vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 10 iyul 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Şair xalqın səsi, əsrin səsidir,
Vətənin ağsaçlı sərkərdəsidir,
Hökmüylə ordular ayağa qalxır,
Şerinin selində daşlar da axır»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
GÜNDƏM  
Tarixi sənəd olan foto 11:41 | 8 iyul 2025 | Çərşənbə axşamı Məqaləyə 34 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Tarixi sənəd olan foto

“Azərbaycan, Türkiyə və Güneydəki türklər bir yerdə olsa, bir ovuc fars nə edə bilər?”

Nəsib NƏSİBLİ

MÖVZU İLƏ ƏLAQƏLİ

Bu şəkil dünya mediasını dolaşır. Dost da, düşmən də münasibət bildirir. Bu təkcə şəkil deyil, Qarabağ zəfərindən sonra bölgədəki geosiyasi gəlişməni göstərən sənəddir. Özəlliklə ortada duran şəxsin – dünyanın ən böyük Türk düşməni ölkəsinin – İranın prezidenti Məsud Pezeşkianın iki Türk dövlətinin lideri ilə səmimi ortamda söhbəti həqiqətən son dəyişikliyin göstəricisidir. Onu da əlavə edim, Pezeşkian dünyada yeganə İran prezidentidir ki, mən Türkəm, Türklüyümlə fəxr edirəm deyir.

...1993-ün başlarında indi gözaltında olan (adını çəkə bilmədiyim) siyasi liderlərdən biri ilə Tehranda təkbətək görüşdüm. İrandakı Türklər arasında elə də böyük hörməti-filanı yoxdur. İnqilabdan sonra  eyforiyaya qapılıb öz soydaşlarına qarşı çox cinayət edib. Onun şəxsiyyətini hallandırmayacağıq. Dediyi bir fikir yuxarıdakı şəkili anlamağa kömək edə bilər. Azərbaycan Respublikası bir Türk ölkəsidir, varlığı İrandakı Türklərə təsir edəcək və onları “İran” vahidindən qopmağa təhrik edəcək dedim. Adamın fikri qafama taxıldı: Sizin Azərbaycan, Türkiyə, İrandakı Türklər bir yerdə olsa, bir ovuc fars nə edə bilər ki?! Türkçülükdən uzaq bu İrançı xadimin sözü mənalı idi. Demək ki, o da bu məsələləri düşünürmüş...

Pezeşkian Türkçü platformada seçkiyə qatılıb, rəhbəre-muəzzəmin maneəsi olmadan seçkini qazandı. Türklərin və başqa Fars olmayanların səsləri ilə. Seçkidən (iyul 2024) sonra hələ bir il belə keçməyib. Azərbaycan və Türkiyə ilə münasibətlərin istiləşməsi tərəfdarı olması üzündəki təbəssümdən də görünür.

Azərbaycana vəd etdiyi problemlərin – təhsil sistemində ana dilinin öyrədilməsi, Urmiya gölünün xilası,  Azərbaycan sərvətlərinin İranın başqa bölgələrinə daşınmasının qarşısının alınması – heç biri həll edilməyib. Amma rəsmi siyasi ortamda ciddi müzakirə mövzusuna çevrilib. Bu, problemin çözülməsi üçün (çözüləcəksə) ilk ciddi addımdır.

Pezeşkianın ən böyük xidməti bunlar deyil. Qatı Türk düşməni olan bir yerdə, İran dövlətində Türklük üzərinə qoyulmuş tabunu alt-üst etdi, milli kimliyin gəlişməsinin yolunu açdı. İrandakı Türklərin ən böyük probleminin milli kimlik (bu, yalnız etnik mənsubiyyət məsələsi deyil) olduğunu göz önünə alsaq, məsələnin həssaslığını başa düşə bilərik.

Bu şəkildən İrandakı şovinist-irqçi kəsim, bir də bizim xaricdə olan milli fəalların bir hissəsi yaman narahatdır. Türk düşmənlərinin münasibəti anlaşılandır, məntiqlidir. Bizimkilərin Pezeşkian şəxsiyyətinə düşmən kəsilməsi isə məntiq dişi bir şeydir. Deyirlər, “bu adam milli hərəkatın lideri olmaq istəyir”. Eyvallah, qoyun olsun. Liderlik heç kəsin adına yazılmayıb, yetər ki, xidmətləri sayəsində qazansın bu adı. Bu qədər həngamədən sonra yenə deyirlər bu, bir oyundur. “İran dağılmaq ərəfəsində idi, bu gəldi prosesi ləngitdi”. Bu yanlışı sübut etməyə heç gərək yoxdur. Önəmli olan – Pezeşkian məsələsi İran dərin dövlətinin bir qurğusu olsa belə, demək ki bu qurğu yanlış planlanıb. Deyirlər, onun səlahiyyətləri məhduddur, əlindən bir iş gəlməz. Məhdud səlahiyyətlə böyük işlərə ustaca girişirsə, bu, onun ciddiliyinə dəlalət edir. Əslində biz ona Tanrıdan səbr və tədbirli olmaq arzulamalıyıq...

Dostların söhbətlərindən anlaşılan o ki, Azərbaycan, Pezeşkianı irqçilərə yem etməyəcək, seçkidə verdiyi dəstəyi daha da artırmaq əzmindədir. Bununla belə bizim dərdimiz Pezeşkian deyil deyirlər. Ona arxa durmaqla yanaşı, milli məsələlərimizin çözülməsi yolunda gördüyü işlərin hesabını da soracağıq deyirlər. Bu şansı yaxşıca dəyərləndirib, özümüz fəal olmalıyıq fikri də gələcəyə ümidlə baxmağa əsas verir.