Nüvə arsenalına 119 milyard xərclənib
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
18:29 | 19 mart 2025 | Çərşənbə
Məqaləyə 691 dəfə baxılıb
Şriftin ölçüsü
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Pentaqon üç nəhəng Çin şirkətini qadağa olunanlara əlavə etdi
Ekipaj xilas edildi
Məhkəmə Trampın 100 min dollarlıq rüsum qərarını ləğv etdi
Trampdan Netanyahuya xəbərdarlıq
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
Vaşinqton mümkün hərbi ssenariləri müzakirə edir
Pekin Vaşinqtonun mümkün nüvə zərbəsinə qarşı səhrada böyük bunkerlər tikir
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
ABŞ prezidenti Donald Tramp Amerika maliyyəsi ilə fəaliyyət göstərən USAİD-ı (oxu: ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi) fırıldaqçılıqda, maliyyə israfçılığı, korrupsiya və digər ölkələrin daxili işlərinə qarışıb, iğtişaşlar törətməkdə ittiham etdi. Amerika boyda dövlətə rəhbərlik edən Tramp fərqindədir ki, USAİD və bu qəbildən olan təsisatlar Amerikaya yönəlmiş aqressiyanı artırır. Ölkəsinin “qan gölü”nə, uçuruma yuvarlandığını görən dövlətlər şübhəsiz ki, Amerika ilə müttəfiqliyə isti yanaşmayacaqlar.
Yoxsulluğa qarşı mübarizə, insan hüquqları, bəşəri dəyərlər və humanitar yardımlar adı ilə pərdələnmiş bu qurum bu günə qədər onlarla ölkədə “inqilablar” həyata keçirib, əxlaqsızlığı, mənəviyyatsızlığı təbliğ edib və bu məqsədlə milyardlarla ABŞ dolları vəsait sərf edib. Gürcüstanın Baş naziri İ.Kobaxidzenin də söylədiyi kimi, USAİD təkcə Gürcüstanda “məxməri inqilablar”a olduqca iri məbləğdə vəsaitlər ayırıb.
USAİD Azərbaycanda da çox ciddi təsir şəbəkəsinə malik olub və daxili sabitliyi sarsıtmaq, konstusion quruluşu dəyişmək və digər məkrli məqsədlər üçün onlarla QHT və media subyektini maliyyəşdirib. Bu şəbəkə 44 günlük vətən müharibəsində dövlətimiz əleyhinə aşkar fəaliyyət göstərərək, suverenliyimiz və ərazi büyövlüyümüzə qarşı çağırışlar edib. Bu o dövrdə baş verib ki, Azərbaycanımızın igid övladları torpaqlarımızın azad edilməsi naminə öz canından keçir, Azərbaycan xalqı hamılıqla Müzəffər Ali Baş Komandanın ətrafında bir yumruq kimi birləşərək, əsl həmrəylik nümayiş etdirirdilər.
Təxribatçı təşkilatların Azərbaycanda olan emissar şəbəkəsinə qarşı illərdir mübarizə aparanlara qarşı isə, gözdənsalma kampaniyası aparılıb. Məlumdur ki, Azərbaycan dövlətinin aydın, qətiyyətli mövqeyi olmasaydı, USAİD kimi “qurumlar” bizi də xaosa və məhvə uğradar, ölkəmizdə əxlaqsızlığın tərənnümü və yayılmasına nail olardılar. USAİD Azərbaycanda fəaliyyətini dayandırdı. Ölkəmizi nəzarətinə almaq istəyən “təsisatlar” Azərbaycandan “iti qovan kimi qovuldular” və cəhənnəmə vasil oldular. Növbədə isə onların tör-töküntülərdir və heç şübhəsiz onlar da layiq olduğu, haqq etdiyi cəzanı alacaqlar.