
Trampın NATO planları tutur
Almaniya müdafiə büdcəsini əhəmiyyətli dərəcədə artırmağı planlaşdırır
Almaniya müdafiə büdcəsini əhəmiyyətli dərəcədə artırmağı planlaşdırır
İsveç müdafiə xərclərini ÜDM-in 3,5 faizinə çatdırmağı hədəfləyir
Qərbdə savaş gözləntiləri artdı, əksəriyyət Rusiyanı göstərir
Almaniya İsraildən müdafiə sistemi alıb
Trampın sammitdə iştirak etmək üçün yalnız bir şərti var
NATO ölkəsi Trampın tələb etdiyi 5 faizlik həddi keçdi
Tanınma nişanı olmayan Rusiya hərbi təyyarəsi narahatlıq yaradıb
Eks-prezident NATO ölkələrini hədələdi
Dünya ölkələri müdafiəyə 2024-cü ildə 2,7 trilyon dollar xərcləyib
Ordusu olmayan NATO ölkəsi narahat olmağa başlayır
“ChatGPT”nin qəhvə falı 12 illik evliliyi dağıtdı
Hərbi ekspert tarix verdi
Vahid Avropa ordusu – mif, yoxsa reallıq?
Afina çoxqatlı müdafiə günbəzini gücəndirir
Azərbaycanın ŞKTC-ni tanıyacağı gün uzaqda deyil
Mərkəzi Asiya ölkələri Ankara ilə Brüssel arasında incə balans axtarışında
Makedoniyanın adının dəyişdirilməsi prosesi yekunlaşdı. Yunanıstan parlamenti ötən cümə günü iki ölkə arasında 2018-ci ilin iyununda imzalanmış Prespa anlaşmasını ratifikasiya etdi, beləliklə, 28 illik mübahisəyə son qoyuldu, Makedoniyanın – yeni adı ilə Şimali Makedoniya Respublikasının - NATO və Avropa Birliyinə üzvlüyü yolundakı maneə aradan qaldırıldı. Makedoniya əvvəlcə NATO-ya, sonra AB-yə qəbul ediləcək.
Rusiya Balkan yarımadasının qərbində NATO-nun yeni genişlənmə dalğasına müqavimət göstərmək istədi, əvvəlcə Monteneqroda çevrilişə və baş nazir Cukanoviçə sui-qəsd cəhdi baş verdi. Alınmadı və Monteneqro NATO-ya qəbul edildi. Sonra Moskva Makedoniyada yeni, qərbyönlü hökumətin qurulmasını əngəlləmək istədi, parlamentə hücum təşkil olundu və albanlarla anlaşıb çoxluq formalaşdıran sosial demokratların lideri Zoran Zayev döyüldü. Makedon millətçilərini qızışdırıb, onları ad dəyişikliyinə qarşı müqavimət göstərməyə sövq etdilər. Yenə alınmadı. Yunanıstanda bəzi yüksək vəzifəli dövlət məmurlarını, Afon dağındakı pravoslav din xadimlərini satın aldılar və ya yönləndirdilər, millətçi qüvvələrlə işlədilər, ad dəyişikliyinin parlamentdən keçməməsi üçün çalışdılar. Yenə baş tutmadı. Təbii ki, adı çəkilən 3 ölkənin heç biri Rusiyaya təkbaşına müqavimət göstərmək gücündə deyil, bütün bu proses boyu Rusiya kəşfiyyatının fəaliyyətini ABŞ və Avropa kəşfiyyatları yaxından izləyirdi və yerli hökumətlərə lazımi məlumatları çatdırırdı.
Makedoniya 2 milyon əhaliyə, 25 min kv. km əraziyə malik, dənizə çıxışı olmayan balaca ölkədir. Ayrıca götürülmüş halda yanaşdıqda onun önəmini anlamaq mümkün olmaz, ona görə də məsələyə bütövlükdə Qərbi Balkanların qlobal geosiyasətdəki rolu kontekstində baxılmalıdır. Bura Çinin “Bir qurşaq, Bir yol” qlobal strategiyasının Avropaya giriş nöqtəsidir. Çin bu layihə çərçivəsində Yunanıstandan Mərkəzi Avropaya avtomobil magistralı çəkmək niyyətindədir və Yunanıstandakı iqtisadi böhrandan yararlanaraq 2016-cı ildə bu ölkənin Egey sahilindəki Pirey limanını satın alıb. (O zaman hələ ABŞ-ın Çini durdurmaq planları yox idi, bu məsələ 2017-ci ilin dekabrında elan olunan yeni milli təhlükəsizlik strategiyasında əksini tapdı.) Yunanıstandan Avropanın mərkəzinə doğru ən qısa quru yolu Makedoniyadan keçir. Rusiyanın “Türk axını” qaz kəmərinin Türkiyədən Avropaya uzadılması üçün müzakirə olunan marşrutlarından biri də Makedoniya ərazisidir. İndi Avropa Birliyi Qərbi Balkanları öz içinə almaq istəyir ki, bütün bu məsələlərdə söz sahibi olsun.
Ümumən Qərb maraqlıdır ki, bu coğrafiya Çin, Rusiya və digər oyunçuların (məsələn, Türkiyə) təsir zonalarına bölünməsin.
Makedoniyadan sonra NATO-ya qəbul sırası Bosniya-Herseqovinaya çatacaq. Bu ölkənin ittifaqa üzvlüyü Serbiya ətrafındakı həlqəni tamamlamış olacaq və Rusiyanın regiondakı yeganə müttəfiqi hər tərəfdən NATO məkanı ilə əhatələnəcək. Serbiya əlbəttə ki, bu perspektivi görür, bu səbəblə Rusiya ilə yaxın əlaqələrini saxlamaqla yanaşı, NATO və AB ilə də yaxından əməkdaşlıq edir. Belqrad NATO ilə Fərdi Tərəfdaşlıq Planı (IPAP) imzalayıb və ittifaq qüvvələrinin ölkə ərazisində hərəkətinə icazə verib. Yaxın gələcəkdə Serbiyanın NATO-ya olmasa da, AB-yə üzvlüyü şübhə doğurmur, bu zaman Kosovo məsələsi də öz həllini tapacaq və böyük ehtimalla Belqrad tərəfindən müstəqil dövlət kimi tanınacaq. Serbiyanın avrointeqrasiyasından sonra Rusiya Balkanlardan birdəfəlik çıxarılmış olacaq və növbə postsovet məkanına çatacaq.