vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 16 aprel 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)

«Bir kərə yüksələn bayraq bir daha enməz!»

Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)
ELM-TƏHSİL, DİN  
AzTU da beş ulduz alıb 13:26 | 15 aprel 2025 | Çərşənbə axşamı Məqaləyə 22 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

AzTU da beş ulduz alıb

Azərbaycan universitetləri “QS Stars” reytinqində irəliləyir

Osman GÜNDÜZ

MÖVZU İLƏ ƏLAQƏLİ

Təhsilimizdə xeyli problemlərimiz olmasına baxmayaraq, addım-addım uğurlar da əldə olunur.

Dünən Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi məlumat açıqlayıb ki, Azərbaycan Texniki Universiteti də dünyanın nüfuzlu reytinq sistemlərindən biri olan “QS Stars” qiymətləndirmə proqramı çərçivəsində 5 ulduza (“mükəmməl”) layiq görülüb.

Ümumilikdə 9 fərqli kateqoriya üzrə fəaliyyəti dəyərləndirilən AzTU 5 kateqoriya üzrə 5 ulduz əldə edib.

“QS Stars” – universitetlərin güclü və inkişaf potensialı olan sahələrini obyektiv meyarlarla qiymətləndirərək onların tanınmasına töhfə verən nüfuzlu bir beynəlxalq sistemdir.

Bununla da, AzTU müxtəlif istiqamətlər üzrə – yəni tədris, tədqiqat, idarəetmə, məzun məşğulluğu, infrastruktur, beynəlxalq əməkdaşlıq və digər istiqamətlər üzrə beynəlxalq rəqabətə davamlılıq sahəsində xeyli irəliləmiş olduğunu göstərib.

Bu nəticə həm ölkəmiz üçün , həm də AzTU üçün mühüm əhəmiyyət kəsb edir. Bu tip qlobal qiymətləndirmələr universitetlərin beynəlxalq aləmdə tanınmaq, tələbə və professor-müəllim heyəti cəlb etmək, beynəlxalq qrantlar və layihələr əldə etmək və s. imkanlarını xeyli genişləndirir.

Eyni zamanda ölkəmizin təhsil imicinin qlobalda güclənməsinə, xarici tərəfdaşların diqqətinin artmasına, regional rəqabət üstünlüyü qazanmasına da imkanlar yaradır.

Xatırladıram ki, cari ilin əvvəli Azərbaycanın iki universiteti, UNEC və Bakı Dövlət Universiteti də “QS Stars”da 5 ulduz (“mükəmməl”) ilə qiymətləndirilib.

Beləliklə, Azərbaycandan artıq 3 universitet – AzTU, UNEC və BDU dünyanın nüfuzlu “QS Stars” reytinqində 5 ulduz əldə edərək ölkəmizin elm və təhsil brendini beynəlxalq miqyasda daha da möhkəmləndiriblər.