
“Georgi lenti” ilə “bəzənmiş” beyinlər
Tarixin düzgün tədris və təbliğ edilməməsinin acı nəticəsi...
Tarixin düzgün tədris və təbliğ edilməməsinin acı nəticəsi...
Neftin 80 faizini verən Bakıya “Qəhrəman şəhər” adını qıymadılar
Mayın 9-da Həzi Aslanovun heykəlinə çələng qoymaq Moskvada olmaqdan daha əhəmiyyətlidir
... Yaxud yalan üzərində qurulanları çökdürən yalan
... Yaxud Qələbəyə 72 saat qalmış əbədiləşən ATA ƏSGƏR
Kosmik gəmi 53 ildən sonra Yerə enəcək
Böyük qələbənin 80 illiyini qeyd etməyə hazırlaşan millətin qara ləkəsi
Bir tonluq alov topu saatda 27360 km sürətlə yerə çırpılacaq
Bu acı tarixi heç vaxt unutmamalıyıq
Katın qətliamlarının 85-ci ildönümüdür
Kiminsə kölgəsinə sığınmaq birtərəfli asılılıq yaradır, milli kimlik itir
Polisi Heminquey oxuyan yeganə ölkə
SSRİ vaxtı Oleq Qordiyevski haqqında çıxarılan ölüm hökmü hələ də qüvvədədir
... Yaxud zamanı qabaqlayan yazıçı
Baş nazir, nazir və prezidentin 3 ildə ar-arda Moskvaya səfəri çevrilişlə bitdi
Ayaz Salayev: “Mən heç vaxt başqa millətdən bir qadınla evlənməzdim”
İmişli ağsaqqallar şurasının sədri Saleh Səmədovun rus faşizminə dəstək verən hərəkətlərindən sonra sosial şəbəkələrdə ona haqq qazandıran manqurtlar peyda olub. Onlar başlayıblar ki, SSRİ-nin bizə faydasından danışmağa.
SSRİ-nin “faydalarını” qısa olaraq sadalayım.
1920-ci ildə SSRİ Azərbaycan Xalq Cümhuriyyətini silah gücü ilə işğal edərək qanlı şəkildə süquta uğratdı. Minlərlə qeyrətli vətən övladı güllələndi. Xalqın mal-qarası və torpaqları zorla əlindən alınaraq kolxozlara birləşdirildi. Ardınca repressiyalar və sürgünlər başladı. Azərbaycan Kommunist Partiyasının rəhbərliyinə tez-tez erməni əsilli şəxslər təyin olundu, nəticədə yüzlərlə istedadlı və savadlı azərbaycanlı ziyalı məhv edildi.
Repressiyaya məruz qalan ziyalılardan bəziləri bunlardır: Hüseyn Cavid, Mikayıl Müşfiq, Əhməd Cavad, Cəfər Cabbarlı, Hüseynqulu Sarabski, Bəkir Çobanzadə, Yusif Vəzir Çəmənzəminli, Əliabbas Müznib, Musa Cəlil, Xudadat bəy Rəfibəyli, Ümmügülsüm Sadıqzadə, Zeynəb Pəhləvanbəyova, Nigar Məmmədova, Banin (Ümmülbanu Əsədullayeva), Abbasmirzə Şərifzadə və s..
SSRİ-yə daxil olanda ərazimiz 120 min kvadrat km-dən çox idi. Çıxanda 86.6 min kvadrat km., onun da 20 faizi (17 min kvadrat km-i 29 il işğalda qaldı) Yəni SSRİ dövründə Azərbaycanın 28 min kvadrat kilometr ərazisi Ermənistana verildi. 1990-cı ilin 20 Yanvar faciəsi və 1992-ci il Xocalı soyqırımı isə SSRİ-nin və onun törəmələrinin xalqımıza qarşı törətdiyi dəhşətli cinayətlər idi. Qarabağ münaqişəsinin toxumları da məhz bu rejim dövründə səpildi.
Azərbaycan türklərinin soyadları rus sonluqları olan “-ov”, “-yev”, “-in” formasına salındı. Halbuki erməni və gürcü soyadları qorundu. Əlifbamız bir neçə dəfə dəyişdirildi, toponimlərimiz ruslaşdırıldı. 1918-ci ildə azərbaycanlılara qarşı soyqırımı törətmiş erməni daşnaklarına abidələr ucaldıldı, küçə və yaşayış məntəqələrinə onların adları verildi (məsələn, Şaumyan).
