
RMİ AMEA-nı boykot edir
Ölkənin aparıcı riyaziyyat institutu elmi mübahisədən niyə çəkilib?
Ölkənin aparıcı riyaziyyat institutu elmi mübahisədən niyə çəkilib?
Və ya AMEA-nın Qafqazşünaslıq İnstitutu niyə ləğv edilir?
Yazılarımızın ilk oxucuları özümüzdük
(Xatirələr silsiləsindən)
Bütün məlumatlar sistemə daxil olacaq
Universitetlər hansı elmi institutların onlara birləşdiriləcəyini səbirsizliklə gözləyir
... Yaxud çörəyə bais olmaq fəlsəfəsi
Akademiya struktur kimi ləğv olunub İnstitutlar müstəqil fəaliyyət göstərməlidir
Genetika mövzusunda müzakirəyə beynəlxalq münasibətlər məzunu çıxırsa, ...
Azərbaycan Milli Elmlər Akademiyasının 40 yaşlı qurucusu
Azərbaycan elminin aqibəti: necə olacaq?
Ramiz Mehdiyev: “Sağlamlığımda heç bir problem yoxdur, özümü ...”
Adının AMEA prezidentliyinə hallandırılmasına İsa Həbibbəylidən sərt reaksiya
İsa Həbibbəyli: “Öncəgörmə ilə məşğul deyiləm”
Ramiz Mehdiyevlə bağlı son dəqiqə açıqlaması
Bundan qorunmaq üçün həqiqi alimlərə sahib çıxmalıyıq
5 iyun görkəmli Azərbaycan riyaziyyatçısı, AMEA-nın müxbir üzvü Arif Babayevin (11 noyabr 1934 – 5 iyun 1998) anım günüdür. Elm tarixçisi Loşakın maraqlı bir fikri yadıma düşdü: “Bioloqlar kimyaçılardan, kimyaçılar fiziklərdən, fiziklər riyaziyyatçılardan, riyaziyyatçılar isə bir - birilərindən qorxurlar”. Arif Babayev elmi və erudisiyası hesabına heç kimdən qorxmurdu. Onun ən mühüm keyfiyyətlərindən biri tələbələrin dostu olması idi. Tələbələr istədikəri vaxt onunla problemlərini bölüşə bilirdilər. Arif Babayev anadan riyaziyyatçı kimi doğulmuşdu. 1964-cü ildə Azərbaycanda ilk “Riyazi analiz” kafedrasının təməlini qoymuşdur.
Arif Babayev fitri istedadı ilə dünyanın məşhur riyaziyyatçılarının araşdırdığı problemlərin həllinə qısa müddətdə nail olurdu. Onun gözəl nitqi, güclü riyazi məntiqi, yüksək mədəniyyəti vardı.
A.Babayev ədəbiyyata, sənətə, musiqiyə, idmana yüksək qiymət verərdi. Öz fikirlərini yığcam, konkret şəkildə şərh edərdi.
Sanki dünyaya xeyirxahlıq üçün gəlmişdi və bu işdən zövq alırdı. Bizim oxuduğumuz illərdə hər gün onunla rastlaşırdıq. Mühazirəni elə ürəkdən deyirdi ki, təpədən dırnağa qədər tabaşir tozuna bulaşırdı. Yeganə oğlu Azad Babayevlə Təhsil Nazirliyinin Xarici Əlaqələr İdarəsində işləmişdik. Dost idik. Yüksək intellektual səviyyəyə malik olan Azad riyaziyyatla yanaşı ədəbiyyatı və fəlsəfəni də gözəl bilirdi. Görsənir ki, atası onun hərtərəfli şəxsiyyət kimi formalaşması üçün əlindən gələni əsirgəməmişdi. Azad Bərdə rayonunda buraxılış imtahanlarının monitorinqinə gedərkən avtoqəzaya düşdü və faciəvi şəkildə dünyasını dəyişdi.
Azadı Qala qəbiristanlığında atası Arif Babayevin yanında dəfn etdik. Akademiyanın Müxbir üzvü Arif Babayev anasının yanında dəfn olunmasını vəsiyyət etmişdi.
Allah rəhmət eləsin...