
Türkiyəyə uçan təyyarədə panika
Lüksemburqda təcili eniş etdi
Lüksemburqda təcili eniş etdi
ABŞ Türkiyəyə 304 milyon dollar dəyərində raket satacaq
Rusiya təyyarəsi ölkəni həyəcan vəziyyətinə salıb
Pakistan Baş naziri Azərbaycan Prezidentinə təşəkkür edib
Zaxarova: “Ukraynanın nəyə və nə dərəcədə hazır olması İstanbulda bilinəcək”
Zelenskinin açıqlamasına Zaxarova zəhərini tökdü: “Fırıldaq sözünü kim deyir?”
Qitə ölkələrində məcburi hərbi xidmət geri qayıdır
Trampın Suriya sanksiyalarını ləğvi Ankaraya jest, Tel-Əvivə mesaj idi
“Bütün müvafiq tərəfdaşlarla yaxşı əlaqələrə malikdir”
Üç ölkənin həmrəyliyi türk cümhuriyyətlərinə yaxşı mənada örnək ola bilər
Tədqiqatçılar aylar sonra Ağrı dağında ilk böyük dəlilə rast gəldiklərini iddia edir
ABŞ NATO iclasında Avropa və Kanadadan planlaşdırmanı eşitmək istəyir
Aralıq dənizində baş verən zəlzələ Yunanıstanı silkələdi
Hakan Fidana sui-qəsdin təfərrüatları ortaya çıxdı
... Və yaxud, terrorçu hara, siyasət hara?
Təkanlar 3,8 bal gücündə olub
Türkiyə ilə üzvü olduğu NATO arasındakı 2 aya yaxın davam edən dartışma, rəsmi anlaşma ilə tam sona yetdi. Bununla da Türkiyənin öz veto hüququndan istifadə edib İsveç və Finlandiya ölkələrinin bu alyansa qəbulunu əngəlləmə və Türkiyənin həmin ölkələrə yaşıl işıq yandırması üçün, onun, bir sıra tələbləri və şərtlərinə əməl edilməsi prosesi başa çatdı. Türkiyə haqlı çıxdı.
Sammitdə NATO-nun Baş katibi Yens Stoltenberqin iştirakı ilə Türkiyə, Finlandiya və İsveç dövlətlərinin xarici işlər nazirləri arasında, hər üç dövlətin başçılarının da iştirakı ilə, birgə anlaşma, razılaşma memorandumu imzalandı:
– hər üç dövlətin terrorla mübarizə aparmaq və bir sıra terror təşkilatlarının Türkiyəyə qarşı hücumlarını pisləmə barəsində birgə bəyanatı
– Finlandiya və İsveç PKK-nın və bütün digər terror təşkilatlarının və onlarla əlaqəli şəxslərin fəaliyyətinin qarşısını almağı öhdəsinə götürür
– Türkiyə, Finlandiya və İsveç bütün bu terror təşkilatları (FETO qarışıq) fəaliyyətinin qarşısını almaq üçün əməkdaşlığı artırma qərarına gəlir
– Finlandiya və İsveç PKK və onun qollarının pul toplama və işə götürmə fəaliyyətlərini tam qadağan edir
– Türkiyənin verdiyi siyahı üzrə terrorçuların Türkiyəyə təhvili, ekstradisiyası işləri sürətlənir
– İsveç və Finlandiya dövlətləri Türkiyə qarşı müdafiə sənayesi sahəsində bir sıra embarqo məhdudiyyətlərini qaldırır, əməkdaşlıq artırılır
– və yekunda Türkiyə İsveç və Finlandiyanın NATO üzvlüyünə razılıq verir. Bununla, NATO, Avropa şimaldan Rusiyaya qarşı xeyli güclənir.
Bundan başqa alt yapıda qeyri-rəsmi ABŞ və NATO ilə Türkiyənin arasında xeyli geo-strateji və hərbi sahələrdə sıx anlaşmalar əldə edilib, Türkiyə-Qərb arası daha dərin birliyə yönəlik.
Yekunda, bu məsələyə söz ardı bir neçə vacib və maraqlı sual yaranır, bunları analizə varaq.
