vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 14 iyul 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Vətənpərvərlik insanın daxilindəki duyğulardır. Əgər bunlar yoxdrusa, o insan mənəviyyatsızdır»

Heydər Əliyev (1923 - 2003)
GÜNDƏM  
Şəhid ölkənin dəyəridir 14:07 | 14 iyul 2025 | Bazar ertəsi Məqaləyə 227 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Şəhid ölkənin dəyəridir

Albert Aqarunov və Məhəmməd Eissavi – qəhrəmanlıq müqayisəsi

Cavid DƏMİRLİ

MÖVZU İLƏ ƏLAQƏLİ

Son dövrlər Azərbaycan sosial şəbəkələrində və bəzi iranyönümlü təxribatçı kütləvi informasiya vasitələrində narahatedici bir təbliğat xətti müşahidə olunur. Ayla Idrisova adlı təxribatçı bir sosial şəbəkə fəalı İranın açıq-aşkar pərəstişkarı kimi çıxış edərək, İsrailə qarşı nifrət ritorikasını yayır, Azərbaycan dövlətinin strateji tərəfdaşlarını hədəfə alır və ölkə daxilində süni qarşıdurma yaratmağa çalışır. Təbliğatının ana xəttini antisemitizm və İran molla rejiminin Azərbaycanda təbliğatı təşkil edən Ayla Idrisovanin paylaşımlarından sübut olaraq bəzi skrinlər etmişəm. Ayla adlı bu qadın Azərbaycan hökumətinin milli qəhrəmanımız olan Albertin adının əbədiləşdirilməsinə qarşı çıxaraq, Azərbaycan vətəndaşı olan , atası fələstin əsilli olan Məhəmməd Eissavinin milli qəhrəman adına layiq görülməsində hörməti ayrıseçkilikdə qınayan paylaşımlar edir. Bir məlumatı da nəzərinizə çatdırım, Məhəmmədin Fələsatinlə heç bir əlaqəsi olmayıb, Azərbaycanda doğulub, böyüyüb, sadəcə atası Fələstin əsilli olub . Anası isə azərbaycanlıdır.

Ayla İdrisova xüsusilə Azərbaycanın milli qəhrəmanlarından biri olan Albert Aqarunovun şəxsiyyətinə qarşı yönəlmiş kampaniya aparır. O, Aqarunovun milli qəhrəman adını almasını onun yəhudi olması ilə əlaqələndirir və bunu “siyasi seçim” kimi təqdim etməyə çalışır. Halbuki faktlar tamam fərqlidir.

Bu qadının paylaşımlarindan çıxan nəticəyə görə Azərbaycan hökumətinin fəxri adları təqdim etməsində döyüşçülərin qəhrəmanlığı yox dini və milli mənsubiyyətinə görə verildiyini görmək olur.

Albert Aqarunov Qarabağ müharibəsi zamanı tankçı olaraq Şuşanın müdafiəsində misilsiz qəhrəmanlıq göstərib. Onun tankla düşmən mövqelərinə hücumları, döyüş meydanında sərgilədiyi şücaət və həyatını təhlükəyə ataraq onlarla hərbçini xilas etməsi rəsmən sənədləşdirilib. O, düşmən tərəfindən hədəf alınaraq tankda şəhid olub və göstərdiyi xidmətlərə görə Azərbaycanın ən ali fəxri adı olan Milli Qəhrəman adına layiq görülüb.

Digər tərəfdən, Məhəmməd Eissavi də Vətən Müharibəsində iştirak edib  şəhid olub. Lakin Eissavinin döyüş yolu daha məhduddur və o, Xocavənd istiqamətində döyüşlərdə həlak olub. Onun qəhrəmanlığı layiqincə qiymətləndirilib və ölümündən sonra “Vətən uğrunda” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib. Lakin Eissavinin fəaliyyətində Albert Aqarunov səviyyəsində genişmiqyaslı taktiki qəhrəmanlıq faktları qeydə alınmayıb ki, bu da Milli Qəhrəman adına təqdim edilməsinin hüquqi əsaslarını zəiflədir.

Ayla İdrisovanın bu iki şəhidin müqayisəsində dini və etnik ayrı-seçkilik mövqeyi tutması, faktların təhrifinə və Azərbaycanda antisemit əhval-ruhiyyənin qızışdırılmasına xidmət edir.

Azərbaycanda milli qəhrəman adına layiq görülmüş digər milli azlıqların da (rus, ukraynalı, ləzgi, talış və s.) nümayəndələri olduğu halda nədən məhz yəhudi əsilli milli qəhrəmanımıza qarşı kompaniyanın başlanılması sual doğurur.

