Ermənistana növbəti qatar yola salındı
Azərbaycan dizeli və Rusiya gübrəsi yüklənmişdi
12:57 | 21 iyul 2025 | Bazar ertəsi
Məqaləyə 283 dəfə baxılıb
Şriftin ölçüsü
Azərbaycan dizeli və Rusiya gübrəsi yüklənmişdi
Sərhəd dəyişiklikləri xəritə servislərində görünməyə başladı
5 ay əvvəl Azərbaycandan Türkiyəyə uçarkən qəzaya uğrayan təyyarə ilə bağlı yeni kritik detal
Yaxın Şərqdə risklərin artması fonunda Avropaya gedən neftin bir hissəsinin Asiyaya yönləndirilməsi planlaşdırılır
Ermənistan Baş Prokurorluğu XİN əməkdaşı barədə məhkəmə qərarından narazı qaldı
Siyasi etikadan uzaq insan 86 milyonu təmsil edə bilərmi?
Həbs edilən cinayətkarların əmlakı müsadirə olundu
Bu müharibədə silah məlumat, müdafiə isə milli şüurdur
Bir çox tarixi faciələrdə rusun adını pozub ...
Ermənistan baş naziri ilə mətbuat katibi 24 saat fərqlə bir-birini təkzib etdi
Müstəqillik dövründə ilk dəfə ...
Azərbaycan Ermənistanla ticarət tranzitinə qoyulan məhdudiyyətləri aradan qaldırdı
Qazaxıstanlı musiqiçilər Azərbaycan prezidentinin şərəfinə Müslim Maqomayevin mahnısını ifa etdilər
... Cənubi Qafqazda sabitliyə təhdid
İrqçilik kökünə işləyən Kobaxidzenin islamafobiyadan da əziyyət çəkirmiş
İki ölkə arasındakı sülh bir referenduma bağlıdır
Ermənistanın baş nazirinin mətbuat katibi Nazeli Bağdasaryan Zəngəzur dəhlizinin reallaşdırılması ilə bağlı fikirlərini bölüşüb.
“Ermənistan Respublikası Sünik vilayəti ilə ölkənin digər hissələri arasında, eləcə də üçüncü ölkələrdən və üçüncü ölkələrə Azərbaycan Respublikası ərazisindən keçən nəqliyyat əlaqəsinin açılmasına ümid edir.
Öz növbəsində, Ermənistan Respublikası Azərbaycan Respublikasının qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında, eləcə də Azərbaycanla üçüncü ölkələr arasında nəqliyyat əlaqəsinin öz ərazisi vasitəsilə həyata keçirilməsinə hazırdır. Bütün bunlar iki ölkənin ərazi bütövlüyü, suverenliyi, yuridiksiyası və qarşılıqlılıq prinsipi tam şəkildə nəzərə alınmaqla baş verməlidir. Ermənistan Respublikası bu ilin 10 iyul tarixində Əbu-Dabidə və nə ondan əvvəl, nə də sonra heç bir başqa variantı müzakirə etməyib və etməyəcək.
Baş nazir Paşinyan bu ilin 16 iyul tarixində keçirdiyi mətbuat konfransında qeyd edib ki, Ermənistan ərazisinə daxil olan yüklər və vətəndaşlar, o cümlədən tranzit yüklər, beynəlxalq standartlara uyğun olaraq mütləq gömrük və sərhəd nəzarətindən keçməlidirlər. Ermənistan Respublikası, öz ərazisinə kimin daxil olduğunu, həmin şəxsin ölkəni tərk edib-etmədiyini bilməməzlikdən gələ bilməz.
Vətəndaşların və onların təqdim etdiyi sənədlərin qanunvericiliyin tələblərinə uyğunluğu yoxlanılmalıdır. Tranzit məqsədilə Ermənistan ərazisinə daxil olmuş yükün və ya malın ölkədən çıxarılıb-çıxarılmadığına dair məlumat da Ermənistan üçün vacibdir, əks halda nəzarətsiz qaçaqmalçılıq və qadağan olunmuş malların dövriyyəsi üçün mənbə yarana bilər.
Ermənistan Respublikası ərazisindən keçid zamanı ölkənin müvafiq xidmətləri ilə qarşılaşmamaq mümkün deyil. Həm Ermənistan, həm də Azərbaycan öz ərazilərində müxtəlif beynəlxalq cinayət formalarının qarşısının alınması və onlara qarşı mübarizə ilə bağlı bir sıra beynəlxalq öhdəliklərə malikdir və bu öhdəliklər əsasən gömrük və sərhəd xidmətləri vasitəsilə yerinə yetirilir.
Ermənistan Respublikasının sərhəd və gömrük məntəqələrində bu nəzarətlər müasir texnologiyaların tətbiqi ilə, bəzən təmassız formada, biometrik pasportlarla, onlayn bəyannamə və yük skan edilməsi ilə həyata keçirilə bilər. Bu, artıq bir çox ölkədə qəbul olunmuş bir formatdır.
Hər bir halda, Ermənistan ərazisindən keçən vaqonlar da plombalanmalıdır ki, onlardan qaçaq malların boşaldılması mümkün olmasın. Eyni zamanda beynəlxalq səviyyədə tanınmış tranzit rüsumları da mövcuddur.
Dəmir yolu tikintisinə gəlincə, Azərbaycanın inşa etdiyi dəmir yolu daxili əhəmiyyət daşıyır, çünki Bakı ilə Azərbaycanın qərb bölgələrini birləşdirir. Ermənistan Respublikası Sünik vilayətində 42 km uzunluğunda dəmir yolunun tikintisində yalnız Azərbaycanla razılıq əldə olunacağı halda maraqlı olacaq, çünki Azərbaycanla razılaşdırılmadan həmin dəmir yolu Ermənistan daxilində yükdaşıma məqsədilə belə istifadə oluna bilməz.
Ona görə də Ermənistanın regional kommunikasiyaların açılması məsələsini gündəlikdən çıxarmaqda ittiham olunması tamamilə əsassızdır. Azərbaycanla razılaşmalar əldə olunduğu andan etibarən qeyd olunan dəmir yolunun tikintisinə başlanılacaq və artıq hazırlıq işləri aparılır – məsələn, hazırda avtomobil yolu keçmiş dəmir yolu xətti ilə təmin olunan Nrnadzor kəndi üçün yeni yolun inşası həyata keçirilir”, – deyə Bağdasaryan bildirib.