vaxtlı-vaxtında oxuyun! Cümə, 13 iyun 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)

«İnsanlara hürriyət
Millətlərə istiqlal»

Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)
BÖHRAN  
İŞİD xaosdan bəhrələnmək istəyir 12:42 | 12 iyun 2025 | Cümə axşamı Məqaləyə 24 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

İŞİD xaosdan bəhrələnmək istəyir

Terror təşkilatı Suriya və İraqda yenidən təşkilatlanır

CAVİD

MÖVZU İLƏ ƏLAQƏLİ

İŞİD gücünü bərpa etmək üçün Suriya və İraqdakı döyüşçülərini yenidən səfərbər edir. Suriya, İraq, ABŞ və Avropadan olan təhlükəsizlik rəsmiləri və diplomatların da olduğu 20-dən çox mənbənin “Reuters” ilə paylaşdığı məlumata görə, İŞİD Suriya və İraqdakı döyüşçülərini yenidən aktivləşdirməyə, hədəfləri müəyyənləşdirməyə və silah paylamağa başlayıb.

Təşkilatın Suriya və İraqdakı fəaliyyətini illərdir izləyən təhlükəsizlik rəsmiləri bu il İŞİD-in ən azı 10 əməliyyatının qarşısını ala bildiklərini bildiriblər.

Hesabatda İŞİD-in dekabrda Suriya lideri Bəşər Əsədin devrilməsindən sonra təbliğat və insan toplama fəaliyyətlərini gücləndirdiyinə diqqət çəkilir.

İraq ordusunun 8-ci diviziyasının polkovniki Əbdül Əmir əl-Bayati İŞİD-in ölkədəki bəzi əməliyyatlarının qarşısını aldıqlarını və təşkilatın öz gücünü bərpa etmək istədiyini bildirib: “İŞİD üzvləri illərlə gizləndikdən sonra Suriyadakı xaosdan istifadə edərək yenidən aktivləşməyə başlayıb”.

Digər tərəfdən, təhlil Əsədin devrilməsindən sonra İŞİD-in hücumlarının azaldığına diqqət çəkir.

Amerika konsaltinq şirkəti “SITE Intelligence Group”un məlumatına görə, İŞİD bu ilin ilk 5 ayında Suriyada 38 hücuma görə məsuliyyəti öz üzərinə götürüb. Bu, keçənilki rəqəmin üçdə birinə bərabərdir.

İŞİD-in meydana gəldiyi İraqda təşkilatın eyni müddət ərzində 4 hücum təşkil etdiyi bildirilib. Ötən il İŞİD-in üzərinə götürdüyü hücumların ümumi sayı 61 olub.

BMT-nin məlumatına görə, İŞİD-in İraq və Suriyada 1500-3000 döyüşçüsü var. Bununla belə, təşkilatın Afrikada ən fəal olduğu düşünülür. Amerika kəşfiyyatının məlumatına görə, İŞİD lideri Əbdülkadir Mömin qruplaşmanın Somali qoluna rəhbərlik edir.

“Reuters” xəbər verir ki, Suriya prezidenti Əhməd Şara İŞİD-in fəaliyyəti ilə bağlı şərh vermək istəyinə cavab verməyib. Əbu Məhəmməd Culani təxəllüsündən istifadə edən Şaraa eyni zamanda Əsəd rejimini devirən üsyançılara rəhbərlik edən Heyət Təhrir əl-Şamın (HTŞ) lideri idi. Əl-Qaidədən ayrılan HTŞ bölgədə də İŞİD-ə qarşı mübarizə aparıb.

ABŞ prezidenti Donald Tramp may ayında Səudiyyə Ərəbistanına səfəri zamanı Suriyaya qarşı sanksiyaları ləğv etmək planlarını açıqlamışdı. Vaşinqton bunun üçün beş şərt irəli sürüb. Bunlara İsraillə İbrahim sazişinin imzalanması, Suriyanı tərk edən əcnəbi yaraqlıların, fələstinli döyüşçülərin ölkədən çıxarılması, Dəməşqdə İŞİD həbsxanalarının hökumət tərəfindən ələ keçirilməsi və İŞİD-ə qarşı mübarizədə ABŞ-a köməklik daxildir.

Suriyanın şimalındakı İŞİD həbsxanaları PKK terror təşkilatının bu ölkədəki qolu YPG-nin əlindədir.

Təhlildə qeyd olunur ki, prezident Rəcəb Tayyib Ərdoğan və Tramp bu həbsxanalara nəzarətin Şarja hökumətinə verilməsini istəyirlər. Bununla belə, ABŞ-da yerləşən Yaxın Şərq İnstitutunun analitik mərkəzinin əməkdaşı Çarlz Lister iddia edir ki, Dəməşq hökumətinin “bütün ölkəyə nəzarəti saxlamaq üçün kifayət qədər qüvvəsi yoxdur”.