1. Türkiyənin əslində, ümumi NATO-ya qarşı atılan bu gözlənilməz addımının içərisində siyasi-hərbi risk vardımı? Var idi, həm böyük risk və həm də çətinlik var idi. NATO-nun öz üzvünün tarixdə ilk, belə problem yaratması, sonrakı yaşamında ona pis presedent, digər üzvləri üçün nümunə yarada biləcəyini bilib, Türkiyəyə qarşı bəzi sərt addımlar ata bilərdi. Onu təşkilat üzvlüyündən çıxarma proseduru olmasa da, NATO-nun yenidən formalaşması ilə Türkiyənin kənarda qoyulması, yaxud da, Türkiyəyə qarşı güclü Qərb sanksiyaları kimi addımlara əl ata bilərdi. Ancaq, bunda daha çox uduzardı NATO və eləcə də, bütün Qərb.
Əvvəla belə tədbir Türkiyəni Rusiya, Çin anti-NATO qütblərinə yönəldib onların mövqe və durumunu güvvətləndirərdi. İkincisi, Türkiyə kimi 2-ci hərbi güclü NATO müttəfiqini itirmə, bu Alyansı xeyli zəiflədərdi. Bundan başqa da, faktiki Qara Dənizin sahibi (həm, ən çox, uzun sahil, su, həm bu dənizə giriş boğazları sahibi) olan, həm Yaxın Şərqdə və İslam dünyasındakı nüfuzu və həm, Şərqdə türk dünyasında lider nüfuzu olan qüdrətli Türkiyəni itirmək Qərbin, NATO-nun bu regionlara təsir gücünü azalda bilərdi. Həm görürdü ki, Türkiyə bu işdə təmiz, qərəzsizdir, kiminsə deyil, öz oyununu oynayır.
2. Türkiyənin, bəzi gümanlar və iddialar kimi, bu etiraz addımı qərəz, ya Rusiya, ya kiməsə yarınmaq məqsədlimi idi? Tam, sübut olundu ki, qətiyyən yox! Sırf, ölkəsinin milli maraqları üçün etmiş bunu, özü də ki, haqq və ədalətlə. Tələblər yerinə yetirildi, Türkiyə də sakit oldu.
3. Türkiyə, onun lideri T. Ərdoğan bu protest addımını doğrumu atdı. Uddumu, uduzdumu?
Çox doğru atdı. Çünki, bu addım içində haqq və ədalət, səmimiyyət və mətinlik, öz ölkəsinin təhlükəsizliyi və mənliyi, sayılması tələbi vardı. Və bu ətrafda 2 ay dartışma, müzakirə prosesi boyu Türkiyənin sərt mövqeyi bunu sübut etdi.
Uduşu isə, çox böyük oldu Türkiyənin.
1. Özünü bir daha, 30 NATO üzvünə, Qərbə kəşf etdirdi, kiminsə havasına oynamayan səmimi, qərəzsiz, sırf, öz ölkəsi, millətinin mənafeyi və maraqları üçün haqlı tələbini irəli sürən, mərd sözünü deyən əsl türk xassəli güc dövləti kimi.
2. Digər, Rusiya, Çin kimi qütblər önündə də nüfuzu qalxdı. Gördülər ki, bu dövlət onlar düşündüyü kimi, nəinki NATO-ya arxalanıb da bu qütblər qarşı, yeri gəlsə, NATO-nun özünə qarşı çıxa bilib, müstəqil mənliyini qoruyur. Və istənilən dünya gücünə qarşı güc çıxara bilər!
Bundan başqa Türkiyənin dünya siyasətini də sensasiya hissinə salan, NATO istəyinə etirazlı addımı dünya 3-cü ölkələri arasında da, güclü maraq doğurmuşdu ki, bu işin sonu nə olacaq.
Eləcə də, Ermənistan, Kürdüstan, İran və sairə kimi, Türkiyə-türk qısqanclı (ən azı!), regionlar da gözləntidə idi: Türkiyə uduşlumu çıxa bilər? Və Türkiyə növbəti sınaqdan da, uğurlu çıxdı!!
Qardaş Türkiyəyə, sayın Ərdoğana, dünyadakı bu şərəfli, mətin, sərt və o dərəcədə də uğurlu siyasətinə və bütün bu uğuru, qüdrətini də öz türk dünyası qardaşlığına həsr etməsinə görə çoxlu təşəkkürlər, həm, çoxlu yeni nailiyyətlər!