vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 23 iyul 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)

«Vaxt bizi getməli olduğumuz yerə istiqamətləndirir»

Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)
KİNO-TEATR  
“Əsas instinkt” yenidən çəkilir 15:40 | 22 iyul 2025 | Çərşənbə axşamı Məqaləyə 311 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Əsas instinkt” yenidən çəkilir

Eyni ssenarist yenə iş başında

VAXT.AZ

“Amazon MGM Studios”a bağlı “United Artists” və prodüser Skott Stuber, 1992-ci ilin məşhur “Əsas Instinkt” (“Basic Instinct”) filminin yenidən çəkilmə hüququnu satın alıb.

Filmin ssenarisini yazan və 80 yaşında olan Co Eszterhas (Joe Eszterhas), yeni layihədə də eyni vəzifəni yerinə yetirəcək. Rejissor hələ açıqlanmayıb.

Pol Verhovenin çəkdiyi erotik gərginlik filmi xüsusilə təsirli səhnələri ilə yadda qalmışdı.

Co Eszterhas karyerasına jurnalist kimi başlayıb, daha sonra 1983-cü ildə “Alovlu Rəqs” (“Flashdance”) və 1985-də “Dişli bıçaq” (“Jagged Edge”) kimi uğurlu filmlərin ssenarilərini yazıb. Macarıstanda doğulan ssenarist, “Əsas Instinkt”in uğurundan sonra 1995-ci ildə “Şou qızları” (“Showgirls”) filmində də Pol Verhoven ilə işləsə də, bu layihə o qədər uğurlu olmadı.

Eszterhas 2018-ci ildə verdiyi müsahibədə, əgər “Əsas instinkt” yaxın vaxtlarda nümayişə girsəydi, qadın haqları müdafiəçilərinin filmdən ciddi şəkildə narazı qalacağını demişdi.

Filmdə Maykl Duqlasın canlandırdığı detektiv Nik Kerran, cinayət işini araşdırarkən baş şübhəli Katrin Tramel (Şeron Stoun) tərəfindən başdan çıxarılır.

Şeron Stounun polis sorğusu zamanı ayaq ayağın üstünə atdığı səhnə onu seks simvoluna çevirmişdi. Aktrisa öz xatirələrində filmdə şəxsi bölgələrinin görünməyəcəyini düşündüyünü yazır, rejissor isə “Edilən işin fərqində idi” deyib.

İndi 67 yaşında olan Şeron Stoun, filmin ona gətirdiyi məşhurluqla bağlı əvvəlki illərdə fanatlarının qırmızı işıqda avtomobilinə dırmandığını da açıqlamışdı.

Aktrisa, baş rolda birgə çəkildiyi Maykl Duqlasın “Əsas instinkt”dən 14 milyon dollar qonorar aldığını, özü isə növbəti il Oskar mərasimində geyinəcəyi paltarı almağa belə pul qazana bilmədiyini əlavə etmişdi.

“Əsas instinkt”dən Şeron Stounun təxminən 500 min dollar qazandığı güman edilir.