
Bank işçisi müştərinin pulunu oğurlayıb
“Deutsche Bank”da böyük mənimsəmə qalmaqalı
“Deutsche Bank”da böyük mənimsəmə qalmaqalı
Hökumət İtaliya bankının “Commerzbank”ı almaq istəməsini dost olmayan davranış sayıb
Hökuməti banklarda unudulmuş pulları müsadirə edəcək
ABŞ-ın bank sektoru birinci rübdə 5,8 faiz artıb
Məşhur bank analitiklərini işdən çıxarır
Nəhəng bank bankomatları yığışdırır, ofislərini bağlayır, ixtisarlara başlayır
Adınıza kredit götürüblər, bank isə məsuliyyət daşımır – bu necə ola bilər ?
Kiber fırıldaqçılar hədəfi dəqiq vururlar – bu məlumatlar onlara haradan sızır?
58 000-dən çox cihaz haker proqramların qurbanı olub
Nazirlik ən böyük 5 banka depozit qoydu
“Mərkəzi bank inzibati deyil, iqtisadi alətlərə üstünlük verir”
Banklar POS-terminallardan istifadə xərclərini optimallaşdırmalıdır
Çoxları polisə müraciət etməyə utanır
Fırıldaqçı brokerlər almaniyalı ağsaqqalın bank kartını boşaldıb
ABŞ-da birinci rübdə ilkin hesabatlar müsbət perspektiv göstərib
Bank kartlarından minlərlə manat oğurlayan fırıldaqçılar “yağlı müştəriləri” necə müəyyənləşdirirlər?
Mərkəzi Bankının İdarə Heyətinin 27 aprel 2020-ci il tarixli qərarları ilə “Atabank” ASC, “AGBank” ASC, “NBCBank” ASC və “Amrah Bank” ASC-ə müvəqqəti inzibatçılar təyin olunub. Qanunvericiliyə uyğun olaraq qeyd olunan bankların idarə olunması üzrə bütün səlahiyyətlər, o cümlədən bank səhmdarlarının ümumi yığıncağının səlahiyyətləri müvəqqəti inzibatçıya keçib.
Adları çəkilən banklar bazarda elə də böyük paya malik deyillər. Birlikdə 4 bankın bazar payı 5 faizə yaxındır. Bu bankların aktivlərinin həcminə görə heç ilk 10-luqda olmayıblar. Ən yüksək paya “Atabank” (1,4 faiz), ən aşağı paya “Amrah Bank” (0,6 faiz) malik olub. 2019-cu ildə “Atabank”ı saymasaq “AGBank” aktivlərinin həcminə görə 15-ci yerdə olub. “Atabank”da aktivlərinin həcmi 2019-cu ilin 3-cü rübündə 532,1 milyon manat olmaqla 13-cü yerdə olub.
Kredit bazarına gəldikdə bu bankların payı təxminən 7 faizdən az olub. Yenə də ən böyük paya (2,6 faiz) “Atabank”, ən az paya “Amrah Bank” (0,79 faiz) olub. Kredit bazarında da ilk 10-luqda olmayıblar.
Depozit bazarında 4 bankın bazar payı 4 faizdən az olub. Bu bankların depozit portfeli 2019-cu ilin sonuna 800 milyon manatdan çox, kredit portfeli isə 1 milyard manata yaxın olub.