Rusiya gəmisinin kapitanı həbs olundu
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
02:53 | 18 fevral 2019 | Bazar ertəsi
Məqaləyə 2736 dəfə baxılıb
Şriftin ölçüsü
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Rusiya trilyon dollardan çox itki verib
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Kreml Cənubi Qafqazdan Mərkəzi Asiyaya qədər olan nüfuzunu qaytarmağa çalışır
Ermənistanda qutudan kim çıxacaq ...
Kremlə gözlənilməz zərbə
Müharibə xərcləri ölkəni iflasa aparır
Belqrad 2026-cı ilin sonunadək vizasız rejimi ləğv edə bilər
Humanitar universitet Rusiya prezidentinin nəsil şəcərəsini tədqiq edəcək alim axtarır
Kremlin informasiya savaşında dəyişməyən tezis
Ölkədə yanacaq qıtlığı dərinləşir
Rusiya prezidenti bunun üçün 26 milyard dollar ayırdı
Kreml Ermənistan seçkilərini necə oğurlamağa çalışır?
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Rusiyanın “Qazprombank”ı Venesuela dövlət neft şirkətinin (PDVSA) hesablarını dondurub. Bu fakt göstərir ki, Rusiya Maduro rejimini qorumaq üçün sonadək mübarizə aparmaq və buna görə ABŞ-ın əlavə sanksiyalarına məruz qalmaq fikrində deyil. Siyasi dəstək verirlər və verəcəklər, amma Moskva Maduronun dözüm limitinin çox olmadığını yaxşı bilir. Venesuelanın Suriyaya çevrilməsi, yəni rejimin Rusiyanın dəstəyi ilə ayaqda qalması, yaxud bölgədə ikinci Kuba ssenarisinin yaşanması istisnadır.
23 fevral Venesuela üçün önəmli tarixdir. Həmin gün humanitar əməliyyatın keçirilməsinə - ABŞ və Xuan Quaydonu tanıyan digər ölkələrin göndərdiyi humanitar yardımın ölkəyə daxil olmasına cəhd göstəriləcək. Avtomobil karvanları Kolumbiya və Braziliya istiqamətlərindən Venesuelaya daxil olmağa çalışacaq və onları sərhədin o tayında rejim əleyhdarı olan çoxlu sayda könüllü qarşılayacaq.
Müxaliflərin “El Tirano” adlandırdığı Nikolas Maduro əməliyyatı hərbi intervensiya cəhdi kimi qiymətləndirərərk yardımları ölkəyə buraxmayacağını bildirib. Artıq yollar və körpülər TIR-larla qapadılıb.
Humanitar əməliyyatın qərargahı Kolumbiyanın Venesuela ilə həmsərhəd olan Kukuta şəhərində yerləşir. Hazırda bütün dünyanın diqqəti buraya yönəlib, böyük media qrupları öz jurnalistlərini Kolumbiyaya ezam etməyə başlayıb. ABŞ-da Maduronun kənarlaşdırılması əməliyyatının qeyri-rəsmi koordinatoru olan senator Marko Rubio da bu gün Kukutaya yola düşüb. Rubio Kuba əsillidir və Tramp regionla bağlı qərarlarında onun sözünü dinləyir. (Mehman Əliyev və Mehman Hüseynov məsələlərinin müsbət həllində də Rubionun rolu var.)
Əgər fevralın 23-də Venesuela ordusu humanitar yardımları ölkəyə buraxarsa, bu, “El Tirano”nun bitməsi demək olacaq. Əks halda, rejimin aqoniyası bir az uzana bilər.