
Rejim xalqın çörəyinə çöküb
Qəzvində bələdiyyə işçiləri səyyar satıcılara hücum edib
Qəzvində bələdiyyə işçiləri səyyar satıcılara hücum edib
Güney Azərbaycanın böyük bir şəhərində ekosistem və biomüxtəliflik tamamilə sıradan çıxıb
Güney Azərbaycanda yeni təhsil ilinə bir aydan az qalıb
İraq kəşfiyyatı Şara ilə masada
“Zəvvarlar kişiləri narkotik satır, qadınları sığı adı altında fahişəlik edir”
“Doğma liman” pərdəsi altında gizlənən Türk imperiyası qırıntısı
Məsud Pezeşkianla Ayətullah Xameneyinin fərqi
Pezeşkian türk adlarına qadağa ilə bağlı əmr verdi
Sistaninin çevrəsi Bağdadda boşluğu doldurmağa çalışır
İraq fermerləri səhrada xurma yetişdirir
İran azərbaycanlı siyasilərin sayının azalmasının səbəbləri
Urmiya gölü – unudulan güzgü, xatırlanan vicdan
Yaponiyanın ayırdığı 7,8 milyon dollar hara xərclənib
Urmiya gölünün xilası üçün Azərbaycan Respublikası və Türkiyədən yardım istəmək lazımdır
Urmiya gölünün tamamilə qurumasının fəsadları
“Ocaq”ın yeni mənası
Həsən Ərkin dediklərinə görə, son vaxtlar İraq Kürdüstanının keçirdiyi müstəqillik referendumu və ardından İraq hökumət qüvvələrinin Kərkük şəhərini kürd qüvvələrindən geri alması İran Azərbaycanında, xüsusilə milli fəalların diqqət mərkəzində olub. Təbrizdən Amerikanın Səsinə danışan jurnalist və siyasi fəal İraqda yaşananları kompleks və mürəkkəb olaylar olaraq dəyərləndirir.
«Kürd qüvvələrinin Kərkükdən rahatlıqla geri çəkilməsi, Haşdi Şabi (İraq şiələrinin təşkil etdiyi milis qüvvəsi) və İraq Ordusunun rahatlıqla Kərkükə girməsi burada hamını şok etdi. Biz orada müqavimət və silahlı qarşıdurma gözləyirdik. Amma elə olmadı. Buna görə, bu olay bir az qarışıq və mürəkkəb görünür. Belə nəzərə gəlir ki, bunlar hamısı oyundur. İndi necə oyun olduğuna görə müxtəlif fikirlər var,» Həsən Ərk söyləyir.Onun sözlərinə görə, milli fəallar ümumilikdə Kərkükün Məsud Bərzani qüvvələrindən geri alınmasını müsbət qarşılayıblar: «Kərkük tarixdə türk şəhəri olub. İŞİD məsələsindən sonra Bərzani qüvvələri oranı işğal etmişdi. Burada (İran Azərbaycanında) da narahatlıq var idi. Türkmənlər oradan sürgün olunurdular. Mühacirət etməyə məcbur edilirdilər».
Jurnalist həmçinin İraq Kürdüstanının keçirdiyi müstəqillik referendumu ilə bağlı düşüncələrini Amerikanın Səsi ilə paylaşıb.
«İnsan haqları baxımından baxsaq, milli fəallar da bunu qəbul edir ki, tamam millətlər öz haqqına çatsın. Bu haqqı özlüyündə hamı qəbul edir. Yəni belə şey yoxdur ki, filan millətin haqqı verilsin, filan millətin haqqı verilməsin. Amma bu haqqı ələ gətirmək şəkli və başqasının torpağına əl uzatmaq bizi incidir. Buna görə də milli fəallar buna qarşı oldular», Ərk deyir.
Həsən Ərk əlavə edir ki, İraq Kürdüstanı rəhbərliyinin Kərkükdə əhalinin etnik tərkibini dəyişmək cəhdləri milli azlıqlar arasındakı münasibətləri gərginləşdirib. Hazırkı İraq mərkəzi hökumətindən gözləntilərə nisbətən fərqlidir. Belə ki, Səddam Hüseyn devrildikdən bəri ölkədə təşəkkül tapmış konsensual hökumət milli azlıqların maraqlarını nəzərə almağa çalışır.