
SSRİ-nin xilaskarı – Kan
Sovet ittifaqındakı sənayeləşmənin əsasını “Fordun memarı” qoyub
Sovet ittifaqındakı sənayeləşmənin əsasını “Fordun memarı” qoyub
Baltikyani ölkə modern dünya ilə ayaqlaşır
KQB növbəti nəsil agentlər üçün sənədlər şəbəkəsi hazırlayıb
Tarix təkrar olunur, hər şey plan üzrə gedir
... Yaxud Putin SSRİ xülyasından ayrılmayıb
Soyqırımı, repressiya, işğal, talan, torpaq ilhaqı və daha nələr ...
Tarixin düzgün tədris və təbliğ edilməməsinin acı nəticəsi...
Neftin 80 faizini verən Bakıya “Qəhrəman şəhər” adını qıymadılar
Mayın 9-da Həzi Aslanovun heykəlinə çələng qoymaq Moskvada olmaqdan daha əhəmiyyətlidir
... Yaxud yalan üzərində qurulanları çökdürən yalan
... Yaxud Qələbəyə 72 saat qalmış əbədiləşən ATA ƏSGƏR
Kosmik gəmi 53 ildən sonra Yerə enəcək
Böyük qələbənin 80 illiyini qeyd etməyə hazırlaşan millətin qara ləkəsi
Bir tonluq alov topu saatda 27360 km sürətlə yerə çırpılacaq
Bu acı tarixi heç vaxt unutmamalıyıq
Katın qətliamlarının 85-ci ildönümüdür
Separatçılarla bərabər, “5-ci kolon”çuların da həbs olunmasına, zərərsizləşdirilməsinə başlanılması olduqca önəmli addımdır.
Mayın 9-da faşizm üzərində Qələbə günü münasibətilə İmişlidə keçirilən tədbirdə keçmiş SSRİ bayrağı altında və sinəsində işğalçı rus imperiyasının rəmzi olan “Georgi lenti” ilə çıxış edən İmişli rayon Ağsaqqallar Şurasının keçmiş sədri Saleh Səmədovun Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs edilməsinə də ilk növbədə məhz bu kontekstdən yanaşmalıyıq.
Əminəm ki, bu xəbər bütün cəmiyyət tərəfindən müsbət qarşılanıb. Çünki Rusiyanın müxtəlif yollarla, o cümlədən bir müddət öncə bağlanılan “Rus Evi” kimi “humanitar” qurumlar vasitəsilə Azərbaycanda “beşinci kolon”çuların böyük bir şəbəkəsini qurması hamıda ciddi narahatlıq doğururdu.
Geniş maliyyə resurslarına, media və QHT şəbəkəsinə malik olan bu şəxslər Kremlin maraqlarına xidmət etməklə və ölkəmizin ictimai-siyasi proseslərinə Rusiya mövqeyindən təsir göstərməklə, əslində, 21-ci əsrin çingiz ildırımları, əliheydər qarayevləri, ayna sultanovaları rolunu icra edirlər.
Belələrinin məramı, məqsədi keçmiş SSRİ-nin – qırmızı sovet imperiyasının hansısa formada xortladılması, yenidən bərpa olunmasına nail olmaqdır. Bunlar Moskvaya təmənnalı-təmənnasız nökərçiliklərinin əvəzində Azərbaycan dövlətçiliyini su qiymətinə satmağa hazırdırlar.
“Rus dünyası” (russkiy mir) adlı şovinist planın əsas ideoloqlarından biri olan və Kremlin “beyni” adlandırılan Aleksandr Duqin kimi yeni rus faşistləri də ilk növbədə məhz Azərbaycandakı, digər postsovet respublikalarındakı bu cür ruspərəst qüvvələrin dəstəyinə və könüllü xidmətinə bel bağlayırlar.
Bu arada Duqinin postsovet ölkələrinin müstəqilliyini hədəf alan, Ukraynaya qarşı işğalçı müharibənin yeni Rusiya imperiyasının yaradılmasının açarı olduğuna işarə edən, Ukraynanın ardınca bütün postsovet məkanının “udulması”ndan sonra yeni millətlərüstü makrodövlətin qurulmasına çağırış edən fikirlər səsləndirməsi heç də təsadüfi deyil. Rusiya doğrudan da postsovet ölkələrinin müstəqilliyi üçün real təhlükə olaraq qalmaqda davam edir.
Ona görə də Azərbaycan dövlətinin vaxtında hərəkətə keçməsi və SSRİ bayrağı altında çıxış edən “ağsaqqal”ın DTX tərəfindən saxlanılması digər postsovet ölkələri üçün də örnək olmalıdır. Müstəqilliyimizi qorumaqdan ötrü sovetsizləşdirmə (desovetizasiya) işi mütləq axıra çatdırılmalıdır. İnsanlarımızın ruhları və beyinləri Rusiya heyranlığına yox, öz bayrağımızın üçrəngli fəlsəfəsinə köklənməlidir.