Nüvə arsenalına 119 milyard xərclənib
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
04:22 | 9 noyabr 2016 | Çərşənbə
Məqaləyə 2225 dəfə baxılıb
Şriftin ölçüsü
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Pentaqon üç nəhəng Çin şirkətini qadağa olunanlara əlavə etdi
Ekipaj xilas edildi
Məhkəmə Trampın 100 min dollarlıq rüsum qərarını ləğv etdi
Trampdan Netanyahuya xəbərdarlıq
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
Vaşinqton mümkün hərbi ssenariləri müzakirə edir
Pekin Vaşinqtonun mümkün nüvə zərbəsinə qarşı səhrada böyük bunkerlər tikir
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
ABŞ-ın 45-ci prezidentini məlum edəcək seçkilərin sonuna sayılı saatlar qalır. Əminliklə demək olar ki, Donald Tramp və Hillari Klinton arasında gedən bu mübarizənin qalibi xanım Klinton olacaq. Ona görə yox ki, bütün xüsusiyyətlərinə görə Klinton bu gün ABŞ-da prezident olmağa ən ideal namizəddir. Ona görə ki, Klinton bütün göstəricilərinin cəminə görə rəqibi Trampdan xeyli üstündür. Və ən əsası da ona görə ki, müdrik Amerika xalqı Trampın timsalında ABŞ Jirinovskisini prezident etməz! Onu hətta, namizəd etdiyinə belə peşmandır!
Qaldı ki, Trampın prezident seçilməsindən dünya siyasətində nəsə müsbət yeniliklər gözləyən ölkələr, siyasi xadimlər sadəcə təsəvvür yanlışlığındadır. Çünki, Tramp kimi qeyri-sabit, hər an kəskin dəyişə bilən və məsuliyyətdən kəm şəxsiyyətdən hər nə desən gözləmək olar. Belə yanlış təsəvvürdə olan bir çox Rusiya siyasətçilərinin ümidlərinə rəğmən Tramp prezidentliyinin ilk dövründəcə Rusiyanın qatı düşməninə çevrilə və atom düyməsini basmaqda xəsislik etməyə də bilər.
H. Klintondan isə, hər necə də olsa, bugünkü dünya fövqəlgüc qarşıdurması gərginliyinə bir qadın mülayimliyi ruhu gətirəcəyini gözləmək olar. Gözləmək olar ki, bu timsalda ABŞ özünün dəmir-ipək ledisi Marqaret Tetçeri tapa bilər. Və buradaca, 90-cı illərin əvvəlində İngiltərə baş naziri Tetçerin Azərbaycana müsbət münasibətini xatırlayaq.
Və Tetçer dövlətinin çətin dövrdə işğalçı ermənilər və havadarlarının ölkəmizi məhv etmək planına qarşı çıxmasını, ölkəmizin böyük neft kontraktları ilə geniş dünyaya çıxışında önəmli iştirakını nəzərə alsaq, çox yəqin ki, Hillari-Marqaret bənzətməsinin real həqiqətə çevrilməsi bizim üçün yerinə düşər.
Ümid edək ki, H. Klintonun prezidentliyi Azərbaycan-ABŞ münasibətində yeni yüksək anlaşma və istiləşmə dövrünə başlanğıc verəcək.