qopmaları müşahidə edirik və o, başqan seçilərsə, partiya bir neçə yerə parçalanacaq və vəziyyət nəzarətdən çıxacaq».


   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)