
Xruşşovun baş tutmayan “DineyLand” istəyi
“Aya sizdən tez çatdıq, amma kolbasa istehsalında bizdən qabaqdasınız”
“Aya sizdən tez çatdıq, amma kolbasa istehsalında bizdən qabaqdasınız”
Tramp: “Zirvədən sülh çıxmasa, Rusiyaya sanksiya tətbiq edəcəyəm”
Kreml: “Tramp, ən ağır problemlərin həllində fərqli yanaşma sərgiləyir”
Tramp: “Zirvəyə Avropa liderlərini də dəvət edə bilərəm”
Ukrayna bütün görüşlərdə masada olmalıdır
Alyaska – ortodoks kilsələri, raket bazaları və siyasi mühacirlərin sığınacağı
AB liderləri Trampı Rusiyaya güvənməməyə çağırdı
Alyaska görüşü Hindistanı Ukraynadan daha çox maraqlandırır
ABŞ-ın Rusiyadan pulla aldığı torpaqlarda hər iki ölkənin prezidentləri üz-üzə gəlir
Alyaska görüşündə həmən ciddi irəliləyiş gözlənilmir
Tramp və Putin arasında barış görüşməsi
Dünya sabahkı görüşdə Trampın Putinə təkliflərini müzakirə edir
Avropa ölkəsi ABŞAvropa ölkəsi ABŞ ilə 3,8 milyardlıq müqavilə imzaladı ilə 3,8 milyardlıq müqavilə imzaladı
Kreml Tramp-Putin görüşləri ərəfəsində köhnə palan içi tökür
Leyen: “Avropa, ABŞ və NATO, Ukrayna üçün ortaq mövqeni gücləndirdi”
ABŞ-ın Yerin təbii peykində baza qurmaq planları
BBC Azərbaycanca Donald Trampın ABŞ prezidenti seçilməsilə bağlı Azərbaycan siyasətçilərinin fikirlərini öyrənib.
Donald Trampın Rusiyada olan rejimin güclənməsinə dəstək olacağı təqdirdə dünyada gedən siyasi proseslərdə yalnız neqativ nəticələr olacaq, Müsavat başqanı Arif Hacılı deyir.
Onun sözlərinə görə, «Putuin rejiminin güclənməsi yalnız Azərbaycan üçün yox, Rusiyanın özü, ətrafındakı ölkələr və bəşəriyyət üçün təhlükədir».
Müsavat başqanı bu hadisədən müsbət dəyişiklik gözləmədiyini bildirsə də, Yeni Azərbaycan Partiyasından millət vəkili Aydın Mirzəzadə bu halın ABŞ və Azərbaycan arasında münasibətlərin inkişafı ilə nəticələnəcəyini bildirir.
Yenilənmək istəyinin gerçəkləşməsi
YAP üzvü, millət vəkili Aydın Mirzəzadə Donald Trampın prezident seçilməsini «tamamilə gözlənilən» adlandırır.
BBC Azərbaycancaya danışan millət vəkili deyir ki, Barak Obamanın hakimiyyəti dövründə ABŞ-ın həm daxilində, həm də xaricində ciddi problemlər ortaya çıxıb, ölkə daxilində biznesin fəaliyyətində problemlər yaranıb, işsizlik artıb və vətəndaşların təhlükəsizliyinə təhdidlər ortaya çıxıb.
Onun sözlərinə görə, «Obama və Klintonun Ərəb baharı, İŞİD layihələri dünyanı ağır fəlakətə düçar edib».
«Sadə Amerika vətəndaşını ciddi şəkildə narahat edən məsələləri Tramp açıq şəkildə elan edirdi. Onun Rusiya ilə qarşıdurmanın lüzumsuzluğu barədə bəyanatı prinsip etibarilə Amerika vətəndaşlarının əksəriyyətinin maraqlarına cavab verir», o bildirir.
Cənab Mirzəzadə əlavə edir ki, bu baxımdan Trampın qələbəsi Amerika vətəndaşının yenilənmək istəyinə cavab verir.
Aydın Mirzəzadə «biznes dairələrinin maraqlarına xidmət edən Respublikaçılar partiyasının qələbəsini» də təqdir edir.