Sosial və iqtisadi reallıqlar
SSRİ dövründə təhsil və səhiyyə sistemlərində rüşvət geniş yayılmışdı. Mağazalarda daimi qıtlıq hökm sürür, məhsullar talon sistemi ilə paylanırdı. Keyfiyyətsiz mallar və uzun növbələr adi hal almışdı. İnsanlar xarici istehsal olan məhsulların axtarışında idi.
Orta məktəb şagirdləri dərsdən ayrılaraq yük maşınları ilə pambıq tarlalarına aparılır, gündəlik 12 saat ağır fiziki əməyə cəlb edilirdi. Bu, uşaq əməyinin açıq istismarı idi.
Vicdan azadlığına ciddi müdaxilə edilirdi. Neft və qaz ölkəsi olan Azərbaycanda rayon və kəndlərin çoxu SSRİ dağılanadək qazlaşdırılmamışdı. Məsələn, 1982-ci ildə qaz çəkilmiş bir kənddə 1990-cı ildə qaz yenidən kəsildi. 1988-ci ilə qədər kəndin cəmi 2–3 hamamı var idi, əhali kolxozun ümumi hamamından istifadə edirdi.
SSRİ ordusunda “dedovşina” (böyük əsgərin kiçiyə zülmü) adlı mənfur sistem hökm sürürdü. Ali məktəblərə qəbul çox vaxt pulla baş tuturdu. Hüquq, tibb və avtomobil ixtisasları varlılara “satılır”, yalnız az sayda yer istedadlı gənclərə ayrılırdı.
Repressiyaya Məruz Qalan Xalqların qısa xronikası.
1. Azərbaycan türkləri – 1937–1938-ci illərdə minlərlə ziyalı, alim və siyasətçi “pantürkist” və “millətçi” damğası ilə məhv edildi.
2. Krım tatarları – 1944-cü ildə kütləvi şəkildə Krımdan Orta Asiyaya sürgün edildilər; minlərlə insan yolda həyatını itirdi.
3. Qazaxlar – 1930-cu illərdə kollektivləşmə zamanı süni aclıq yaradıldı; milyonlarla qazax həyatını itirdi.
4. Özbəklər – Milli və dini kimliyini qorumağa çalışan yüzlərlə ziyalı təqib edildi.
5. Qaraqalpaqlar – Milli mədəniyyət və müstəqillik ideyalarına görə təzyiqlərə məruz qaldılar.
6. Uyğurlar – Çinlə əlaqəli şübhələrlə SSRİ-də yaşayan uyğur ziyalıları təqib olundu.
7. Başqırdlar – Muxtariyyət tələblərinə görə rəhbərləri güllələndi və sürgün edildi.
8. Türkmənlər – Ruhani və ziyalı təbəqə repressiya olundu, dini və milli dəyərlər dağıdıldı.
9. Qırğızlar – Milli mədəniyyətlərini qorumağa çalışanlar təqibə məruz qaldılar.
10. Axıska türkləri (Məsxet türkləri) – 1944-cü ildə Gürcüstandan Orta Asiyaya sürgün edildilər. Onların vətənə dönüşü yalnız onilliklər sonra mümkün oldu.
11. Ukraynalılar – 1932–33-cü illərdə 4 milyona yaxın insan süni yaradılmış “Holodomor” aclığı nəticəsində həyatını itirdi.
SSRİ və İkinci Dünya müharibəsi
1939-cu ilin 23 avqustunda SSRİ ilə Almaniya arasında imzalanmış Molotov–Ribbentrop paktı Avropanı işğal və bölüşdürmə planının əsası oldu. Bu pakt əsasında hər iki rejim – sovet və alman faşizmi – eyni vaxtda müxtəlif ölkələrə qarşı təcavüzə başladılar. İkinci Dünya Müharibəsində rus faşizmi nasist Almaniyasına qalib gəlsə də, alam faşizminin işğalı altında olan torpaqlar azad olundu, amma rus işğalında olan torpaqlar rus müstəmləkəsində qalmağa davam etdi.