
İŞİD-in Suriya və İraqdakı lideri öldürülüb
ABŞ qüvvələrinin ölkədən çıxmağına az qalmış Bağdadın təhlükəsizlik narahatlıqları artıb
ABŞ qüvvələrinin ölkədən çıxmağına az qalmış Bağdadın təhlükəsizlik narahatlıqları artıb
Səudiyyə Ərəbistanının 100 milyonluq serialı Misirdə və İraqda qadağan edilib
“Alternativ olmasa, yəqin ki, çətin yay olacaq”
“İran İraq və Suriyada yüksək bədəl ödədi”
Kürdlərin peşmərgə dəstələrinə əsasən Bağdad Kərkük şəhərində əsas mövqeləri İraq qüvvələrinə təhvil verməyi tələb edib. Bu tələbin yerinə yetirilməsi üçün verilmiş möhlət yerli vaxtla saat 02:00-da başa çatır.
Ötən gecə mübahisəli ərazi yaxınlığında kürd qüvvələrilə İraq hökumətini dəstəkləyən şiə döyüşçüləri arasında toqquşmalar baş verib.
İraq Kürdüstan Regional Hökumətinin (İKRH) müstəqillik referendumundan sonra bölgədə gərginlik artmaqdadır.
Bağdad, Türkiyə, İran, Aİ və ABŞ referendumun nəticələrini tanımayıb.
Çümə axşamı günü İraq höküməti Kərkükə daxil olmaq niyyətində olmadığını bildirib.
Bağdad və kürdlər Kərkük kimi əhalisi qarışıq olan bölgələrin statusu üzərində 2003-cü ildən bəri mübahisə edir.
Kərkük əyalətində kürdlərin əksəriyyətdə olduğu hesab edilir, hərçənd ki, Kərkük şəhəri çoxsaylı türkman və ərəb icmasına sahibdir.
Peşmərgələr Kərkükə 2014-cu ildə daxil olublar.