
Tramp yeni sanksiyaları hərəkətə gətirir
ABŞ-dan Rusiya nefti alan ölkələrə 100 faizlik əlavə tarif xəbərdarlığı
ABŞ-dan Rusiya nefti alan ölkələrə 100 faizlik əlavə tarif xəbərdarlığı
Çipin üstündəki gözlər
Azərbaycan türkcəsi – üç prezidentin ortaq nöqtəsi
Azərbaycan Balkanlardan Türkistana qədər olan dövlətlərinin mərkəzə qaçma təcilidir
Pezeşkianın Qarabağ ziyarəti fars-molla rejiminə əzab verib
... Qarabağ nəqliyyat və sülh qovşağına çevrilir
... və formalaşan reallıqlar
Azərbaycanda Türkiyə və ya Pakistan hərbi bazaları lazımdırmı?
Rusiyanın açıqlamaları şovinizm siyasətinin açıq təzahürüdür
Döyüşmədən düşməni məğlub etmək müharibə sənətinin zirvəsidir
Rusiyanın tutarsızlığı özünün gələcəyinə ciddi təhdiddir
Şimal küləyi Moskvaya və gizli Tehrana Bakıdan əsir
Bakı erməni faşizminin gömüldüyü şəhər kimi tarixə düşəcək...
“Xalqımıza Zəfər sevincini bəxş etmiş Ordumuzla qürur duyuruq!”
Bakı Cənubi Qafqazda və Avrasiyada təhlükəsizliyin yeni guşə daşı olur
İrəvandan fərqli olaraq, Bakı heç vaxt fürsətcil olmayıb
Bu gün Azərbaycan və Çin arasında kosmik sahədə əməkdaşlıqla bağlı Anlaşma Memorandumu imzalanıb.
Düşünürəm ki, bu, Azərbaycan üçün çox ciddi və əhəmiyyətli bir məsələdir.
İndiyədək Azərbaycanın kosmos sahəsində əsas tərəfdaşları fərqli ölkələr olub.
Amma kosmos sahəsində dünyada əsas söz sahibi olan ölkə ilə yüksək səviyyədə belə anlaşma əldə edilməsi böyük hadisədir.
Fikrimcə Çin-Azərbaycan kosmik əməkdaşlığı sadəcə texnologiya ötürülməsi deyil, Azərbaycanın qlobal kosmik bazarda strateji oyunçuya çevrilməsi deməkdir. Bu anlaşma Azərbaycanın kosmos sahəsində beynəlxalq etimadını və imkanlarını daha da genişləndirəcək. Bu həm iqtisadi, həm də texnoloji suverenliyimizə birbaşa töhfədir.
Xatırladıram ki, indiyədək bu sahədə Çin şirkətləri ilə bir neçə müqavilələrimiz olub.
Bir neçə il öncə “Azərkosmos”, Çin şirkəti “Emposat” ilə 7,3 metrlik yüksək dəqiqlikli peyk antenasının quraşdırılmasına dair müqavilə imzalamışdı. Bununla yanaşı, digər Çin şirkətləri – “Rhosoon”, “StarWin”, “Star.Vision”, “Satelliteherd” ilə də Azərbaycan arasında rəqəmsal rabitə, peyk müşahidəsi və süni intellekt əsaslı təhlillər üzrə əməkdaşlıqlar davam edirdi.
Yəni Çin şirkətləri öz yüksək texnologiyalarını gətirib ölkəmizdə quraşdırır və idarə edir, bu da ölkəmiz üçün həm texniki biliklərin, innovasiyaların ötürülməsi, həm də iqtisadi baxımdan gəlir deməkdir.
Yeni strateji anlaşma isə bu əməkdaşlığı Azərbaycanın Cənubi Qafqaz və Mərkəzi Asiyanın peyk rabitə mərkəzinə çevrilməsi deməkdir. Həmçinin Azərbaycanın “Tier 4” sertifikatlı teleportunun da dünyanın peyk operatorları üçün etibarlı hostinq mərkəzi kimi tanınması deməkdir.
Lakin burada diqqətçəkən, incə bir məqam var.
Məlumdur ki Azərbaycanın yeni müşahidə peyklərini İsrail hazırlayacaq. Bununla bağlı ötən il İsrail şirkətləri ilə anlaşma imzalanıb.
Belə bir vəziyyətdə paralel olaraq Çinlə bu dərəcədə dərin kosmik əməkdaşlıqlar görəsən müəyyən risklər yarada bilərmi?
Çin və İsrailin regionumuzda geosiyasi maraqlarının fərqli olması baxımından eyni teleportdan həm Çin texnologiyaları, həm də İsrail istehsalı olan peyklərə xidmət göstərilməsi risklər yaradacaqmı?
Ümid edirəm və inanıram ki, Azərbaycan tərəfi bütün bu riskləri, “texnoloji balans” və “geosiyasi neytrallıq” prinsiplərini nəzərə alıbdır.
İstənilən halda, Azərbaycanın qlobal kosmik bazarda strateji oyunçuya çevrilməsi baxımından Çinlə əldə olunan anlaşma çox böyük uğurdur.
Çinlə imzalanan bu razılaşmalar sayəsində Azərbaycan tədricən regional deyil, qlobal kosmik ekosistemin fəal oyunçusuna çevriləcək.