ABŞ-Azərbaycan münasibətlərindən danışan millət vəkilinin sözlərinə görə, «super güc dövlət olan ABŞ-ın Azərbaycan kimi qüdrətli ölkə ilə münasibət qurmasını şərait özü tələb edir».
«Trampın bizimlə dostluq etmək istəyən hər bir kəslə dostluq etməyə hazırıq mesajında Azərbaycana da yer var» deyən cənab Mirzəzadə əlavə edir ki, «…regionun iqtisadi cəhətdən inkişaf edən, demokratiya, insan hüquqlarının qorunduğu, müasir dövlətçilik modelini ortaya qoyan Azərbaycan kimi dövlətlə əməkdaşlıq etmək müasir şərqlə müasir Asiya ilə əməkdaşlıq etmək deməkdir».
ABŞ- Azərbaycan münasibətlərinin bir çox məsələlərdə yeni sahələri əhatə edəcək və daha da artacağını deyən Aydın Mirzəzadə Trampın Dağlıq Qarabağ məsələsinin həllinə ciddi diqqət ayıracağına ümid etdiyini də qeyd edir.
Neqativ nəticə
Müsavat partiyasının başqanı Arif Hacılı isə Donald Trampın prezident seçilməsinin «gözlənilməz» olduğunu qeyd edir.
«Amerika cəmiyyəti bundan əvvəlki seçkilərdə Barak Obamanı prezident seçməklə yaxşı mənada bütün dünyaya sürpriz etmişdi. İndi da Trampın seçilməsi sürpriz oldu. Ancaq bu sürpriz yaxşı mənada deyil», müxalif lider bildirir.
Cənab Hacılı Donald Trampın seçki kampaniyası dövründə dini, milli ayrıseçkilik məzmunlu açıqlamalarının narahatlıq doğurduğunu vurğulayıb.
«Trampın xüsusilə Putin rejiminə dəstək verəcəyini bildirməsi demokratiya uğrunda mübarizə aparan Rusiya demokratik qüvvələrini, eyni zamanda Rusiyaya qonşu olan dövlətlərdə fəaliyyət göstərən demokratik qüvvələri narahat etməyə bilməz», o deyir.
«Putuin rejiminin güclənməsi yalnız Azərbaycan üçün yox, Rusiyanın özü, ətrafındakı ölkələr və bəşəriyyət üçün təhlükədir», deyən Müsavat başqanı Trampın Rusiyada olan rejimin güclənməsinə dəstək olacağı təqdirdə dünyada gedən siyasi proseslərdə yalnız neqativ nəticələr olacağını qeyd edir.
Arif Hacılı bu vəziyyətin Azərbaycana təsirsiz ötüşməyəcəyinə şübhə etmədiyini bildirir.
«Bu təsirin müsbət olacağını demək çətindir. Ümid edək ki, Donald Tramp seçki təbliğatı fonunda apardığı siyasətlə dövlət rəhbəri olaraq apardığı siyasəti fərqləndirməyi bacaracaq», o qeyd edir.
Cənab Hacılı Trampun ABŞ-ın həm daxili, həm də xarici siyasətində mövcud olan ənənələrə uyğun siyasət yürüdəcəyi halda seçkinin xüsusi fəsadlarının olmayacağını vurğulayır.
Münasibətlərin inkişafı
Demokratik islahatlar partiyasının sədri, millət vəkili Asim Mollazadə ABŞ seçkilərini «Amerika xalqının öz iradəsini ifadə etməsi» kimi dəyərləndirir.
O, Trampın lehinə olan səsləri yox, Kerri və Obamanın, həmçinin son illərdə Amerika hökumətinin apardığı siyasətin əleyhinə olan səslərin əsas olduğunu deyir.
Millət vəkili hesab edir ki, yeni administrasiya Azərbaycanla münasibətlərin inkişafına çalışacaq.
«Azərbaycan Amerikanın önəmli tərəfdaşı bölgənin lideri kimi öz siyasətini davam etdirə biləcək», deyən millət vəkili ABŞ prezidentinin kimin olmağından asılı olmayaraq dövlətin strategiyasında hansısa ciddi dəyişiklik gözləmədiyini də qeyd edir.