
Süni intellekt asılılıq yaradır
“Z” nəslin gələcəyi təhlükədə
“Z” nəslin gələcəyi təhlükədə
Oxford: “Süni intellekt tələbələrin yaradıcılığını zəiflədir”
“Diella” Albaniyada tenderləri nəzarətdə saxlayacaq
“Oracle”ın bulud infrastrukturu “OpenAI” əməliyyatlarını dəstəkləyəcək
“K2 Think”in yaradıcıları modelin ən yaxşılardan olduğuna iddia edir
Süni intellekt əsas şərtləri sadaladı
Avropanın süni intellekt nəhənginə 1,3 milyard avroluq investisiya
Süni intellekt söhbət robotları ilə bağlı araşdırma
Ekspertlərdən super intellekt xəbərdarlığı
Ultra zənginlərin yeni hobbisi
“NVIDIA” haqqında az məlum faktlar və dərin təhlil
Əvvəlki nəsildən 7,5 dəfə sürətli çipin qiyməti 3500 dollardır
Süni intellektin ələ keçirə biləcəyi ixtisaslar müəyyənləşdirildi
Çin süni intellekt sahəsində rəqabətə qarşı xəbərdarlıq etdi
“ChatGPT” ilə bağlı ilk sənədlənmiş cinayət
Avropa ən çox təsirlənən bölgələrdən biridir
Prezident tərəfindən Süni İntellekt Strategiyasının qəbulundan sonra bu sahədə ciddi irəliləyiş və canlanma müşahidə olunur. İstiqamət üzrə infrastruktur qurulur (iki Superkompüter Mərkəzi qurulur), bir neçə universitetdə (AzTU, UNEC, ADA və s.) elmi və tədris müstəvisində əhəmiyyətli addımlar atılır, AI Akademiyalar və ixtisaslaşmış kurslar formalaşır, həmçinin özəl sektorun da fəallığı nəzərəçarpacaq dərəcədə artır. Süni intellekt sahəsində startapların sayı getdikcə çoxalır və bu sahəyə maraq genişlənir.
Yeri gəlmişkən, bu gün KOBİA-da Startap Şəhadətnaməsinin verilməsi üzrə Ekspertlər Şurasında Azərbaycanın çox maraqlı bir süni intellekt startapının təqdimatı da keçirilib.
Bütün bunlar onu göstərir ki, artıq ölkəmizdə bu sahədə innovativ təşəbbüslər formalaşmağa başlayıb.
Ehtiyac var ki, strategiyanın icrasına cavabdeh qurumlar, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA), investorlar və fondlar bu tip təşəbbüslərə diqqəti daha da artırsınlar.
Bu kontekstdə mühüm addımlardan biri də Azərbaycan Texniki Universitetində atılıb.
“AI-MED Baku 2025: Süni İntellekt və Biotibbi İnnovasiyalar üzrə Azərbaycan-Almaniya Strateji Tərəfdaşlıq Forumu” çərçivəsində universitetdə yüksək səviyyəli işgüzar görüş keçirilib və “AI-MED LAB” adlı ixtisaslaşmış laboratoriyanın açılışı baş tutub.
Yeni yaradılan “AI-MED LAB” laboratoriyası AzTU-nun Biotibbi Mühəndislik İnstitutunun nəzdində fəaliyyət göstərəcək və burada süni intellekt alqoritmlərinin səhiyyə və biotibbi mühəndislik sahəsində tətbiqinə yönəlmiş qabaqcıl elmi-tədqiqatlar həyata keçiriləcək. Bu təşəbbüs təkcə elmi inkişaf baxımından deyil, həm də süni intellekt sahəsində kadr potensialının yetişdirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
Bütün bunların da Azərbaycanda süni intellekt sahəsində yüksək ixtisaslı mütəxəssislərin hazırlanmasına real töhfə verəcəyini proqnozlaşdırmaq olar.