vaxtlı-vaxtında oxuyun! Bazar, 13 aprel 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Azadlıq və istiqlaliyyət hər bir xalqın milli sərvətidir»

Heydər Əliyev (1923 - 2003)
PROBLEM  
Erməni şirkəti Azərbaycana necə gəldi? 17:57 | 11 aprel 2025 | Cümə Məqaləyə 109 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Erməni şirkəti Azərbaycana necə gəldi?

İrəvanda anadan olan Xudaverdiyan kimdir?

Zülfüqar XEYİRXƏBƏR

MÖVZU İLƏ ƏLAQƏLİ

Tutaq ki, Azərbaycanda, xüsusilə də Bakıda fəaliyyət göstərən xarici taksi şirkətlərinin rəhbərləri ermənidir. Ona görə də məqsədli şəkildə kimə gəldi – ruhi xəstə, cani, quldur, narkomana və sair şərait yaradırlar. Bəs buna nəzarət etməli olan qurumların rəhbərləri kimdir, onlar da bu xalqın düşmənidir?

Bəli, Bakıda fəaliyyət göstərən taksi şirkətlərinin rəhbərləri bu və ya digər formada Azərbaycana düşmən mövqeyində olan ölkələrə bağlıdır. Ona görə də bu sahədə yerli şirkətlərin inkişafına mane olurlar. Erməni şirkəti olan “Yandex” və onunla keçmiş cinayət ortaqlığı olan “Bolt” nə qədər yerli sahibkarı haqsız rəqabət mühiti yaratmaqla müflis ediblər!? Niyə bunlara qarşı ölçü götürülmür, kimdir bunları himayə edən?! Təsəvvür edin ki, “Uklon” (Umico) bunlarla rəqabətə davam gətirə bilmədi...

Bəs kimdir bu ermənilərə dəstək verən, şərait yaradan? Bu suala yəqin əlaqədar qurumlar cavab verər. Amma erməni millətçilərinə məxsus şirkəti Azərbaycana necə gətirdilər, mən sizə onu izah edəcəm.

Xatırlayırsınızsa, təxminən – 7-8 il əvvəl rəhbəri erməni millətçisi Tiqran Xudaverdiyan olan “Yandex taxi” şirkəti Azərbaycana gəlmək istədi. Lakin məsələ ictimailəşdikdən sonra Azərbaycan cəmiyyətinin kəskin etirazı ilə qarşılandı və erməni şirkətinin ölkəmizə gəlməsinin qarşısı alındı. Amma müvəqqəti olaraq. Azərbaycanda həmin ərəfədə ən populyar taksi xidməti olan “Uber”i bağladılar və "Yandex" həmin şirkətlə Rusiya, Gürcüstan, Azərbaycan, Belarus və Qazaxıstanda onlayn-sifariş üzrə taksi xidmətlərinin birləşdirilməsinə dair müqavilə imzalandı. Yeni yaradılan müəssisənin dəyəri 3,275 milyard dollar təşkil edirdi və birləşmiş şirkətdə "Yandex" 59,3 faiz paya malik oldu. Beləliklə “Yandex”, “Uber” adı ilə Azərbaycana soxuldu. Bir neçə il öncə isə “Uber”ə məxsus taksilərin üzərində “Yandex”in bir qolu olan “Yango”nun loqoları yapışdırıldı.

“Yango” 2018-ci ildə Dubayda təsis olunub. Şirkətin baş ofisi də Dubaydadır və Avropa, Afrika, Yaxın Şərq, Cənubi Asiya və Cənubi Amerikada 30-dan çox ölkədə fəaliyyət göstərir. “Yango Group”un baş direktoru 1988-ci ildə Rusiyanın Primorski vilayətində doğulmuş Daniil Şuleykodur. O, həm də “Yandex”də Elektron Ticarət və Logistika Xidmətləri Biznes Qrupunun direktorudur.

"Yandex Taxi” xidmətinin rəhbəri isə qeyd etdiyimiz kimi qatı erməni millətçisi Tiqran Xudaverdiyandır. O, 2006-cı ildə, 25 yaşında "Yandex” şirkətində layihə meneceri kimi işə başlayıb, 2010-ci ildən isə "Yandex Taxi”yə rəhbərlik edir. T.Xudaverdiyan İrəvanda anadan olub. Fizika müəllimi olan atası uzun müddət İrəvan Dövlət Universitetində “Böyük Ermənistan” ideologiyasını təbliğ edib.

Xudaverdiyanın 15 yaşı olanda ailəsi Rusiyaya köçsə də, Ermənistanla əlaqələrini kəsməyib. Əksinə, rəhbərlik etdiyi "Yandex Taxi” xidmətindən əldə etdiyi gəlirlərdən Ermənistan büdcəsinə təhsilə dəstək adı ilə milyonlarla dollar köçürüb. Elə indi də köçürür. Bu baxımdan belə bir şirkətin Azərbaycanda fəaliyyət göstərməsi doğrudurmu?!

Bundan başqa “Yandex Taxi”nin ən böyük ofislərindən biri İrəvanda fəaliyyət göstərir. Azərbaycanda yəqin ki, cəmiyyətdə nüfuz sahibi olan bir çox şəxslər və ya məmurlar da bu tətbiqdən istifadə edirlər. Təhlükəsizlik baxımından bu məlumatların düşmənin əlində olmasının nə qədər riskli olmasını yəqin başa düşürsünüz! 

O ki qaldı “Bolt”la Xudaverdiyanın əlaqələrinə, ortada rəsmi bilgilər olmasa da, 2018-ci ildə “Yandex” Estoniyada qeyri-qanuni fəaliyyət göstərərkən “mTakso”nun (“Bolt”un “Taxfy”dan öncəki adı)  tətbiqindən istifadə edib. Həmin ərəfədə “Uber” və “Bolt” taksi xidmətini “Uued Teenused and Bolt Services EE” adlı şirkət koordinasiya edib. Yəni Xudaverdiyan ora da “Uber”in vasitəsi ilə dürtülüb.