vaxtlı-vaxtında oxuyun! Cümə, 5 sentyabr 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Azadlıq və istiqlaliyyət hər bir xalqın milli sərvətidir»

Heydər Əliyev (1923 - 2003)
QƏZA, FACİƏ  
Lissabonda tarixi funikulyorda faciə 11:29 | 5 sentyabr 2025 | Cümə Məqaləyə 106 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Lissabonda tarixi funikulyorda faciə

17 ölü, 21 yaralı

MURAD

MÖVZU İLƏ ƏLAQƏLİ

Portuqaliyanın paytaxtı Lissabonun ən ikonik turistik simvollarından biri olan “Gloria” fünikulyoru relsdən çıxaraq böyük faciəyə səbəb olub. Rəsmi məlumatlara görə, 140 illik tarixi fünikulyorun kabelləri qırılıb və nəzarətsiz şəkildə relsdən çıxıb.

Hadisə iki gün əvvəl Bakı vaxtilə axşam saat 22:05 radələrində paytaxtın mərkəzi prospektlərindən Avenida da Liberdade yaxınlığında baş verib. Qəza nəticəsində 17 nəfər həlak olub, 21 nəfər xəstəxanaya çatdırılıb. Yaralılardan beşinin vəziyyəti ağırdır. Həlak olanların kimlikləri hələ müəyyən edilməyib.

 

Əyləc sistemi şübhəsi

 

İngilis mediası BBC-nin xəbərinə görə, ilkin məlumatlar qəzanın səbəbinin funikulyorun əyləc sisteminin işləməməsi və nəticədə yüksək sürətlə yuxarıdan aşağı düşərək binaya çarpması olduğunu göstərir. Görgü şahidləri vaqonun “tam sürətlə, nəzarətsiz” hərəkət etdiyini bildirib. Sosial mediada yayılan görüntülərdə ikonik sarı vaqonun aşdığı və demək olar ki, tamamilə parçalandığı görünür.

İctimai nəqliyyat şirkəti “Carris” funikulyorun müntəzəm texniki baxışlardan keçdiyini açıqlasa da, həm milli nəqliyyat təhlükəsizliyi orqanları, həm də polis çoxsahəli araşdırma aparır.

Lissabon şəhər bələdiyyəsinin sədri Karlos Moedas xəstəxanaya gedərək qəzanı “şəhərimiz üçün faciəli an” olaraq qiymətləndirib. Portuqaliya hökuməti milli matəm elan edib, Prezident Markelo Rebelo de Souza isə ailələrə başsağlığı verib. Avropa Komissiyası sədri Ursula von der Leyen və İspaniya Baş naziri Pedro Sanchez də həmrəylik mesajları göndərib.

 

“Gloria” funikulyoru haqqında

 

1885-ci ildə istifadəyə verilən “Gloria” funikulyoru Lissabonun dik yamaclarını aşmaq üçün istifadə olunan ən məşhur nəqliyyat vasitələrindən biridir. Təxminən 275 metr uzunluğunda olan xətti üç dəqiqəyə qət edən vaqon həm yerli əhali, həm də turistlər tərəfindən böyük maraqla qarşılanırdı.