Iraqda siyasi sui-qəsd
Deputatlığa namizəd Səfa əl-Məşhədani öldürüldü
14:06 | 5 avqust 2025 | Çərşənbə axşamı
Məqaləyə 286 dəfə baxılıb
Şriftin ölçüsü
Deputatlığa namizəd Səfa əl-Məşhədani öldürüldü
İraq kəşfiyyatı Şara ilə masada
“Zəvvarlar kişiləri narkotik satır, qadınları sığı adı altında fahişəlik edir”
Amazon meşələrindəki fəlakətdə geri sayım
Sistaninin çevrəsi Bağdadda boşluğu doldurmağa çalışır
İraqdakı PUA hücum ilə körfəzdəki qaçaqmalçılıq arasında bağlantı varmı?
Bərzanilər və Təlabanilər arasında rəqabət meydanı
Hava limanı vuruldu
Ərbildə şübhəli PUA vurulub
Terror təşkilatı Suriya və İraqda yenidən təşkilatlanır
“Keçmişi silmək” qorxusu gücləndikcə, Tikritdə silahlı bir qrup ağırlaşır
4 nəfər ölüb, 3 nəfər yaralanıb
Dünənki müttəfiqlər arasında gizli döyüş – İran və İraq seçkiləri
Mario Varqas Llosanın Bağdad təəssüratları
İran tabeliyindəki terrorçulara sərbəst şəkildə davranmaq səlahiyyəti verib
ABŞ qüvvələrinin ölkədən çıxmağına az qalmış Bağdadın təhlükəsizlik narahatlıqları artıb
İraqın cənubunda su böhranı kənd təsərrüfatını məhv edir. Şatt əl-Ərəb su arteriyasında artan duzluluq səbəbilə fermerlər torpaqlarını tərk edərək Bəsrənin qərbində yerləşən səhralardakı ərazilərə köçməyə məcbur olurlar.
Burada yeraltı su ehtiyatları daha sabit və alternativ mənbədir.
Səhrada xurma bağları salınır
İraqın cənub bölgələrində uzunmüddətli quraqlıq və yağış çatışmazlığı fermerləri çıxış yolu axtarmağa vadar edib. Əkin sahələrini qorumaq üçün səhralarda yeni quyu və suvarma sistemləri yaradılır. Bir vaxtlar məhsuldarlığı ilə tanınan Dəclə və Fərat çaylarının səviyyəsi son illərdə kəskin şəkildə azalıb.
Beynəlxalq Miqrasiya Təşkilatının son hesabatına görə, İraqda 168 mindən çox insan iqlim və ətraf mühitlə bağlı problemlərə görə doğma yurdlarını tərk etməyə məcbur olub. Bu insanların qarşılaşdığı əsas çətinliklər – işsizlik, yaşayış sahəsi çatışmazlığı və xidmətlərə çıxışın məhdudluğudur.
Əksəriyyəti qeyri-rəsmi məskunlaşmış bu köçkünlərin torpaq üzərində hüquqi statusu yoxdur. Bəsrə, Bağdad və Diyala kimi əyalətlərdə ərzaq və qeyri-ərzaq məhsullarının əldə olunması da ciddi çətinlik olaraq qalır.
Hesabatda qeyd olunur ki, köçkünlərin geri dönmək niyyəti çox zəifdir – qiymətləndirilmiş ərazilərin yalnız 10 faizində mənbələr insanların qayıtmaq istədiyini bildirir. Digər yerlərdə isə köçkünlər ya qalmağı üstün tutur, ya da qərarsızdır.
“Səhrada xurma da pul gətirir”
Bir neçə il öncəyə qədər fermerlər İraqın cənubundakı kənd təsərrüfatını neft qədər gəlirli sahə kimi qiymətləndirirdilər. İndi isə bu gəlirli torpaqları tərk edib, səhralarda xurma bağları salmağa məcbur qalırlar.
Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit Proqramına (UNEP) görə, İraq – həddindən artıq istilər və su çatışmazlığı baxımından dünyanın ən həssas 5-ci ölkəsidir.
Yay aylarında onsuz da yandırıcı isti ilə tanınan Bəsrə bölgəsi, 53,8°C ilə ölkənin ən yüksək temperatur qeydə alınmış ərazisidir. Bu səbəbdən də region iqlim dəyişikliyindən ən çox zərər görən zonalardan biri hesab olunur.