3 qonşunun 4 tərəfdən hücumu
Bu müharibədə silah məlumat, müdafiə isə milli şüurdur
22:46 | 1 aprel 2025 | Çərşənbə axşamı
Məqaləyə 218 dəfə baxılıb
Şriftin ölçüsü
Bu müharibədə silah məlumat, müdafiə isə milli şüurdur
Bir çox tarixi faciələrdə rusun adını pozub ...
Erməni milyarderin növbəti şousu və hiyləgər planı
Ermənistan baş naziri ilə mətbuat katibi 24 saat fərqlə bir-birini təkzib etdi
Müstəqillik dövründə ilk dəfə ...
Azərbaycan Ermənistanla ticarət tranzitinə qoyulan məhdudiyyətləri aradan qaldırdı
... Cənubi Qafqazda sabitliyə təhdid
Yaxud Cənubi Qafqazın yeni parametrlərinə hazırlıq
Zəngəzur dəhlizinin praktiki müstəvidə icrasına qədər detallar açıqlanmaya bilər
Bu gün öz heç kimə lazım deyil
İran niyə Zəngəzur dəhlizinə qarşı çıxır?
Cənubi Qafqazda yaratdığı yeni şəraitdən daha çox töhfə götürmək ən çox ...
Bu konqresmenlər Azərbaycanda heç bir nüfuza malik deyillər
Paşinyan ofisi Zəngəzur dəhlizinin açılmasına dair mövqeyini açıqlayıb
Fars-molla rejiminin Zəngəzur üzərindən geosiyasi şantajı davam edir
Vardanyanı hətta Tramp da xilas edə bilməz...
Kremlin “xeyir-dua”sıyla Ukraynada və Azərbaycanda terrora, separatçılığa “sponsor”luq etmiş dələduz və avantürist milyarder Ruben Vardanyanın barəsində cinayət işi üzrə məhkəmə prosesinin baxış iclası bu gün (aprelin 1-də) qaldığı yerdən davam etdirilib.
Adamın cinayətlərinin sayı-hesabı yoxdur. O, sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə cinayətləri və digər ağır cinayətlərdə təqsirləndirilir.
Məhkəmənin bugünkü iclasında Ruben Vardanyanın 2020-ci ilin dekabr ayından sonrakı cinayətləri və xüsusən də onun 2022-ci ildə Rusiya vətəndaşlığından imtina edərək Qarabağa köçməsindən və orada keçmiş separatçı rejimin “dövlət naziri” postunu tutmasından sonra törədilən cinayətlər nəticəsində zərərçəkmiş Azərbaycan vətəndaşları dindirilib.
Məhkəmənin növbəti iclası aprelin 8-nə təyin olunub.
Bu adam məhkəmənin ilk iclaslarında bütün günahlarını, cinayətlərini danmağa çalışırdı. Sonra taktikanı dəyişdi, hakimlərin suallarını cavablandırmaqdan imtina etdi, susmağa üstünlük verdi. Lakin bu taktikası da bir işə yaramadı. Bu dəfə aclıq aksiyasına əl atdı, dünyanın diqqətini bu yolla özünün “məzlum” personasına cəlb etməyə səy göstərdi. Ancaq bu hiyləsi də gözlədiyi nəticəni vermədi. Aclığı dayandırası oldu.
O, indi öz taleyi ilə barışmış kimi görünür. Çünki artıq törətdiyi cinayətlərin ağırlığının və əfvolunmazlığının fərqinə varmağa başlayıb.
Bəli, bu cinayətlərin əfvi yoxdur.
Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma, cinayətkar birlik yaratma, terrorçuluğu maliyyələşdirmə, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə və s. kimi ağır cinayətlərdə ittiham olunan bir şəxsin əfvə, mərhəmətə, anlayışa, empatiyaya ümid bəsləməsi axmaqlıqdır.
Azərbaycanın bu cür qatı cinayətkarlara, separatçılara qarşı mərhəmət və humanistlik limiti artıq çoxdan bitib. Məhkəməsi davam edən erməni separatçıları qanunun bütün şiddəti ilə cəzalandırılacaqlar.
Vardanyan da bunu anlayır.
Vardanyanla bərabər, bu məhkəmə həmçinin hər bir erməni üçün “şok terapiya” rolunu oynayır. Məhz bu məhkəmənin sayəsində indi hər bir erməni anlamağa başlayıb ki, Azərbaycan xalqına qarşı törətdikləri cinayətlərin bədəlini mütləq yaşayacaqlar. İrqçiliyə, milli-etnik zəmində ədavətə, faşizmə meylli bir xalq nə hüquqi, nədəki ilahi cəzadan yaxa qurtara bilməz.
Bu mənada, Vardanyan və onun separatçı soydaşlarının məhkəməsi tarixi missiyaya malikdir. Bu məhkəmənin mənəvi yükünü bütün ermənilər öz üzərlərində hiss etməlidirlər...
(ardı var)