
Rusiya zəifləyibmi?
Görəsən, onun zəifləməkdə məqsədi nədir?”
Görəsən, onun zəifləməkdə məqsədi nədir?”
Almaniyaya təhdid, Ukraynada irəliləyiş
Avropa Birliyi liderləri Si Cinpinin açıqlamalarına sərt cavab verdi
Vaşinqton Ukraynaya 322 milyon dollarlıq silah satışına razılıq verdi
ABŞ Ukraynaya zirehli texnika və raket sistemləri göndəriləcək
Azərbaycan və Rusiya münasibətlərindəki böhran hara gedir?!
Rusiya və Ukrayna arasında qarşılıqlı hücumlar
İlham Əliyev: “Aktau təyyarə qəzası ilə bağlı Rusiya beynəlxalq məhkəməyə veriləcək”
Çin, Avropanın Rusiyaya tətbiq etdiyi sanksiyaların “ciddi mənfi təsirlərini” tənqid etdi
Ukrayna kəşfiyyatının gənc və cəsur komandiri – Kiril Budanov
Yaxud Tramp və Ukrayna labirinti
Qərbin NATO məsələsində Kiyevə dəstəyi məhdud olub
Ukrayna ordusu Rusiya ordusunun generalını dəqiq zərbə ilə vurub
Cəbhəyə “babalar” göndərilir
“Ukrayna Qəhrəmanı” PUA-lardan qorunmağın yolunu tapıb
Ukraynanın “F-16” pilotları azalır
Ukrayna ordusunun ən zəif yerlərindən və xaricdən asılılığının biri aviasiya, artilleriya, hava hücumundan müdafiə (HHM) sisteminin kəşfiyyat məlumatları ilə təchizatı idi. Bu boşluğu doldurmaq üçün İsveç iki ədəd “Saab 340 AEW&C” tipli çoxfunksiyalı kəşfiyyat təyyarəsinin Ukrayna ordusuna təqdim edib. Artıq Ukrayna ordusunun arsenalında bu müasir uçan radarlar aktiv fəaliyyət göstərir.
İsveç istehsalı olan uzaq məsafəli radiolokasiya aşkarlama təyyarəsi “Saab 340 AEW&C” Ukraynaya çatdırılıb və artıq Lvov səmasında ilk sınaq uçuşunu həyata keçirib.
“Saab 340 AEW&C” sadəcə kəşfiyyat təyyarəsi deyil, həm də aviasiya əməliyyatlarının idarə olunması üçün uçan qərargah funksiyasını yerinə yetirir. Belə bir təyyarə ilə birgə fəaliyyət göstərdikdə, Ukraynanın “F-16” qırıcıları döyüş şəraitində tam potensialını nümayiş etdirə biləcək.
Təyyarənin radar sisteminin instrumental aşkarlama məsafəsi 400 kilometr təşkil edir. Bu, kəşfiyyat təyyarəsinin pilotlara uçan hədəflərin, xüsusən də raketlərin dəqiq koordinatlarını ötürməsinə imkan verəcək.
Təyyarə 6 km hündürlükdə uçaraq, alçaq irtifada hərəkət edən hədəfləri, o cümlədən qanadlı raketləri effektiv şəkildə aşkarlaya bilir. Məlumatın real vaxt rejimində ötürülməsi sayəsində raketlərin zərərsizləşdirilməsi daha operativ şəkildə həyata keçiriləcək.