vaxtlı-vaxtında oxuyun! Bazar, 17 avqust 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Nəriman Nərimanov (1870 - 1925)

«Siz ata-babalarınızın müqəddəs yerlərinə o vaxt VƏTƏN deyə bilərsiniz ki, onun sahibi olasınız»

Nəriman Nərimanov (1870 - 1925)
ELM-TƏHSİL, DİN  
“Mən ciddi adamam” 18:05 | 18 fevral 2022 | Cümə Məqaləyə 1849 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Mən ciddi adamam”

Adının AMEA prezidentliyinə hallandırılmasına İsa Həbibbəylidən sərt reaksiya

MÖVZU İLƏ ƏLAQƏLİ

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti İsa Həbibbəyli Akademiyanın rəhbəri postuna namizəd olacağı barədə fikirlərə münasibət bildirib. Bu barədə Modern.az-a açıqlama verən akademik adının AMEA prezidentliyinə namizədlər sırasında hallandırılmasını xoş qarşılamadığını deyib.

“Ümumiyyətlə, müxtəlif şəxslərin namizədliyi ilə bağlı adlarının hallanması xoş deyil. Mənim adımı hallandıranlar özləri bilər. Yalandan-palandan yayırlar. Kimin adını hallandırırlarsa, mənasız söhbətlərə cəlb etmək istəyirlər. Mən ciddi adamam, elə işlərə baş qoşmuram”, - deyə İ.Həbibbəyli vurğulayıb.

Qeyd edək ki, akademik Ramiz Mehdiyevin istefasından sonra AMEA-nın yeni prezidentinin kim olacağı maraq doğurur. Namizədliyə iddialar sırasında AMEA-nın vitse-prezidenti İsa Həbibbəylinin də adı çəkilir.