vaxtlı-vaxtında oxuyun! Bazar, 17 avqust 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Dünya ümumiyyətlə quruculuqla, tikib-yaratmaqla yaşayıb, inkişaf edib»

Heydər Əliyev (1923 - 2003)
REGİON  
Kərkükə raket hücumu 22:22 | 1 iyul 2025 | Çərşənbə axşamı Məqaləyə 296 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Kərkükə raket hücumu

Hava limanı vuruldu

CAVİD

MÖVZU İLƏ ƏLAQƏLİ

İraqın Kərkük şəhərindəki Kərkük Beynəlxalq Hava Limanına 3 raketin düşdüyü, hadisə nəticəsində 1 nəfərin yaralandığı bildirilib.

Kərkük Beynəlxalq Hava Limanı Administrasiyasından verilən yazılı açıqlamaya görə, yerli vaxtla saat 23:30 radələrində hava limanına mənşəyi məlum olmayan 3 raket düşüb.

Raketlərdən ikisi hava limanının hərbi ərazisinə, biri isə mülki əraziyə düşüb. Mülki ərazini vuran raket isə otluq ərazidə yanğına səbəb olub.

Yanğın Kərkük Beynəlxalq Hava Limanının yanğınsöndürənləri tərəfindən qısa müddətdə söndürülüb.

Hadisə nəticəsində 1 nəfər yüngül yaralanıb. Hava limanının uçuş-enmə zolağına və digər obyektlərinə heç bir ziyan dəyməyib.

Kərkük Polis İdarəsindən adının açıqlanmasını istəyən mənbə bildirib ki, raket Kərkükün Urube rayonuna düşüb.

Mənbə raketin məhəllədəki bir evin damına düşdüyünü və hadisə nəticəsində evə ziyan dəydiyini, hadisədə insan itkisinin olmadığını bildirib.