 

Azərbaycan Konstitusiyası və dövlət siyasətinə zidd mövqe

 

Azərbaycan dünyəvi, çoxmillətli və tolerant bir dövlətdir. Konstitusiyanın 25-ci və 47-ci maddələri ölkədə irqi, dini və etnik ayrıseçkiliyi qadağan edir. Ayla İdrisova isə öz çıxışları ilə bu prinsipləri sarsıtmağa çalışır. O, İranın Azərbaycana qarşı yönəlmiş təhdidlərinə göz yumaraq, İslamı siyasi alətə çevirir və Azərbaycanda radikal dini meylləri təbliğ edir. Onun fəaliyyəti açıq-aşkar milli maraqlara, dövlətin müstəqilliyi və ərazi bütövlüyünə ziddir. Bu qadın diniirqiayriseckilk ehtiva edən , yəhudi və xristianlara dostluğu qadağan edən paylaşım edərək ölkədə təxribat yaratmağa çağırış edir.

Təxribatçı şəbəkələr və təhlükə siqnalları

 

Ayla İdrisova eyni zamanda İran xüsusi xidmət orqanları ilə əlaqəli olan İranda yerləşən Mirağa Dadaş adlı separatçının çağırışlarını paylaşır. Ayla İdrisovanın təxribatçı təbliğatında istinad etdiyi Mirağa Dadaş Azərbaycanın suverenliyinə qarşı çıxışlar edən, Azərbaycan hüquq mühafizə orqanları tərəfindən rəsmi axtarışda olan şəxslərin Azərbaycan dövlətinə qarşı aktiv mübarizə aparan və terrorçularin rəhbərlik etdiyi İranda yerləşən “Hüseyniyyun” terror təşkilatının üzvləri ilə sıx əlaqələri olan şəxsdir. O, həmçinin Azərbaycanda rəsmən axtarışda olan   

“Hüseyniyyun” terror təşkilatının təşkilatçılarundan olan Orxan Məmmədov kimi ekstremistlərlə — Azərbaycanda çevriliş etməyə cəhd etmiş və “Kərimə Dövləti” qurmaq niyyətində olan qurupun lideri ilə münasibətlərini gizlətmir, sosial şəbəkələrdə bu şəxslərlə olan birgə şəkillərindən və videolarindan bunu aydın görmək olar.

Bu cür fəaliyyətlər Azərbaycan üçün ciddi təhlükə siqnalıdır. Ayla İdrisova və onun dəstəkçiləri həm dini ayrıseçkiliyi qızışdırmaq, həm də Azərbaycan cəmiyyətində parçalanma yaratmaq məqsədi güdürlər.

 Milli təhlükəsizlik və cəmiyyətin birliyi naminə:

Azərbaycanın müstəqil siyasəti, İsrail və digər tərəfdaşlarla əlaqələri dövlət strategiyasının vacib hissəsidir. Bu əlaqələri gözdən salmağa çalışan, tolerantlıq mühitini pozan və cəmiyyətdə nifaq toxumu səpən təbliğatçılara qarşı hüquqi tədbirlər görülməsi zəruridir. Dövlətimizin maraqları, milli təhlükəsizlik və vətəndaş həmrəyliyi bu cür dağıdıcı fəaliyyətlərə qarşı sıfır tolerantlıq tələb edir.

Albert Aqarunovun adı əbədiləşdirilib, onun qəhrəmanlığı dövlət başçısı İlham Əliyev tərəfindən də dəfələrlə yüksək qiymətləndirilib. Ayla İdrisovanın iddiaları isə əsassızdır və yalnız Azərbaycan cəmiyyətini parçalamağa yönəlmiş təxribat xarakteri daşıyır.

Biz heç vaxt imkan vermərik ki, Ayla İdrisova kimi dini ekstremistlər və təxribatçılar milli qəhrəmanlarımızın ruhunu və yaxınlarını incitsin. Albert Aqarunov Azərbaycan xalqının Milli Qəhrəmanıdır. Biz Milli qəhrəmanımızın qeyrətini çəkməyə, şərəfini qorumağa borcluyuq. Albertin yaxınları da bu təxribata görə narahat olublar, onlara demək istəyirəm ki, Albert Azərbaycan xalqının ölməz qəhrəmanıdır, Albert sizin ailənin hüdudlarından kənara çıxaraq xalqın mənəvi dəyərinə çevrilib.

Azərbaycan dünyaya tolerantlıq nümunəsidir. Bu tolerantlıği heç kim sarsıda bilməz.


   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)